Icma.az
close
up
RU
“Sülh sazişinə qarşı real maneə qalmayacaq”

“Sülh sazişinə qarşı real maneə qalmayacaq”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında real sülh gündəliyi mövcuddur və bu gündəlik üzrə münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılır”.

Bunu politoloq Elçin Xalidbəyli Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına imkan yaratması, eləcə də rəsmi Bakının siyasi iradə nümayiş etdirərək Ermənistana enerji resurslarının satılması barədə qərar qəbul etməsi mühüm etimad qurucu addımlardır: “Artıq bir neçə ildir ki, neftlə yüklənmiş Azərbaycan qatarları Ermənistana göndərilir. Bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün kifayət qədər əlverişli mühitin formalaşdığını göstərir.Bütün bunlara baxmayaraq, yekun sülh sazişinin imzalanması yolunda hələ də müəyyən problemlər qalmaqdadır. Onun fikrincə, bu problemlərin başında Rusiyanın Cənubi Qafqazdakı maraqları və Moskvanın Ermənistan üzərində təsir mexanizmlərinin müəyyən dərəcədə qorunub saxlanılması dayanır. Düzdür, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə əldə olunan anlaşmadan sonra Rusiyanın təsiri nisbətən balanslaşdırılıb, hətta müəyyən mənada zəiflədiyi də müşahidə olunur. Ancaq bu faktor hələ də tam aradan qalxmayıb”.

Politoloqun sözlərinə görə, yekun sülh sazişinin imzalanması üçün ümumilikdə münbit şərait mövcuddur, lakin iki mühüm amil prosesi həlledici şəkildə təsirləndirir: “Bunlardan biri Ermənistanda keçiriləcək növbəti parlament seçkiləridir. Rusiya bütün diqqətini bu seçkilərə yönəldib və Paşinyan hakimiyyətinin dəyişdirilməsinə çalışır. Əgər Kreml buna nail olarsa, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ciddi şəkildə əngəllənə bilər. Çünki Rusiyaya bağlı siyasi şəbəkələrin hakimiyyətə gətirilməsi Kremlin təlimatları ilə idarə olunan yeni siyasi sistemin formalaşması deməkdir”.

Elçin Xalidbəyli əlavə edib ki, əgər Paşinyan hakimiyyəti parlament seçkilərində mövqeyini qoruya bilsə, bu halda ilin sonunadək Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarından tam imtina olunması ehtimalı yaranacaq: “Bu ssenari reallaşarsa, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında heç bir real maneə qalmayacaq. Məhz bu səbəbdən Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması baxımından Ermənistanda mövcud hakimiyyətin parlament seçkilərində qalib gəlməsi olduqca vacib və həlledici amildir”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri