Icma.az
close
up
RU
Rəngli inqilab iflasa uğradı

Rəngli inqilab iflasa uğradı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Parlamentində təhlükəsizliyin qırmızı səviyyəsi ləğv edilib, sarı səviyyə elan edilib. Bu məlumatı Gürcüstan mediası yazıb.

Buna əslində ölkədəki ictimai-siyasi vəziyyətin indikatoru kimi də baxmaq olar. Əgər Gürcüstan hakimiyyəti belə bir qərar veribsə, deməli, respublikadakı daxili gərginlik xeyli azalıb.

Doğrusu, bunu Gürcüstanın paytaxtında, eləcə də, başqa iri şəhərlərdə kütləvi aksiyaların zəifləməsi də göstərir. Əvvəlki kütləvilik, əvvəlki coşqu, əvvəlki israr artıq yoxdur.

Aydın görünür ki, Gürcüstanda "rəngli inqilab" baş tutmadı.

Bildiyiniz kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirildi. Hələ seçki ərəfəsində ölkədə belə bir fikir hakim olmuşdu ki, bu, təkcə Gürcüstan üçün yeni parlament seçmək deyil, yeni yol seçmək deməkdir. Gürcüstan parlament respublikasıdır; hökuməti parlament çoxluğu və ya koalisiya qurur. Prezidentin səlahiyyətləri əsasən simvolikdir. Ona görə ölkənin ən yüksək vəzifəli şəxsi baş nazirdir. Baş nazirin namizədliyini isə qalib gəlmiş partiya verir.

Konkret halda - 26 oktyabr seçkisində hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası qazandı. Doğrudur, "Gürcü arzusu" özünün arzusunda olduğu Konstitusion çoxluğu əldə edə bilmədi. Ancaq 150 yerlik parlamentdə 89 mandatı "Gürcü arzusu" qazanmışdı və bu, hökuməti təkbaşına formalaşdırmağa imkan verdi.

Ancaq Qərb strukturları, o cümlədən, Avropa İttifaqı bu seçkinin nəticələrini şübhə altına aldılar və Gürcüstana sanksiya tətbiq etdilər. İndi ABŞ yeni sanksiyalar hazırlayır. Dövlət katibi Entoni Blinken deyib: "ABŞ indi əlimizdə olan alətlərdən istifadə etməyə hazırlaşır, bunlar arasında əlavə sanksiyalar da var".

Sual olunur: niyə? ABŞ və Avropa İttifaqı niyə Gürcüstanla sanksiya dilində danışır?

Bu suala əslində əvvəlki yazılarımızda da cavab verməyə çalışmışıq.

Ümumiyyətlə, düzgün cavabı çox axtarmağa da ehtiyac yoxdur. Düzgün cavab göz qabağındadır: bu, "Gürcü arzusu"nun hakimiyyəti altında ölkənin, Gürcüstan dövlətinin müstəqil siyasi xətt yeritməsidir.

Tək Gürcüstan deyil, müstəqil siyasət yürüdən bütün dövlətlər xarici təzyiqlərlə üzləşir. Xüsusilə, Qərb dövlətləri və siyasi institutları onların sözünə baxmayan, yaxşı mənada dikbaş hökumətləri həmişə dəyişməyə çalışıblar. Bunu seçki yolu ilə edə bimməyəndə, öz siyasi proksi güclərini - öz təsir agenturasını hərəkətə gətirib, seçilmiş hökumətləri devirməyə cəhd eləyiblər. Gürcüstan da bu baxımdam istisna deyildi.

Hələ seçkidən qabaq Qərb müxalifət vasitəsilə belə bir ictimai fikir formalaşdırırdı ki, "Gürcü arzusu" hakimiyyətdə qalsa, ölkəni Avrointeqrasiya yolundan döndərəcək, Rusiyaya doğru aparacaq. Əslində hakim partiya da Avrointeqrasiyanın tərəfdarıdır, sadəcə, buna daha realist yanaşma sərgiləyir.

İrakli Kobaxidze hökuməti yaxşı anlayır ki, hazırkı halda, əvvəla, Avropa İttifaqı Gürcüstanı öz sıralarına qəbul etməyə hazır deyil - Gürcüstanı bunun üçün hazır saymır; ikincisi, Gürcüstan özü də özünü tam hazır saymır, ona görə də daha güclü Gürcüstan kimi Aİ sıralarına qoşulmağa hazırlaşmaq istəyir. Bunun üçün də zamana ehtiyac var. Hər halda Gürcüstan hökuməti özü belə qənaətdədir. Bundan başqa Gürcüstan hökuməti, təbii olaraq, Rusiya-Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmağa, buna uyğun siyasi planlama aparmağa çalışır.

Buna görə də noyabrın 28-də Gürcüstanın baş naziri bəyan etdi ki, ölkə 2030-cu ilə üzvlük üçün tam hazır olacaq. Bu məntiqlə hökumət 2028-ci ilədək Aİ ilə danışıqları "gündəmə gətirməmək" qərarı verib.

Hökumət: "Aİ ilə danışıqları dayandırırıq" deməyib, "gündəmə gətirməyəcəyik" deyib. Bu isə o deməkdir ki, seçkidən sonra danışıqları Aİ özü dayandırıb, rəsmi Tiflisin qərarı əslində Brüsselə cavab idi. Başqa sözlə, müxalifətin və Qərbin yanlış olaraq təqdim etdiyi kimi, danışıqları Gürcüstan dayandırmayıb, noyabrın 28-dək danışıqlar onsuz da dayandırılmışdı. Rəsmi Tiflisin qərarının məğzi budur ki, danışıqları Gürcüstan özü gündəmə gətirməyəcək; bunu etsə, Aİ-nin şərtlərini qəbul etmiş olur. Kobaxidze isə deyir ki, Gürcüstan yalvarmayacaq. Aİ özü istəsə, gündəmə gətirərsə, buna uyğun reaksiya veriləcək.

Ancaq Qərb, o cümlədən, Aİ başqa yolu seçdi. "Rəngli inqilab" ssenarisini işə saldılar. Günlərlə etiraz aksiyaları keçirildi. Hətta siyasi gərginlik qarşıdurma səviyyəsinə qədər artdı. Ancaq Gürcü xalqı ölkəsinin suverenliyinə və müstəqilliyinə sadiqliyini göstərdi; "rəngli inqilab" cəhdlərinə kütləvi ictimai dəstək verilmədi. Bu, ümumxalq hərəkatına çevrilmədi.

Bilirsiniz, Qərbin inqilab ssenarisinin birinci hissəsi parlament seçkilərində müxalifətin qələbə qazanması idi. Ona görə də öz siyasi təsir agenturasına çevirdiyi müxalifət partiyalarını prezident Salome Zurabişvilinin kordinatorluğu, faktik liderliyi ilə səhnəyə sürdü. Ancaq partiyalar bu mübarizəni "Gürcü arzusu"na uduzdu. Bundan sonra ikinci mərhələ gəlirdi; kütləvi küçə hərəkatı yaradıb, seçkilərin nəticələrinin ləğvinə nail olmaq. Bu mərhələni də Qərb uduzdu; Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi seçkinin yekun nəticələrini təsdiqlədi. Bundan sonra küçə etirazlarının daha bir pərdəsi oynanıldı: parlamentə və başqa dövlət qurumlarına hücum etmək, ələ keçirmək, Qərbin şərtlərini diqtə etmək cəhdləri edildi.

Bu hissədə Qərbin uzun onillər ərzində maliyyələşdirib, ələ aldığı, bəsləyib saxladığı "vətəndaş cəmiyyəti", QHT-lər hərəkətə keçdi. ABŞ, Avropa İttifaqı bu mitinqləri, nümayişləri "dinc aksiyalar" adlandırır. Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili də bunu deyib: "Avropa İttifaqı dövlət qurumlarına "Molotov kokteyli" atılmasını "dinc aksiyalar" hesab edir".

Dövlətə hücumlar, təbii ki, bir nəticə vermədi. O zaman Qərb hakimiyyət strukturlarını içəridən sarsıtmağa çalışdı. Qərbin Xarici İşlər Nazirliyindəki, Müdafiə Nazirliyindəki, Ədliyyə Nazirliyindəki və başqa qurumlardakı təsir agentlərinə istefa vermək göstərişi gəldi. Səfirlərin, məmurların, hərbi qulluqçuların, hakimlərin dəstə-dəstə istefaya getmələri xarici mərkəzlərdən verilən əmrlərin nəticələri idi.

Beləliklə, istər içəridən, istər kənardan edilən həmlələr Gürcüstan hökumətini və xalqını öz mövqeyindən, məramından çəkindirmədi, sarsıtmadı. Nəticədə Qərbin planlaşdırdığı və həyata keçirməyə çalışdığı "rənğli inqilab" baş tutmadı. Xaricdə qurulmuş bütün bu ssenarilər, planlar tamamilə iflasa uğradı. Artıq Gürcüstanın dayanıqlılıq testindən keçdiyini deyə bilərik.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri