Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

“Sülh təşəbbüsü”nün arxasında gizlənənlər

“Sülh təşəbbüsü”nün arxasında gizlənənlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan Ermənistana təkcə sülh deyil, həm də geniş regional əməkdaşlıq təklif edir. Söhbət iqtisadi layihələrdən və qarşılıqlı etimadın bərpasından gedir. Bakı ardıcıl olaraq uzunmüddətli sabitlik və davamlı inkişaf maraqlarından çıxış edir. Lakin konstruktiv təşəbbüslərlə yanaşı, Qərbdə əldə edilmiş razılaşmaları pozmağa çalışan, regionda sülh prosesinə kölgə salan, təhlükəli ideyaları irəli sürən bəzi dairələr mövcuddur. Bunların əksəriyyəti erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən və onların sifarişlərini həyata keçirən deputatlar, konqresmenlər və senatorlardır.

Belə şəxslər arasında İsveçrənin qanunverici orqanında təmsil olunan, Xristian Demokratik Xalq Partiyasından 19 nəfərlik bir qrup da var. Onlar “ermənilərin Qarabağa qayıtmasına dəstək komitəsi” yaradaraq onu “İsveçrə Sülh Təşəbbüsü” adlandırıblar. Ardınca müxtəlif xristian təşkilatları ilə əlaqələr qurublar. Bu təşkilatlardan biri də Beynəlxalq Xristian Həmrəyliyidir. Təşkilat “120 min erməninin Qarabağdan qovulması” və “etnik təmizləmə” iddiaları ilə çıxış edir.

Xristian təşkilatlarla əməkdaşlıq taktiki dəyişiklikdən xəbər verir. Donald Trampın ABŞ-da növbəti prezident seçkilərində qalib gəlməsi fonunda erməni lobbisi öz siyasi fəaliyyətini liberal düşərgədən mühafizəkar dəyərləri önə çəkən dairələrə, yəni, kilsənin təsirli olduğu mühitə daşıyıb. Nəticədə, erməni lobbisi artıq “demokratiya və insan haqları” terminlərini yox, “xristian azlıqların hüquqları” və “xristian irsi” kimi anlayışları önə çıxarır. Bu təşəbbüslər zahirən barış və qarşılıqlı anlayış görüntüsü yaratsa da, əslində, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesini pozmaq məqsədi daşıyır. Regionda hər dəfə müsbət istiqamətdə irəliləyiş baş verəndə dərhal bu kimi “sülhməramlı” təşəbbüslər meydana çıxır. Onların məqsədi barışı təşviq etmək deyil, əksinə, yeni münaqişə ocaqları yaratmaq və qarşıdurmanı uzatmaqdır.

Xüsusilə bu təşəbbüslərdə təhrif olunan əsas məsələlərdən biri Qarabağdan çıxmış erməni əhalinin durumu ilə bağlıdır. Beynəlxalq miqyasda bu insanların, guya, zorla qovulduğu iddia olunur. Halbuki, bu, tamamilə əsassız, faktlara söykənməyən fərziyədir. 2023-cü ilin payızında Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Qarabağda yaşayan ermənilər bölgəni könüllü şəkildə tərk ediblər. Azərbaycan dövləti onların təhlükəsiz köçü üçün humanitar dəhlizlər yaradıb və bu prosesdə heç bir zorakılıq və ya təzyiq faktı qeydə alınmayıb.

Əksinə, Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, bölgədə qalmaq və Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilərə bərabər hüquqlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Yəni bu insanlar nə qovulub, nə də təzyiqlə çıxarılıb. Onların çıxışı könüllü şəkildə baş verib. Bunu Qarabağı tərk etmiş ermənilərin özləri də dəfələrlə etiraf ediblər.

Ermənilərin bölgəni tərk etməsində əsas rol oynayan isə Ermənistan daxilindəki revanşist dairələr, erməni diasporası və separatçı qruplar olub. Onlar sistemli şəkildə qorxu, dezinformasiya və təbliğat yayaraq bölgədəki erməni əhalini getməyə sövq ediblər. Onlar hardansa komanda almış kimi, kütləvi şəkildə Xankəndini tərk ediblər. Və bütün baş verənlər televiziya çəkilişlərində, videolarda və başqa çəkilişlərdə öz əksini tapıb. Buna baxmayaraq, bu könüllü köç beynəlxalq mediada və bəzi siyasi dairələr tərəfindən bilərəkdən “etnik təmizləmə” kimi təqdim olunur. Bu, faktların təhrifidir və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Halbuki, bu iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki Azərbaycan tərəfi bu şəxslərin könüllü şəkildə bölgəni tərk etdiyini, humanitar dəhlizlərin yaradıldığını, zorakılığın və ya məcburi köçürmənin baş vermədiyini konkret sübutlarla ortaya qoyub.

Burda bir fakta da diqqət yetirmək lazımdır. O da Qarabağı tərk edən ermənilərin sayı ilə bağlıdır. Söhbət 120 min (?) ermənidən gedir. Əslində, 120 min yalanı sonradan dövriyyəyə buraxılıb. Bu barədə politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, haylar miqyası böyütməklə Azərbaycana qarşı təzyiqləri çoxaltmağı düşünür və hansısa məkrli planların qurulması üçün əsas yaratmağa çalışırlar: “Burada həm də korrupsiya elementi var. Ona görə ki, 120 min rəqəmini səsləndirməklə “qaçqınlar” adına ayrılacaq yardımların və maliyyə vəsaitlərin artırılması və sonradan bunun mənimsənməsi planı açıq şəkildə görünür.

Ən maraqlı məqamlardan biri də beynəlxalq yanaşmalarda müşahidə olunan aşkar birtərəflilikdir. Son illərdə Qarabağdan çıxmış erməni əhalinin hüquqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilir. Bununla yanaşı, nə qədər təəssüf doğurucudur ki, beynəlxalq masalarda səslənən bəyanatlarda və sülh təşəbbüslərində eyni həssaslıq Qərbi Azərbaycandan zorla və amansız şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının taleyinə münasibətdə nümayiş etdirilmir. Bu şəxslərin hüquqları, onların üzləşdiyi etnik təmizləmə və humanitar faciə, demək olar ki, beynəlxalq ictimaiyyətin laqeydliyi fonunda unutdululmağa çalışılır.

1988–1991-ci illərdə Ermənistanın azərbaycanlı əhalisinə qarşı sistematik və planlı şəkildə həyata keçirdiyi təmizləmə siyasəti nəticəsində təxminən 250 min azərbaycanlı öz doğma yurdlarından qovulub. Bu proses zamanı azərbaycanlılara qarşı kütləvi zorakılıq, qətliamlar, işgəncələr törədilib, evlər yandırılıb, qəbiristanlıqlar, məscidlər və digər mədəni-dini abidələr yerlə-yeksan edilib. Bu hadisələr BMT-nin soyqırımı, etnik təmizləmə və zorla köçürmə ilə bağlı qəbul etdiyi prinsiplərə tam uyğun gələn cinayətlərdir. Lakin təəssüf ki, bu cinayətlərə münasibətdə Avropa Parlamenti, BMT qurumları, digər beynəlxalq təşkilatlar illərdir sükut nümayiş etdirir. Hətta bu insanların öz yurdlarına qayıdış hüququ belə heç bir beynəlxalq sənəddə xüsusi qeyd olunmur. Bu isə münaqişəyə dair beynəlxalq yanaşmaların nə qədər selektiv, ədalətsiz və ikili standartlara əsaslandığını açıq şəkildə göstərir.

Əgər bölgədə həqiqi barış və davamlı sülh qurulması hədəflənirsə, bu, birtərəfli narrativlər və seçici yanaşmalarla deyil, tarixi reallıqların və faktların tam və obyektiv şəkildə tanınması ilə baş verə bilər”.

Onu da qeyd edək ki, İsveçrə parlamentarilərinin təqdim etdiyi “sülh təşəbbüsü”nün özü də müstəqil təşəbbüs təsiri bağışlamır. Layihənin ideyası, təbliğatı və logistikası açıq şəkildə erməni lobbisinin təsiri altında hazırlanıb. Bu da təşəbbüsün əsas məqsədinin barış deyil, siyasi maraqlara xidmət etdiyini sübut edir.

Belə təşəbbüslərin reallıqla heç bir əlaqəsi yoxdur və onların məqsədi bölgədə əməkdaşlığı inkişaf etdirmək deyil, Azərbaycanın legitim mövqeyinə qarşı beynəlxalq aləmdə təzyiq formalaşdırmaqdır. Əgər doğrudan da regionda davamlı sülhün qurulması hədəflənirsə, yanaşmalar obyektiv və balanslı olmalıdır.

Hazırda Azərbaycan təkcə sülhü deyil, həm də Cənubi Qafqazda davamlı sabitliyi və firavanlığı təmin edə biləcək genişmiqyaslı regional əməkdaşlıq platformasını Ermənistana və region ölkələrinə təklif edir. Bu əməkdaşlıq nəqliyyat dəhlizlərinin açılması, iqtisadi layihələrin həyata keçirilməsi, xalqlar arasında etimadın bərpası kimi mühüm istiqamətləri əhatə edir. Azərbaycanın bu çağırışı təsadüfi deyil. O, uzunmüddətli sabitlik və davamlı inkişaf maraqlarından çıxış edir. Lakin bu prosesin uğurla nəticələnməsi üçün birtərəfli və manipulyativ yanaşmalardan imtina olunmalıdır.

Təəssüf ki, bəziləri öz məsuliyyətini gizlədərək, özlərini haqsız yerə qurban kimi təqdim etməyə çalışır, digərləri isə başqalarının taleyi üzərindən siyasi dividend qazanmağa cəhd edir. Belə bir vəziyyətdə nə ədalətli yanaşmadan, nə də davamlı sülhdən danışmaq mümkündür.

Məhz bu səbəbdən İsveçrədə “təşəbbüs” adı altında irəli sürülən planı səmimi və sülhpərvər niyyət kimi qəbul etmək mümkün deyil. Bu, sülh maskası altında ikili standartların və siyasi riyakarlığın nümayişidir. Bu cür təşəbbüslər Cənubi Qafqazı yenidən keçmişin qaranlıq səhifələrinə – gərginlik, qarşıdurma, etimadsızlıq və yalanın hökm sürdüyü bir dövrə qaytarmaq təhlükəsi yaradır. Halbuki regionun gələcəyi qarşılıqlı anlaşma, tarixi həqiqətin qəbul edilməsi və hamı üçün ədalətin təmin olunması yolu ilə mümkün ola bilər.

Azərbaycan bu yolun tərəfdarıdır və bu istiqamətdə öz prinsipial və ardıcıl mövqeyini qorumaqda qərarlıdır. Bu mövqe yalnız milli maraqlara deyil, həm də beynəlxalq hüquqa, regional sabitlik və inkişaf perspektivlərinə əsaslanır. Azərbaycan bu yolda tək deyil – haqq, hüquq və ədalət onun tərəfindədir. Regionun gələcəyi məhz bu prinsiplərə əsaslanan səmimi əməkdaşlıqdan keçir.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see256

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see240

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see237

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see236

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see228

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see222

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see222

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see218

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see216

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see215

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see212

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see211

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see206

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see196

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see194

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see189

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see186

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see183

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri