Icma.az
close
up
RU
Sülh gündəmini Azərbaycan diktə edir ŞƏRH

Sülh gündəmini Azərbaycan diktə edir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ekspert Ermənistanın yeni siyasi trayektoriyasını açıqladı


Aqşin Kərimov: “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb”



"Azərbaycan-Ermənistan sülh gündəmində əhəmiyyətli irəliləyişlər mövcuddur və Ermənistanın daxili siyasi dinamikasında da Azərbaycanın tələb və şərtləri əsasında formalaşan yeni konyukturanın ərsəyə gəlməsi prosesi getməkdədir". 

Bu barədə Sherg.az-a  siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bu, o deməkdir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən bir obraz yaratmaq istəyir: "Hərçənd, bu obrazın nə qədər davamlı olacağı və sülh gündəmində hansı dərəcədə əhəmiyyətli rollar alacağı perspektiv üçün bəzi açıq suallar da qoymaqdadır. Bununla belə, Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir. Bu da təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən başlıca prioritet olaraq regional təhlükəsizlik üçün vacib xətt kimi önə çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elanı kimi başa düşülməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini gələcəkdə isə təhlükəsizlik və iqtisadi arenasını yönləndirmək üçün mühüm bir alət qazanmaqdadır".


Analitik hesab edir ki, Ermənistanın bu trayektoriyadan çıxa biləcəyi ehtimallarını da nəzərə almalıyıq:

"Çünki Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və bununla da, Ermənistan manevrlər etmək üçün müəyyən barmaq yerləri saxlamaqdadır. Ancaq Azərbaycan prosesi diqqətdə saxlayır, Ermənistanın hər hansı bir revanşa meyillənməməsi üçün kifayət qədər ciddi resurs xərcləyərək diplomatik siyasi həmlələr göstərir. Prosesin bu formada davam edəcəyi təqdirdə "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər" deyə bilərik. Bununla belə hələki birbaşa müqavilə üçün konyunktura formalaşmayıb. Ən azından buna görə də yaxın zamanlarda Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı çərçivə sazişi imzalanması gündəmə gələ bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see354

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see196

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see167

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see161

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see155

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri