Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Sülh insanlığın rəmzidir TƏHLİL

Sülh insanlığın rəmzidir TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Dünya yaranandan insanlar bir-birinə qarşı savaş aparıblar. Dövlətlər yarandıqca və yeni torpaqlar, müxtəlif zəngin ərazilər aşkarlandıqca dövlətlər bir-birini sıradan çıxartmağa cəhdlər göstəriblər. Bu səbəbdən də, bəşəriyyət heç zaman sakitlik görməyib. Müharibələr olub və bu gün də davam etməkdədir. Müharibə dedikdə təbii olaraq göz önünə günahsız insanların, uşaqların, qocaların, qadınların öldürülməsi, yaralanması düşür. Müharibə ümumilikdə fəlakət deməkdir, kədər və göz yaşı deməkdir. Müharibə zonalarında heç bir insan sağ qala biləcəyinə ümid edə bilməz, yaşayış məskənlərinin qorunması, mühafizə edilməsi də mümkünsüzdür. Müasir dövrdə, xüsusilə də 2023-cü ildə dünyada 75 münaqişəli bölgə qeydə alınıb. 2024-cü ildə isə bu rəqəm 85-ə, 2005-ci ildə isə 104-ə yüksəlib, hazırda isə dünyada müharibə və münaqişələrin sayı 118-dir. İsveçin Uppsala Universitetinin Münaqişələrin Tədqiqi Proqramına əsasən, bu, statistik məlumatların sistematik toplanmasının başladığı 1946-cı ildən bəri maksimum göstəricidir. Bu artım onu deməyə əsas verir ki, insanlıq bir-binə qarşı düşmənçilyi genişləndirir.

İddialara görə, bu günə qədər dünyada 125 minə yaxın irili-xırdalı, münaqişələr, müharibələr baş verib. Bu müharibələr zamanı 1, 5 milyard insan öldürülüb. Əksər hallarda müharibə həmişə başladığı sərhədlərdən kənara çıxır. Dövlətlər onu başlayır, diplomatlar onu bitirir. Birinci Dünya müharibəsi 1914-cü il iyulun 28-də Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsi ilə başlandı. Bu müharibə Avropa, Yaxın Şərq, Afrika, Şərqi Asiya və dünya okeanlarını əhatə edən müharibəyə çevrildi. Nəticə fəlakətli oldu. 20 milyon insanın həyatına son qoyuldu, 50 milyon insan yaralandı, bütöv kəndlər və şəhərlər yer üzündə silindi, dünya xəritəsi yenidən cızıldı. Birinci Dünya müharibəsində Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstandan ibarət "Dördlər" ittifaqı "Antanta" adlı blokda birləşmiş Fransa, Böyük Britaniya, Rusiya, Serbiya, Belçika, İtaliya, Rumıniya, Yaponiya və ABŞ-a qarşı döyüşürdü. Ümumilikdə 40 ölkənin iştirak etdiyi müharibədə 70 milyon insan hərbi əməliyyatlara cəlb olunmuşdu.

Fəlakəti yaradan və inkişaf etdirən aparıcı dövlətlərdir

Sonrakı dövrdə Almaniya faşizminin başladığı müharibə bəşəriyyət üçün növbəti fəlakət yaratdı. İkinci Dünya müharibəsi dünya siyasətinin dönüş nöqtəsi olmuşdur. Beynəlxalq arenada qüvvələrin yeni paylaşması meydana çıxmışdır. İkinci Dünya müharibəsi müharibələr tarixində ən dəhşətlisi idi. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən 12,8 milyona kimi insan iştirak etmiş, 163 min top, 18,3 min təyyarədən istifadə olunmuşdur. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya müharibəsindəkindən 5,5 dəfə çox olmuşdur. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dollarını ötmüşdür. Bunun 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü. İkinci Dünya müharibəsi 1945-ci ildə anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatdıqdan sonra dünyanın siyasi xəritəsi dəyişikliyə məruz qalmışdı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradılmışdı. Təəssüflər olsun ki, BMT dünyada sülhün və təhlükəsizliyin yaradılması missiyasınız üzərinə götürsə də, bu vacib amili yerinə yetirə biməyir. Çünki aparıcı dövlətlər dünya arenasında öz maraqlarını təmin etmək üçün müxtəlif bəhanələrlə müstəqil dövlətlərin ərazilərinə soxulurlar. Hərbi gücü ilə öldürür, yaralayır, şəhər və kəndləri xarabazarlıqlara çevirirlər. Əksər hallarda daha çox mülki əhali zərər görürür. Fikir verin, artıq 5 ildir davam edən Rusiya –Ukrayna müharibəsində daha çox dinc sakinlər əziyyət çəkiblər. Hər iki tərəfdən ümumilikdə 3 milyondan çox hərbçi həyatını itirib, 18 milyona yaxın ukraynalı ölkəni tərk edib. Rusiya hücum edən tərəf olsa da, ciddi itkilərə məruz qalıb. Rəsmi Moskva beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum olub. Sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatı tamamilə çöküb. Hazırda ruslar ərzaq təminatında ciddi əziyyətlər çəkirlər. Yanacaq çatışmazlığı səbəbindən təcili yardım maşınları da xəstələrin çağırışlarına gedə bilmir. Bu azmış kimi Ukrayna ilə sərhəddə yerləşən Rusiya şəhərlərinin əhalisi öz doğma yurd yerlərini tərk edib, daha təhlükəsiz ərazilərə köçürlər. Ən dəhşətlisi isə, ondan ibarətdir ki, müharibə başlayandan bəri Rusiyanın 125 yaşayış məskəni ləğv edilib. Ukrayna dronları isə hər gün Rusiya səmasındadır. Hər gün Rusiya şəhərləri dron hücumuna məruz qalır və bu zaman həyatlarından və malından olan sadə Rusiya vətəndaşları olur.

Millətlər sülh istəyir, cəlladlar isə müharibə deyir

Avqustun 10-da Nijnekamsk şəhərinə edilən pilotsuz təyyarələrinin hücumu ilə Tatarıstan mətamə büründü. Şəhərdəki həm sənaye, həm də mülki obyektlərə zərbələr endirilib. Tatarıstan rəhbəri Rüstəm Minnixanov 10 avqustu respublikada matəm günü elan edib. 11 avqust tarixinə olan məlumata görə, Nijnekamsk şəhərinə edilən dron hücumunda beş yaşlı qız da daxil olmaqla 13 nəfər həlak olub. Son məlumatlara görə, 78 nəfər tibbi yardıma müraciət edib, onlardan 25-i xəstəxanaya yerləşdirilib. Nijnekamsk meri Radmir Belyayev bildirib ki, şəhər həm sənaye, həm də mülki obyektlər böyük düşmən dron hücumuna məruz qalıb və zərər görüb. Təbii ki, Ukrayna özünü müdafiə edir və Rusiya ərazisinə hücumlar edir. Hərbi baxımdan bu, təəccüblü deyil: hücum altında olan bir dövlət düşmənin hərbi potensialını yerləşdiyi yerdə məhv etməyə çalışır.

Ölənlər və yaralananlar arasında ruslarla yanaşı Özbəkistan vətəndaşları olub. Onlar Rusiyaya işləmək üçün gediblər. Onların Rusiya-Ukrayna qarşıdurması ilə heç bir əlaqəsi yoxdur. Lakin onlar onun qurbanı olublar.

Rusiya onilliklərdir ki, miqrant işçiləri cəlb edir. Onlar evlər və yollar tikir, fabriklərdə işləyir və şəhər xidmətləri göstərirlər. Sülh dövründə Rusiyanın onların əməyinə ehtiyacı var. Lakin müharibə zamanı onlar özlərini nəzarətlərindən kənar vəziyyətlərin girovuna çevirirlər. Nəticə, dəhşətli asimmetriyadır. Müharibə əsasən Ukrayna ərazisində aparılsa da, digər millətlərin nümayəndələri də müharibənin yaratdığı fəlakətdən əziyyət çəkirlər. Xilas yolu, sabitlik və təhlükəsiz yaşam yolu isə görünmür. Çünki dünyada sülhə və təhlükəsizliyə cavabdeh olduqlarını iddia edən dövlətlər elə müharibələrin təşkilatçılarıdır. Elə onların özləri insanlığa və bəşəriyyətə qarşı düşmən kəsiliblər. BMT Təhülkəsizlik Şurasının daimi üzvləri olan bu dövlətləri və onların baş cəlladlarını cəzalandırmaq isə mümükünsüz görünür. Bu isə onu deməyə əsas verir ki, insanlıq təhlükə qarşısındadır. Hələ çox qanlar töküləcək, şəhərlər, kənd və qəsəbələr dağıdılacaq.

İ.ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri