Yeni qanuna əsasən hansı şəxslər dövlət hesabına təhsil ala biləcək Ekspert İZAH ETDİ
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkədə təhsilin əlçatanlığının artırılması və sosial ədalətin təmin olunması istiqamətində ardıcıl islahatlar davam etdirilir. Təhsil sahəsində aparılan bu islahatlar xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının təhsil imkanlarının genişləndirilməsini hədəfləyir. Bu çərçivədə Milli Məclisin Elm və təhsil komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində mühüm yeniliklər əksini tapıb. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində (əlavə təhsil istisna olmaqla) təhsil haqqının dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Eyni zamanda, “Təhsil haqqında” Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.
Bəs sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimlərdir və onlar üçün hansı təhsil imknları nəzərdə tutulub?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az- bilirib ki, dəyişikliklərin nəzərdə tutulması çox müsbət haldır və təhsil almaq istəyən şəxslərə böyük şans yaradacaq:
"Belə bir qərarın alınması, təhsil haqqında qanunvericilikdə bu cür dəyişikliklərin nəzərdə tutulması sosial müdafiəyə ehtiyacı olan şəxslərin dövlət hesabına təhsil alma imkanını əldə etməsinə və bu imkanların yaxşılaşdırılmasına şərait yaradacaq. Bildiyiniz kimi, indiyədək dövlət büdcəsindən sosial həssas qrupa daxil olan şəxslər üçün müvafiq olaraq təhsillə təmin olunma istiqamətində müəyyən maliyyə vəsaitləri ayrılmışdı. Buraya məcburi köçkünlər, eyni zamanda şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, yəni birinci və ikinci qrup əlilliyi olan şəxslər və s. daxildir. Yəni bu şəxslər üçün artıq bu imkanlar tanınıb. Bir də var konkret olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər ki, onların sosial müdafiəyə ehtiyaclı olması o deməkdir ki, aylıq gəlirləri minimumdan azdır, ümumiyyətlə valideynlər haradasa işləmir. Yəni bu qəbildən olan insanlar üçün dövlət büdcəsindən sosial müdafiə ayrılır və həmin şəxslərin dövlət büdcəsi hesabına təhsil almaları məsələsi, düşünürəm ki, mühüm bir faktordur. Bu amil ən azı həmin şəxslərin dövlət büdcəsi hesabına təhsil almalarına imkan yaradacaq və bu regionlarda yaşayan, xüsusilə də bildiyiniz kimi əhalinin daha çox məskunlaşdığı regionlarda yaşayan sosial həssas qrupa daxil olan ailələr üçün mühüm əhəmiyyət kəsb edəcək. Yəni artıq onlar ödəniş məsələsi barədə düşünməyəcəklər. Belə bir qərar qəbul edilərsə və qanunvericilikdə müvafiq dəyişiklik olunarsa, həmin şəxslərin də təhsil almaq arzusu reallaşa bilər".
Nurcan Babək
Oxunub 0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















