Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Sülh müqaviləsi üçün yeni tarix: Niyə beş ay sonra...

Sülh müqaviləsi üçün yeni tarix: Niyə beş ay sonra...

Icma.az, Yenisabah saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasındakı münaqişənin tezliklə “uğurla həll ediləcəyini” bildirib. “Biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu, həll olunmağa yaxındır. Uğurlu bir həllə”, - Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə belə deyib.

Ermənistanın “Qraparak” nəşri isə iddia edib ki, Azərbaycanla müqavilə dekabrda imzalanacaq. Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq təşkilatlara verilməsinin əleyhinə deyil. Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də “Daşnaksütyun” üzvlərini həbs edirlər və etiraz edə biləcək qüvvələri sıradan çıxarırlar.

Ekspertlər qeyd edir ki, əslində sülh müqaviləsinin həmin vaxt imzalanması mümkün variantdır. Martda sülh sazişinin mətninin artıq razılaşdırıldığı bildirilsə də, bu görüşdə sazişin imzalanma tarixi barədə hər hansı məlumat verilməyib. Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub. İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. pizza sifarişi

Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun buraxılması sülh müqaviləsinin imzalanmasına əsas əngəldir. İndi Paşinyan açıq şəkildə bildirib ki, bütün güzəştlərə getməyə hazırdır və sülh müqaviləsi ilə yanaşı, ATƏT-in Minsk Qrupu və avropalı müşahidəçilərdən eyni vaxtda imtina etməyi təklif edir. Erməni ekspert Jirayr Liparityan qeyd edir ki, konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər. Ekspertlərin bu situasiya və perspektivlərlə bağlı maraqlı fikirləri var.

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Birincisi, onu deyim ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ermənistan qarşısında irəli sürdüyü tələblərin yerinə yetiriləcəyinə tam təminat almadan çərçivə sənədini, tələblər yerinə yetirilmədən isə hərtərəfli sülh anlaşmasını imzalamayacaq. Prezident Trampın açıqlamasına gəldikdə, bir var piar, bir də var konkret addımlar. Hər kəsə aydındır ki, Azərbaycanı sülhə təşviqə ehtiyac yoxdur, bununla bağlı ilk təşəbbüsü biz irəli sürmüşük, sülh anlaşmasının prinsiplərini də biz tərtib etmişik. Ermənistan hakimiyyəti də, deyəsən, artıq konstruktiv mövqe ortaya qoyur”. S.Alıyevin sözlərinə görə, ABŞ-ın burada sülhə töhfəsi o ola bilərdi ki, Ermənistanı qarışdırmağa, Azərbaycana təzyiq göstərməyə çalışanların yolunu kəssin: “Əgər ABŞ və Paşinyanla Parisdə görüşən Fransa bu regionda sülhdə maraqlıdırsa, Minsk Qrupunun  buraxılmasını dəstəkləməlidirlər. Bunu edəcəklərmi, baxacağıq”.

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, əsas məqam indi regionda uzunmüddətli sülhün hüquqi, diplomatik və geosiyasi təminatları üzərində gedir: “Trampın "məsələ həll olunmağa yaxındır" bəyanatı əslində ABŞ-ın prosesə gecikmiş də olsa, qoşulmaq və Avropa İttifaqı ilə bərabər Cənubi Qafqazda balans yaratmaq niyyətindən xəbər verir. Bu, həm də Vaşinqtonun Ermənistana dolayı şəkildə “oyunçunu dəyiş, oyun dəyişəcək” mesajıdır. Ermənistan daxilində baş verənlər - “Daşnaksütyun” və digər radikal qüvvələrin sıradan çıxarılması - Paşinyanın ciddi daxili təmizləmə apardığını və müqaviməti minimallaşdırmaq istədiyini göstərir. Bu, təkcə sülh üçün deyil, həm də onun öz siyasi gələcəyi üçün həyati əhəmiyyət daşıyır. “Qraparak”ın yazdığı kimi, əgər dekabrda sülh sazişi imzalanacaqsa, bu o deməkdir ki, artıq bir çox siyasi-texniki detallarda razılıq əldə olunub və indi Ermənistan ictimaiyyətində müqavimətin ləğvi mərhələsi başlayıb". T.İsmayılov vurğuladı ki, ATƏT-in Minsk Qrupundan imtina və konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan üçün milli suverenliklə geosiyasi balans arasında seçim deməkdir: “Liparityanın qeyd etdiyi kimi, konstitusiya dəyişiklikləri asan məsələ deyil, amma realpolitik baxımdan aralıq razılaşmalar vasitəsilə bu əngəl müvəqqəti aşılır. Paşinyanın bu güzəştlərə hazır olması əslində sülh üçün yox, Ermənistanın regionda təcrid olunmaması üçün etdiyi məcburi riyaziyyatdır. Azərbaycan isə prosesi ağıllı və strateji şəkildə idarə edir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və paralel olaraq sülh müqaviləsinin paraflanması Azərbaycanın həm hüquqi, həm də faktiki üstünlüyünün göstəricisidir. İndi artıq masa üzərində konkret sənədlər, hüquqi mətnlər və qarşılıqlı öhdəliklər var. Bu mərhələ illər öncə sadəcə ideya idi, indi isə real dövlət strategiyasına çevrilib”. Ekspert qeyd etdi ki, sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın daxili siyasi manevrlərinə və beynəlxalq aktorların təsir dairəsinə bağlıdır: “Rusiya bu prosesdən kənarda qalmaq istəmir, amma artıq yeni geosiyasi reallıq onu çətin vəziyyətə salıb. Avropa İttifaqı və ABŞ isə Paşinyanın yanında görünməklə Rusiyanın bölgədəki yeganə "arbitraj güc" statusunu qırmağa çalışır. Dekabr razılaşması ətrafında gedən bu hazırlıq həm də Cənubi Qafqazın postsovet dövründəki ən həlledici diplomatik anlarından biridir. Burada artıq Qarabağ yox, sərhədlər, kommunikasiya xətləri və regionun hüquqi konturları danışılır. Sülh müqaviləsinin mətni razılaşdırılıbsa və yalnız siyasi-ictimai hazırlıq gedirsə, bu, Azərbaycanın diplomatik qələbəsidir". Ekspert bildirdi ki, bu mərhələdə Ermənistan öz konstitusiyasını dəyişməsə belə, müvəqqəti mexanizmlərlə razılaşmaya imza ata bilər: “Azərbaycanın marağı isə razılaşmanın kağız üzərində qalmaması, real icra mexanizmləri ilə dəstəklənməsi və beynəlxalq hüquq normalarına söykənməsidir. Bu baxımdan Bakı vəziyyəti təmkinlə izləyir, amma istənilən halda təşəbbüs onun əlindədir. Nəhayət, bu prosesin uğurla başa çatması Azərbaycanın yaratdığı yeni güc balansının nəticəsidir. Əgər dekabr razılaşması baş tutarsa, bu, bölgənin gələcək onilliklər üçün arxitekturasını müəyyən edən sənəd olacaq. ABŞ-ın indiki müdaxiləsi isə son söz deyil - bu, yalnız bölgədə balansın hansı tərəfə meyllənəcəyini ölçmək cəhdidir”. T.İsmayılov əmindir ki, sülhə gedən yol görünür və artıq geridönüş yoxdur: “Amma bu yolun sonunda nəinki sənəd, həm də real dəyişikliklər və icra gözlənilir. Azərbaycanın da gözləntisi budur: hüquqi, texniki və geosiyasi zəfəri hüquqi sənədlə möhürləmək. Və bütün əlamətlər göstərir ki, bu mərhələ tarixi fürsətdir. Onu dəyərləndirə bilən tərəf isə artıq bəllidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri