Icma.az
close
up
RU
Sülh Planı aranı qarışdırdı: Vitkoff Uşakov dialoqu mediaya niyə sızdırıldı? ŞƏRH

Sülh Planı aranı qarışdırdı: Vitkoff Uşakov dialoqu mediaya niyə sızdırıldı? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ukrayna–Rusiya müharibəsinə dair Donald Trampın təqdim etdiyi sülh planı ətrafında müzakirələr getdikcə intensivləşir. Planın bir sıra maddələri etirazlara səbəb olur, dəyişiklik təklifləri səsləndirilir.

Ukrayna prezidenti Volodimir Zelenski Putinin sülh niyyətinin olmadığını bəyan edir, Avropa İttifaqı isə Ukraynanın ərazi baxımından güzəştə getməyəcəyini vurğulayır. Tramp isə prosesin günü-gündən daha da mürəkkəbləşdiyini bildirir. Bu arada ABŞ nümayəndəsi Stiv Vitkoff ilə Kremlin müşaviri Yuri Uşakov arasında baş tutan telefon danışığının mediaya sızması da gündəmə damğa vurub. Sızan söhbətdə Vitkoffun Uşakova Putinin Trampa təşəkkür etməli olduğunu dediyi məlum olur.

Maraqlıdır görəsən, Trampın sülh planı işə yarayacaqmı? Vitkoff və Uşakovun dialoqu mediaya niyə sızdırıldı? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov

ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsü pragmatik realizm üzərində qurulub və əsas məqsəd münaqişəni nəzarət olunan siyasi çərçivəyə salmaqdır. Donald Trampın komandasının yanaşması klassik Amerika diplomatiyasına uyğundur: uzunmüddətli müharibənin yaratdığı qlobal iqtisadi və təhlükəsizlik risklərini minimuma endirmək, eyni zamanda ABŞ-ın strateji mövqelərini qorumaq. Bu plan daha çox münaqişənin “dondurulması” və idarəolunan mərhələyə keçirilməsi üzərində fokuslanır. Belə yanaşma qısa müddətdə gərginliyin azalmasına gətirə bilər və prosesin diplomatik mərhələyə daşınması üçün zəmin yarada bilər.
Vitkoff–Uşakov dialoqunun mediaya sızdırılması isə təsadüfi hal deyil, məhz kontrollu siyasi mesajlaşmanın tərkib hissəsidir. Bu sızıntı bir neçə istiqamətdə oxunur. Bir tərəfdən, bu addım beynəlxalq ictimaiyyətə göstərir ki, Vaşinqton və Moskva arasında birbaşa kommunikasiya kanalları mövcuddur və proses tamamilə korlana buraxılmayıb. Digər tərəfdən, bu informasiya Avropa paytaxtlarına və Kiyevə ünvanlanan mesaj xarakteri daşıyır: danışıqlar masasında real qərar verən əsas aktorlar hələ də məhz böyük güclərdir.
Sızıntının əsas məqsədi tərəfləri psixoloji baxımdan danışıqlara hazırlamaqdır. Diplomatik təcrübədə belə informasiya ötürmələri çox vaxt rəsmi razılaşmalardan əvvəl zəminin yoxlanılması, reaksiyaların ölçülməsi üçün istifadə olunur. Bu, prosesin tamamilə qapalı aparılmadığını və müəyyən mərhələdə açıq fazaya keçə biləcəyini göstərir.
Ümumilikdə, Trampın sülh təşəbbüsü hazırda “sürətli nəticə” yox, idarə olunan transformasiya modelinə əsaslanır. Planın uğuru tərəflərin bu çərçivəni qəbul edib-etməməsindən və xüsusilə bölgədə real güc balansının necə formalaşacağından asılı olacaq. Vitkoff–Uşakov dialoqunun mediaya çıxması isə göstərir ki, artıq pərdəarxası mərhələdən tədricən ictimai-diplomatik mərhələyə keçid üçün zəmin hazırlanır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri