Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Sülh bəyanatları fonunda müharibəyə hazırlıq: İrəvandan imitasiya siyasəti

Sülh bəyanatları fonunda müharibəyə hazırlıq: İrəvandan imitasiya siyasəti

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Komitə sədri: “Yaxşı olardı ki, Ermənistan tərəfi bəhanələr gətirməsin, oyunlarına son qoysun və Bakının şərtlərini yerinə yetirsin”

Ötən gün Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı keçirilib. Konfransda bir çox təkliflər səsləndirilib, müzakirələr olub.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində Ermənistana yönəlik bir neçə müsaj diqqət çəkir. Ölkə başçısı bildirib ki, “Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub”.

Ölkə başçısı təəssüflə qeyd edib ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir: “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

“Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək”, - Prezident müraciətində qeyd edib.

Prezidentin mesajları ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev əvvəlcə Bakıda keçirilən konfransın əhəmiyyətinə toxunub:

- Bu tədbir özlüyündə çox əhəmiyyətlidir. Əvvəlki tədbirlərdən fərqli olaraq, bu konfransda Qərbi Azərbaycandan zorla deportasiya olunmuş insanlarımızın öz ata-baba yurdlarına qayıdışı barədə çox ciddi məsələlər ortaya qoyuldu. Prezident konfrans iştirakçılarına müraciətində Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafının konturları diqqətə çatdırıldı. Prezident dediklərindən belə başa düşülür ki, İrəvan status-kvonu saxlamaq niyyətindədir və  sülhdən danışaraq sülh sazişini imzalamaqdan boyun qaçırmaqdadır. Əksinə, Ermənistan silahlanır, müdafiəyə büdcədən vəsaitləri artırır, xaricdən silah-sursat toplamaqla məşğuldur. Təbii ki, bu da sülhə maneə yaradan amillərdir. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın təklifləri və tələbləri ilə tam şəkildə razılaşmalıdır. Amma Ermənistan artıq 4 ildir ki, bu tələbləri yerinə yetirməkdən imtina edir. Bu da sülh sazişinin imzalanmasını yubadır.

- Yəqin ki, söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin çıxarılmasından gedir...

- Bəli, həm o məsələdir, həm də de-fakto ləğv olunmuş ATƏT-in Minsk Qrupunun de-yure də ləğv edilməsi üçün ATƏT-ə Bakı ilə yanaşı İrəvanın da müraciət etməsindən gedir. Ermənistan sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir və Ermənistan Konstitusiyasında bu təsbit olunmalıdır.

Eyni zamanda, burada digər məsələlər də var: təzminat məsələsi, Qərbi Azərbaycana insanlarımızın qayıdışının təmini və s. Ermənistanın özündə də artıq bəzi şəxslər var etiraf edirlər ki, işğal müddətində ərazilərimizdəki əmlakı talan ediblər, şəhərlərimizi dağıdıblar. Əlbəttə, bu ziyana görə Azərbaycana təzminatın ödənilməsi məsələsi də öz aktuallığını qoruyur. Prezidentimiz də yenidən İrəvana mesajlarını verdi, xəbərdarlığını etdi. Bundan sonra necə deyərlər, top Ermənistan tərəfindədir.

- Aydındır ki, Azərbaycan sülh prosesinin irəli aparılmasında maraqlıdır. Ermənistan da bunda maraqlı olduğunu iddia edir. Bəs o zaman Azərbaycanın şərtlərinin qəbul olunmamasının səbəbi nədir?

- Görünən odur ki, Ermənistan tərəfi sülh bəyanatlarında səmimi  deyil. Sadəcə İrəvan indi imitasiya siyasəti ilə məşğuldur və maksimum çalışır ki, zaman uzansın, vaxt qazansın. Belə olmasaydı, şərtləri qəbul edərdi. Eyni zamanda, Ermənistan axı silahlanır. Məlumdur ki, silahlanma müharibəyə hazırlıqdır, revanşa hazırlıqdır. Bir tərəfdən silahlanmaq, bir tərəfdən də sülh bəyanatı vermək ziddiyyətlidir. Baxın, Ermənistan büdcəsindən müdafiə xərclərinə vəsait artırılır. Parlamentin 91 deputatının 60-ı bunun lehinə səs verir. Nəzərə almaq lazımdır ki, Ermənistan Parlamentinin hakim fraksiyası Baş nazir Paşinyanın rəhbəri olduğu partiyadır. Demək ki, sülh bəyanatları imitasiyadan başqa bir şey deyil. Konkret desək, Ermənistan hakimiyyəti sülh sazişində maraqlı olmadığını göstərən addımlar atır. İndi xaricdən beynəlxalq müşahidəçiləri gətirib sərhədə yerləşdirirlər. Sual olunur: burada məram və məqsəd nədir?! Aydındır ki, Ermənistan bu müşahidəçilərdən istifadə edərək Azərbaycan Ordusunun dislokasiyası ilə bağlı nəsə əldə etməyə çalışırlar.

- İrəvan iddia edir ki, Azərbaycan yenidən hücum edəcək...

- Hücum edəcək tərəf sülhdə maraqlı olduğunu ən ali səviyyədə bəyan edər? Hücum edəcək tərəf şərtlər yerinə yetiriləcəyi anda sazişə imza atacağını ən ali səviyyədə deyər? Bizim Ali Baş Komandanımız dəfələrlə deyib ki, bizim başqasının ərazilərində gözümüz yoxdur, heç bir dövlətə ərazi iddiamız da yoxdur. Biz sadəcə haqqımız olan, bizim olanı istəyirik. Özü də bizim Prezidentimizin sözünün imzası olduğunu bütün dünya bilir. Ona görə də, yaxşı olardı ki, Ermənistan tərəfi bəhanələr gətirməsin, oyunlarına son qoysun və Bakının şərtlərini yerinə yetirsin. Belə cəfəng iddialarla zaman qazanmağa çalışmasınlar. Bəli, bizim yarımçıq qalan işlərimiz var və onların tamamlanması üçün addımlar atılacaq. Bundan qarşı tərəfin şübhəsi olmamalıdır. Məsələn, işğalda qalan kəndlərimiz var ki, bu məsələ həllini tapmalıdır. Qərbi Azərbaycandan olan insanlarımızın hüquqları bərpa edilməlidir. Bu isə hücum yox, haqqımızın bərpa olunmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri