Icma.az
close
up
RU
Sülh gündəliyinin müəllifi kimi Azərbaycan lideri

Sülh gündəliyinin müəllifi kimi Azərbaycan lideri

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, onun beynəlxalq aləmdə formalaşmış yüksək nüfuzunun, sülhə və insan qardaşlığına əsaslanan siyasətinin rəsmi təsdiqidir
Müasir dünyada uğurlu dövlətçilik nümunələri çox deyil. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin keçdiyi inkişaf yolu xüsusi diqqət cəlb edir. Bu uğurun təməlində isə BƏƏ-nin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən müəyyən edilmiş siyasi fəlsəfə və bu xəttin bu gün Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi dayanır. “Zayed İnsan Qardaşlığı Mükafatı” — Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşıyan prestijli beynəlxalq mükafatdır. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, xüsusilə son illərdə sülh gündəliyinin təşəbbüskarı və aparıcı fiquru kimi çıxış etməsi ilə daha da möhkəmlənib. Onun liderliyi ilə Azərbaycan münaqişədən postmünaqişə mərhələsinə keçidi bacaran, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib. Bu kontekstdə “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin münaqişədən dialoqa, qarşıdurmadan əməkdaşlığa keçid prosesində göstərdiyi siyasi iradənin beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirilir. Mükafat, sülhün yalnız hərbi və siyasi vasitələrlə deyil, qarşılıqlı anlayış və humanist dəyərlər üzərində qurulmasının mümkünlüyünü nümayiş etdirən liderlərə verilir.
Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuz qazanmasının əsas səbəblərindən biri də Azərbaycanın multikulturalizm və tolerantlıq modelini ardıcıl şəkildə təşviq etməsidir. Müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin sülh şəraitində yaşadığı Azərbaycan bu sahədə real təcrübəyə malik ölkə kimi tanınır.
Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi, eyni zamanda Azərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisidir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional əməkdaşlıq təşəbbüsləri və diplomatik fəallıq Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirib. Bu mükafat göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, qlobal gündəliyə töhfə verən, söz sahibi olan dövlət kimi qəbul olunur. Prezident İlham Əliyevin şəxsində bu mövqeyin beynəlxalq səviyyədə tanınması, ölkənin gələcək diplomatik imkanlarını daha da genişləndirir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” həm də Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinə verilən dəyərin ifadəsidir. Qətiyyət, ardıcıllıq, milli maraqlara sadiqlik və eyni zamanda beynəlxalq hüquqa hörmət onun siyasi xəttinin əsas xüsusiyyətləridir. Bu keyfiyyətlər Prezident İlham Əliyevi beynəlxalq platformalarda etibarlı tərəfdaş, sözü ilə əməli üst-üstə düşən lider kimi tanıdır. Mükafat, məhz belə liderlərin müasir dünyada daha çox ehtiyac duyulan siyasi simalar olduğunu nümayiş etdirir.
4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə nüfuzlu beynəlxalq tədbir deyil, eyni zamanda müasir dünya üçün mühüm siyasi, mənəvi və humanist mesajların səsləndirildiyi bir platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mərasimdəki çıxışı xüsusilə sülh, dinlərarası dialoq və regional sabitlik mövzularında verdiyi aydın və qəti mövqeyi ilə diqqət çəkdi. Prezident İlham Əliyevin 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı, təkcə formal mükafat sözləri deyil, həm də beynəlxalq dialoq və sülhün təşviqi istiqamətində real addımların yüksək səviyyədə tanınması kimi qiymətləndirilməlidir. Bu çıxış həm Prezidentın liderlikdə rolunun, həm də Azərbaycan-BƏƏ münasibətlərinin strateji əhəmiyyətinin bir göstəricisidir. Prezident İlham Əliyev mərasimində çıxışında bildirib ki, Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. “Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”, - deyə cənab Prezident əlavə edib. BƏƏ bu gün sülh və ahəngdar şəraitdə yaşayan çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin uğurlu nümunəsi kimi tanınır. Müxtəlif dinlərə, mədəniyyətlərə və millətlərə mənsub insanların qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi ilə tolerantlıq və multikulturalizm yalnız şüar səviyyəsində qalmayıb, real sosial və hüquqi mexanizmlərlə təmin edilib. Bu model bir çox ölkələr üçün aktual olan sosial harmoniyanın necə qurulmasına dair real təcrübə təqdim edir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirərək Birləşmiş Ərəb Əmirliklərini tarixə söykənən, gələcəyə yönələn, sülh və ahəng üzərində qurulmuş müasir dövlət modelinə çevirib. Bu gün BƏƏ yalnız regional güc deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və uğurlu dövlətçilik nümunəsi kimi qəbul olunur.
4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq ictimaiyyət üçün mühüm siyasi mesajlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bu tədbiri sadəcə mükafat mərasimi çərçivəsindən çıxararaq, qlobal sülh təşəbbüslərinin müzakirə olunduğu nüfuzlu tribunaya çevirdi. Çıxışın xüsusi diqqət çəkən məqamlarından biri isə Amerika Birləşmiş Ştatlarının Azərbaycan–Ermənistan arasında sülhün bərqərar olunmasında oynadığı rola verilən yüksək qiymət oldu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, onun beynəlxalq aləmdə formalaşmış yüksək nüfuzunun, sülhə və insan qardaşlığına əsaslanan siyasətinin rəsmi təsdiqidir. Bu mükafat təkcə bir dövlət başçısına verilən fərdi qiymət deyil, eyni zamanda Azərbaycanın seçdiyi siyasi yolun, humanist dəyərlərə söykənən inkişaf modelinin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.
Kaman Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri