Icma.az
close
up
RU
Sülh danışıqları iflasa uğradı

Sülh danışıqları iflasa uğradı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Pakistan çərşənbə günü Əfqanıstanla uzunmüddətli atəşkəs danışıqlarının iflasa uğradıını bildirib. 

Qeyd olunub ki, məqbul bir həll yolu tapılmayıb. Pakistan  xalqını qorumaq üçün addımlar atacağına dair xəbərdarlıq edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, 70-dən çox insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan gərginlik 9 oktyabrda Kabildə baş verən partlayışlardan sonra baş erib və “Taliban” bu hadisədə Pakistanı günahlandırıb.

Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən dörd günlük danışıqlardan sonra informasiya naziri Attaullah Tarar Kanal “X” hesabında bildirib: 

"Təəssüf ki, Əfqanıstan tərəfi heç bir zəmanət verməyib, əsas məsələdən yayınmağa davam edib və ittihamlara, yayınmalara və hiyləgərliyə əl atıb. Beləliklə, dialoq heç bir məqbul həll yoluna gətirib çıxarmayıb".

Tarar Pakistanın Əfqanıstanla sülh ruhunda əlaqə qurduğunu, lakin Kabilin "Pakistan əleyhinə terrorçulara sarsılmaz dəstək"də günahlandırıldığını bildirib. O, xalq terror təhlükəsindən qorumaq üçün bütün mümkün tədbirlərin davam edəcəyini deyib: “Terrorçuları, onların təhlükəsiz sığınacaqlarını və əlbirlərini məhv edəcəyimizə söz verirəm”.

2600 kilometrlik sərhədi paylaşan iki ölkə arasında münasibətlər son illərdə İslamabadın Əfqanıstanın Pakistanda hücumlar həyata keçirən silahlı qruplara sığınacaq verdiyinə dair ittihamları səbəbindən pisləşib.

BMT-nin Əfqanıstandakı Missiyası (UNAMA) bazar ertəsi bildirib ki, son bir həftə ərzində baş verən zorakılıqlarda ən azı 50 Əfqanıstan vətəndaşı həlak olub, daha 447 nəfər yaralanıb.

12 oktyabrda Pakistan ordusu mülki itkilər barədə ətraflı məlumat vermədən 23 əsgərin öldüyünü və 29 nəfərin yaralandığını bildirib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Pakistan Əfqanıstan sülh

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri