Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Cənubi Qafqazda sülh gündəliyinin əsas memarı

Cənubi Qafqazda sülh gündəliyinin əsas memarı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Onun sülh naminə ardıcıl fəaliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təsdiqidir

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti  milli səviyyədə olduğu kimi, beynəlxalq birlik tərəfindən də təqdir olunur. Onun daha bir beynəlxalq təltifə - “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bunun növbəti ifadəsidir.

Prezident İlham Əliyev mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığığı ifadə edib. Dövlətimizin başçısı bunun həm də gələcək fəaliyyət üçün böyük məsuliyyət olduğunu bildirərək vurğulayıb: “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir”.

Dinc əhaliyə qarşı amansız cinayət

“Sülh və Barışıq üçün Gernika mükafatı” 1937-ci il 26 aprel tarixində İspaniyanın Bask bölgəsinin Gernika şəhərində dinc əhaliyə qarşı törədilən bombardmanlarla əlaqədar təsis edilib. Havadan endirilən aramsız zərbələr nəticəsində şəhərin yüzlərlə sakini həyatını itirib, çoxlu sayda insan bu və ya digər dərəcədə xəsarət alıb. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir.

Dinc əhaliyə qarşı törədilən cinayətlər hər zaman qınanılıb və bu gün də qınanılmaqdadır. Təəssüf doğuran haldır ki, Gernika kimi faciələr dünyanın ayrı-ayrı regionlarında bu günümüzdə də baş verir. Qəzzada, Yaxın Şərqdə,  Şərqi Avropada alovlanan amansız müharibələr aralarında uşaqlar, qadınlar, qocalar da olmaqla yüz minlərlə insanın həyatına son qoyub.  Bu gün milyonlarla dinc sakin ev-eşikləri dağıdıldığına görə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayır və ən adi ehtiyaclarını belə qarşılaya bilmir.

Dinc əhaliyə qarşı bombardmanların, digər müharibə cinayətlərinin nə demək olduğunu Azərbaycan xalqı da yaxşı bilir. Ölkəmiz ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən havadarları tərəfindən dəstəklənən Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız təxminən otuz il ərzində vaqonlarda, çadırlarda, necəgəldi tikililərdə yaşamaq məcburiyyətində qalıblar. Birinci və İkinci Qarabağ müharibələrində hətta təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimiz belə raket atəşlərinə tutulub. Bu kimi faciələri yaşayan bir xalq olaraq biz dinc əhaliyə qarşı törədilən  hərbi cinayətləri qətiyyətlə pisləyirik. “Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Regionda sülh, barışıq və qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulub

“Sülh və Barışıq üçün Gernika mükafatı” dünyada sülhü təşviq edir. Belə bir mükafatın təsis edilməsi beynəlxalq səviyyədə müharibələrə, dinc əhalinin amansız bombardmanlara məruz qalmasına son qoyulmasının zəruriliyinə bir çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”ndan sonra “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi dövlətimizin başçısının sülh naminə ardıcıl fəaliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin əyani təsdiqidir. Artıq hamı tərəfindən qəbul olunur ki, təxminən otuz il ərzində müharibə riskləri ilə üz-üzə qalan Cənubi Qafqazda sülh gündəliyinin əsas memarı məhz Prezident İlham Əliyevdir. O, müharibə başa çatdıqdan sonra qalib Azərbaycanın yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə vaxt itirmədən məqsədyönlü fəaliyyətlərə başladı. Məhz İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avqustun 8-də Vaşinqtonda , Ağ Evdə, dünyanın bir nömrəli ofisində  Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması, Birgə Bəyannamənin qəbul edilməsi böyük nailiyyətdir. Artıq onilliklər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparmış Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, həmçinin böyük regional və qlobal önəm daşıyan kommunikasiyaların blokdan çıxarılması razılaşdırılıb. Dövlətimizin başçısının bildirdiyi kimi, bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarını itirmirlər. Eyni zamanda, Azərbaycan  sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmizdən Ermənistana enerji məhsullarının göndərilməsi təmin edilir. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq. “Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Aprel 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri