Icma.az
close
up
RU
Sülhdən danışanlar səngərlərə QAYIDIR: Prosesləri tormozlayan GİZLİ ƏL Səxavət Məmməd yazır

Sülhdən danışanlar səngərlərə QAYIDIR: Prosesləri tormozlayan GİZLİ ƏL Səxavət Məmməd yazır

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması mütəmadi hal alıb. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Məsələ ondadır ki, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistan ordusunun atəşkəsi pozduğunu bəyan edəndə qarşı tərəf bunu təkzib edirdi. Ancaq şərti sərhəd istiqamətində yaşayan ermənilər sosial şəbəkələrdə baş verənləri yazdıqdan, videolarını paylaşdıqdan sonra Ermənistan məcbur olub atəşkəsin pozulmasını etiraf etdi.

Bu region hazırda sülhdən daha çox müharibəyə yaxındır. Proseslərin bu həddə gəlib çıxacağı əvvəldən, hər iki dövlətin hərbi xərclərini rekord həddə çatdırmasından məlum idi. Əgər üfüqdə toqquşma görünmürdüsə, müharibədən yorğun düşən hər iki dövlət niyə görə hərbi xərcləri o həddə çatdırırdı? Ermənistanın ilkin mərhələdə silahlar alması anlaşılan idi. Çünki itirdiklərini bərpa etmək məcburiyyəti var idi. Ancaq Ermənistanın mərhələli şəkildə silah alışını artırması, təhlükəli silahlar sifariş etməsi onu deməyə əsas verir ki, məsələ təkcə məcburiyyət yox, həm də gələcəkdə baş verəcəklərə hazırlıq üçün idi. Bizim cəmiyyətdə nədənsə “Ermənistan silahlanır” xofu daha çox yayılır, ancaq Azərbaycan tərəfi də boş durmayıb. Azərbaycan tərəfi nəinki adekvat silahlar alır, hətta aviaparkını da yeniləməyə vaxt və imkan tapdı.

Qlobal aləmdə baş verən proseslər onu deməyə əsas verir ki, sülhdən çox uzağıq. Tərəflər sülhlə bağlı müəyyən mənada müsbət, pozitiv mesajlar verir, ancaq müəyyən bir yerə gəlib çatanda dalana dirənir və yenidən başa dönürlər. Bu, o deməkdir ki, sülh müqaviləsinin imzalanması tərəflərdən asılı deyil. Əslində, çözülməyəcək düyünlər yoxdur, sadəcə olaraq müəyyən bir yerdən sonra prosesin irəliləməsi tormozlandırılır. Təbii ki, belə məqamda tərəflər bir birini ittiham edəcək, ancaq reallıqlar bu coğrafiyanın taleyinin hələ həll olmadığını deyir.

Bəzən deyirlər, “Rusiya yenidən Cənubi Qafqaza təsirini artırıb”, ancaq Rusiyanın ciddi şəkildə Cənubi Qafqazla bağlı hərəkətə keçdiyini demək mümkün deyil. Düzdür, yumşaq gücdən istifadə açıq şəkildə hiss olunur, ancaq Rusiya sərt gücdən hələ ki istifadə etmir. İranla ABŞ-nin toqquşması üçün isə bütün addımlar atılır. Görünən odur ki, Cənubi Qafqazı yaxın gələcəkdə daha ağır günlər gözləyir.

Cənubi Qafqaz ölkələrinin ən böyük problemi dünya bu coğrafiyaya vahid baxsa da, regiondakı üç ölkənin hərəsinin bir yana baxmasıdır. Yaxın gələcəkdə bu ölkələrin vahid şəkildə hərəkət edəcəyi də gözlənilən deyil. Ona görə də region ölkələri özünü, varlığını sığortalamaq üçün addımlar atır. Qlobal aləmdə baş verən proseslər onu deməyə əsas verir ki, kiçik dövlətlərin edəcəkləri səhv onların mövcudluğunu sual altına qoya bilər. Burda ən önəmli məsələ səni sığorta edəcək gücü düzgün seçmək və iradə göstərmək olacaq.

İrana ediləcək hücum təkcə qaçqın axınına görə regiona təhlükə yarada bilməz. İrana ediləcək hücum regiona sözün hər mənasında təhlükə yarada bilər. Regional təhlükəsizlik, təxribatlar qaçılmaz olacaq. Nəzərə alsaq ki, İran regionda uzun illərdir şəbəkə qurub, bunun ağır nəticələrini də görə bilərik. İsraillə Azərbaycan arasındakı münasibətlər İranı hər zaman qıcıqlandırıb. Əgər ABŞ və İsrailin İrana hücumu olacaqsa, bu Azərbaycana təsirsiz ötüşməyə bilər. Ona görə də İrandan sığortalanmaq üçün Azərbaycan müəyyən addımlar atmalıdır və atdığını da deyə bilərik.

Son zamanlar atəşkəsin mütəmadi pozulması halları yox, Ermənistan tərəfinin şərti sərhəd istiqamətinə qoşunlar cəmləşdirməsi, müdafiə xətlərini gücləndirməsi, kəşfiyyat xarakterli addımlar atması toqquşma ehtimalını artırır. Bundan əlavə, tez-tez yüksək rütbəli erməni zabitlərinin şərti sərhəd istiqamətdə peyda olması həm də ərazi kəşfi kimi də qiymətləndirilə bilər. Baş verən bütün prosesləri hazırlıq mərhələsi kimi qiymətləndirə bilərik. Həmçinin Azərbaycan tərəfi də adekvat addımlar atır. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən panika yoxdur, Azərbaycan ordusu aramla, döyüş qabiliyyətini artırmaq üçün addımlar atır.

Hazırda baş verənlərin inkişaf xətti dəyişdirilməsə, toqquşma qaçılmaz ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri