Icma.az
close
up
RU
Sülh Ermənistana indiyədək malik olmadığı imkanları vəd edir POLİTOLOQ DANIŞDI

Sülh Ermənistana indiyədək malik olmadığı imkanları vəd edir POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Cənubi Qafqaza sülh məhz Azərbaycanın gündəliyi əsasında təmin olunur. 8 avqust Vaşinqton görüşündə sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi ilə bağlı razılaşma, ATƏT Minsk Qrupunun buraxılması və digər məsələlərlə bağlı əldə edilən nailiyyətlər Azərbaycanın müharibənin bitməsindən etibarən irəli sürdüyü sülh modelinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, yekun sülh sazişinin imzalanması və paraflanması üçün hələ də maneələr qalmaqdadır: "Bu maneə Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu ilə bağlıdır. Lakin bu maneənin aradan qaldırılacağına şübhə yoxdur, çünki Ermənistanın başqa yolu yoxdur.

Bu gün sülh təbii olaraq regionda hər kəs üçün vacibdir, amma ən çox sülhə ehtiyacı olan tərəf Ermənistanın özü olduğu da bir reallıqdır. Azərbaycan və Ermənistan arasında əldə edilən sülh Ermənistan üçün bir sıra siyasi və geosiyasi reallıqlarla müşahidə olunacaq. Ən vacib reallıq ermənilərin “Böyük Ermənistan” adlı xülyadan oyanması və mövcud reallıqları dərk etməsidir. Paşinyan və onun hakimiyyət təmsilçiləri artıq mütəmadi olaraq Ermənistana ziyandan başqa bir şey gətirməyən utopik iddialardan imtina edilməsinin vacibliyi haqqında bəyanatlarla çıxış edirlər. Uzun müddət “Böyük Ermənistan” şüarı ilə zəhərlənmiş erməni toplumunun bu xülyalardan imtina etməsi zəruridir, çünki məhz bu xülya Ermənistanı müxtəlif güclərin əlində alətə çevirərək ölkənin müstəqil dövlət kimi fəaliyyət göstərməsinin, başqalarından asılı olmadan iqtisadi və hərbi gücə malik olmasının qarşısını alıb.

Sülh Ermənistana indiyədək malik olmadığı imkanları vəd edir. Tranzit ölkəyə çevrilmə, regional layihələrdə iştirak imkanı vəd olunur. Lakin bütün bunların baş verməsi üçün Ermənistanın, onun hakimiyyətinin və ictimaiyyətinin mövcud reallıqları nəzərə alaraq addımlar atması vacibdir. İlk növbədə qonşularla münasibətlərdə etdikləri səhvlərdən nəticə çıxarmalı, regionda söz sahibinin kimlər olduğunu qəbul etməlidirlər. Ermənistan anlamalıdır ki, bu regionda nəyəsə nail olmaq istəyirsə Azərbaycan-Türkiyə tandemini mütləq nəzərə almalıdır. Mövcud reallıqları qəbul etmək ermənilər üçün müstəqil dövlət olmaq imkanı yaradır. Əks halda, nə dalan dövlət statusundan çıxmaq, nə də digər dövlətlərin asılılığından azad olmaq mümkün olmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri