Icma.az
close
up
RU
Azərbaycan həm regionda, həm də dünyada sülh gündəliyinin fəal təşəbbüskarı kimi çıxış edir

Azərbaycan həm regionda, həm də dünyada sülh gündəliyinin fəal təşəbbüskarı kimi çıxış edir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Başa çatan həftə Azərbaycan dövlətinin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında yüksək səviyyədə təmsil olunması və səmərəli görüşlərlə yadda qaldı. Radikal müxalifətimiz həmişə olduğu kimi bu dəfə də açıq siyasi qərəzlilik və bədxahlıq nümayiş etdirsə də, lakin Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısı çərçivəsində əldə olunan nəticələr ölkəmiz üçün həddindən artıq uğurludur. Bu Zirvə toplantısına Danimarka və Avropa İttifaqı (Aİ) rəhbərliyinin xüsusi dəvətilə qatılan Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlərin yekun nəticələrin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması baxımından olduqca önəmlidir.
Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında Azərbaycana xüsusi diqqətin göstərilməsini Aİ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi hesab etmək olar. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşün nəticələri bir daha onu deməyə əsas verir ki, Avropa İttifaqı artıq birmənalı olaraq Azərbaycanla münasibətlərin müsbət dinamika ilə inkişaf etdirilməsində maraqlıdır. Belə ki, Antonio Koşta açıq şəkildə bildirdi ki, "Biz Azərbaycanı mühüm bir tərəfdaş kimi qiymətləndiririk və əlaqələrimizin möhkəmləndirilməsinə sadiqik. Biz öz Qlobal Keçid strategiyamız vasitəsilə regional nəqliyyat, enerji və rəqəmsallaşmadakı konnektivliyə investisiyalarımıza davam edəcəyik”. Həmçinin Ursula Fon der Lyayen də dövlətimizin başçısı ilə görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğunu vurğuladı.
Eyni zamanda, görüş zamanı Antonio Koşta və Ursula Fon der Lyayenin dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etməsi Aİ-nin bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir. Aİ rəsmiləri Vaşinqton razılaşmalarının regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildiriblər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün Avropa İttifaqının bundan sonra da səylərini davam etdirəcəyini diqqətə çatdırıblar. Beləliklə, Avropa İttifaqı liberal-qlobalistlərin hökmranlıq etdiyi dövrdən fərqli olaraq indi Cənubi Qafqazda eskalasiyaya yox, real sülhə dəstək verməyin faydalı olduğunu anladığını nümayiş etdirir. Avropa İttifaqının sülhü dəstəkləməsi Azərbaycan diplomatiyasının qələbəsidir.
Kopenhagen Zirvəsində Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən işgüzar görüşün nəticələri və eyni zamanda, toplantı ərəfəsində gerçəkləşən kuluar söhbətlərində fransız liderin azərbaycanlı həmkarına qarşı səmimi davranış nümayiş etdirməsi hazırda rəsmi Parisin də Azərbaycan ilə münasibətlərə Avropa İttifaqının mövqeyindən yanaşmağa başladığını və əvvəlki qatı ermənipərəst siyasətindən uzaqlaşmağa başladığını göstərdi. Makron artıq başa düşür ki, ənənəvi ermənimərkəzli siyasət və anti-Azərbaycan mövqeyi Fransa üçün zərərlidir. Odur ki, Makron Fransanın Cənubi Qafqaz siyasətində köklü dəyişikliklər etməyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağı qərara alıb. Bu da onu göstərir ki, Fransa rəhbərliyi regionda formalaşan yeni geosiyasi reallıqlarla hesablaşır.
Ümumiyyətlə, Kopenhagen Zirvəsinin nəticələri Azərbaycanın həm regional, həm də qlobal siyasətdə rolunun artdığını göstərdi. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliyanın Baş naziri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Prezidenti Emmanuel Makron, Ermənistan Baş naziri Nikol Paşinyan və Moldova Prezidenti Maya Sandu ilə baş tutan görüşləri də bu həqiqətin təsdiqidir. Dövlətimizin başçısının sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa çağırışları bütün geosiyasi aktorlar üçün cəlbedicidir. Azərbaycan həm regionda, həm də dünyada sülh gündəliyinin fəal təşəbbüskarı kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see523

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see231

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see163

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see154

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see141

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see138

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see137

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see134

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see133

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri