Icma.az
close
up
RU
Sülh müqaviləsinin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasına ehtiyac var

Sülh müqaviləsinin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasına ehtiyac var

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin (sülh müqaviləsi) paraflanması fonunda, Birgə Bəyannamədə həmin Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasının davam etdirilməsinə ehtiyac var.

APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə normallaşma prosesinin irəlilədilməsi və regionda dayanıqlı sülhün və sabitliyin təmini baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü sülh gündəliyinin Ermənistan və beynəlxalq birlik tərəfindən qəbuluna dəlalət edən müddəaları özündə ehtiva edir.
Birincisi, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin (sülh müqaviləsi) paraflanması fonunda, Birgə Bəyannamədə həmin Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasının davam etdirilməsinə ehtiyac olduğunun təsbit edilməsi xüsusi vurğulanmalıdır.

Belə ki, Ermənistan tərəfinin sazişin imzalanması və ratifikasiyası üçün heç bir əngəl olmaması ilə bağlı indiyə qədər tutduğu mövqe müqabilində, Birgə Bəyannamədə qeyd edilən müddəanın təsbit edilməsi təsadüf hesab edilə bilməz və bu, Ermənistan konstitusiyasında zəruri dəyişiklik edilməklə, burada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurətini əks etdirir;

Beləliklə, sənəddə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmayana qədərikitərəfli saziş layihəsinin imzalanmasının mümkün olmadığına dair Azərbaycan tərəfinin normallaşma prosesinin lap əvvəlindən ortaya qoyduğu mövqe öz təsdiqini tapır;

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada da Azərbaycan tərəfinin prinsipial və ardıcıl mövqeyindən irəli gələrək, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların təmin edilməli olduğuna dair müddəa öz əksini tapır;

Sənəddə “maneəsiz bağlantılar” məfhumunun məxsusi olaraq məhz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqə kontekstində qeyd edilməsi xüsusilə vurğulanmalıdır.

Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında bağlantıların təmininə xüsusi yanaşma tətbiq edilməsi zərurətinə dair Azərbaycan tərəfinin prinsipial mövqeyinin Ermənistan tərəfindən qəbul edilməsinin təsdiqi kimi
dəyərləndirilməlidir;

- Sənəddə Ermənistan ərazisində Ermənistanın ABŞ və digər qarşılıqlı razılıq əsasında müəyyən ediləcək üçüncü tərəflər ilə əməkdaşlıq vasitəsilə xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit edilir. Bu, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və Naxçıvan MR arasında maneəsiz bağlantıların təmini məqsədini güdən və Ermənistan ərazisində ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur;

- Birgə Bəyannamənin digər vacib bir müddəası burada iki ölkə arasında münaqişənin artıq keçmişdə qaldığının və məhz münaqişənin həllindən sonra yaranmış reallıqların iki dövlət arasında qonşuluq münasibətlərinin qurulmasına şərait yaratmasının təsbit olunmasıdır. Beləliklə, Azərbaycan tərəfindən 2020-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası ilə keçmiş münaqişənin artıq tarixdə qalması tezisi birmənalı şəkildəsənəddə təsbit edilir;

- Burada daha bir vacib məqam isə, münaqişənin həlli nəticəsində yaranmış reallıqların təftiş mövzusu olmadığı və heç vaxt olmayacağının birmənalı təsdiq edilməsi və bu kontekstdə, revanşist cəhdlərin qətiyyətlə rədd edilməsidir;

- Bu, həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdlərinin qətiyyətlə rədd ediləcəyinə dair siyasi məsuliyyət
və öhdəliyi təcəssüm etdirir;

- Beləliklə, sözügedən müddəa bir tərəfdən münaqişənin keçmişdə qaldığını, Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla, bütün ərazisi üzərində suveren nəzarətinin bərpa etdiyi reallığının Ermənistan tərəfindən qəbul edilməsinə dair siyasi öhdəliyi təsbit edir. Digər tərəfdən isə, bu reallığı hər hansı bir formada sual altına almaq cəhdlərinin indi və gələcəkdə rədd və istisna edilməsinə dair Ermənistanın dövlətməsuliyyətini özündə ehtiva edir;

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri