Sülhdən danışan İrəvan daha 2 min raket alır
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Hindistandan 2 min ədəd idarəolunan “Pinaka” reaktiv raketi alacaq.
Hindistanın müdafiə sənayesi üzrə ixtisaslaşmış IDRW portalının məlumatına görə, 2 min raketlik sifarişin ilin sonunadək rəsmiləşdirilməsi gözlənilir. Raketləri istehsal edən Apollo Micro Systems şirkətinin rəhbərliyinin investorlarla görüşdə bunu açıqlayıb. Sifarişin üç istehsalçı şirkətin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.
Bu silahların hədəfləri 75 kilometrədək məsafədən vurmaq imkanına malik olduğu qeyd edilir.
Məlumata əsasən, “Pinaka” sisteminin idarəolunan raketləri inertial naviqasiya və peyk korreksiyasından istifadə etməklə hədəfə yüksək dəqiqliklə zərbə endirmək üçün hazırlanıb.
Qeyd edək ki, Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığını son illərdə genişləndirir. 2022-ci ildə İrəvan Hindistanla dörd “Pinaka” yaylım atəşli reaktiv sistem batareyası, raketlər, tank əleyhinə silahlar və digər hərbi avadanlıqların alınmasını nəzərdə tutan müqavilə imzalayıb. 2026-cı il yanvarın 19-da Hindistan müdafiə naziri Racnat Sinq Ermənistan üçün ilk idarəolunan “Pinaka” raketlərinin ixrac partiyasını yola salıb.
Ermənistanın yeni raket sifarişi ilə bağlı məlumat Cənubi Qafqazda normallaşma prosesinin getdiyi vaxta təsadüf edir. Sülh şüarları altında hərbi silahlanma proseslərini sürətləndirən Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi üçün əsas maneə olan ölkə Konstitusiyasındakı istinadı da sənəddən çıxarmağa tələsmir. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Noyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















