Icma.az
close
up
RU
Sülhdən qaçmaq mümkün deyil İlk razılaşma bu cür olacaq

Sülhdən qaçmaq mümkün deyil İlk razılaşma bu cür olacaq

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ermənistanın baş naziri Nikol Paşinyan ilin sonuna kimi Azərbaycanla sülhün əldə edilməsi ehtimalından danışıb. Bundan öncə isə o Bakıda keçirilmiş COP29 tədbirlərinə qədər yekun razılaşmanın əldə ediləcəyindən bəhs edirdi. Əslində, bu yanaşmalarla real addımlar arasında bir paradoks hökm sürür".

Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

“Bu gün Paşinyanın vermiş olduğu açıqlamalarla, Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatları ilə mövcud vəziyyəti analiz etmək çox çətindir. Çünki bu açıqlamalar fonunda Ermənistanın davamlı silahlanması siyasəti həyata keçirilir”, - deyə S.Rüstəmxanlı söyləyib.

Partiya sədri hesab edir ki, Ermənistan rəhbərliyi sülhdən danışa-danışa digər yandan kiçik bir ölkəyə dünyanın müxtəlif ölkələrindən silahlar daşıyır:

“Kiçik bir ölkəyə bu qədər silahı doldurmaq Ermənistanı barıt çəlləyinə çevirmək deməkdir. Bu da gec-tez başlarında partlayacaq. İddia edirlər ki, Azərbaycan II Qarabağ müharibəsindəki qələbə ilə kifayətlənmir və yenidən Ermənistana hücum edəcək. Eyni zamanda Qərbi Azərbaycan mövzusunu da Ermənistan rəhbərliyi fərqli rakursda şərh edir. Bunu Azərbaycanın Ermənistanı işğal etmək siyasəti kimi qələmə verməyə çalışırlar. Aldıqları silahları özünümüdafiə məqsədi güddüyünü deyirlər. Amma Ermənistana göndərilən silahların böyük əksəriyyəti hücum xarakterlidir”.

Sabir Rüstəmxanlıya görə, bütün bunların fonunda sülhdən qaçmaq mümkün deyil:

“Ermənistan bunu başa düşür. Paşinyanın da etiraf etdiyi kimi, tarixi Ermənistan mif və uydurmadır. Əgər indi Azərbaycanla sülh bağlasalar, tarixə ilk dəfə bir erməni dövləti düşəcək. Çünki buna qədər beynəlxalq hüquq tərəfindən tanınan, sərhədləri tam aydın olan Ermənistan dövləti olmayıb. Ona görə də yekun sülh sazişinin imzalanması qaçılmazdır. Ola bilsin ki, sülhə keçid mərhələsi üçün başqa bir sənəd imzalansın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri