“Sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı yeni proses başlayacaq” Hikmət Hacıyev
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur: “Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq".
Bu mövzuda digər xəbərlər:“Sülh sazişinin mətninin müzakirəsi gələn ay davam edəcək” Hikmət Hacıyev
13 Noyabr 2024 14:03
Dekabrda sülh müqaviləsinin mətninin müzakirəsi başlayacaq
13 Noyabr 2024 11:26
Hikmət Hacıyev: Bakı və İrəvan dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar
13 Noyabr 2024 01:42
Hikmət Hacıyev: “Bakı və İrəvan dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar”
13 Noyabr 2024 09:23
Baxış sayı:70
Bu xəbər 13 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















