Icma.az
close
up
RU
Sülhə aparan yol: Ermənistanın seçimi...

Sülhə aparan yol: Ermənistanın seçimi...

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Cənubi Qafqazda 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə formalaşan yeni reallıqlar, regionda davamlı sabitliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gündəliyin əsas prioritetinə çevirib. Müxtəlif politoloqların yanaşmalarına görə, prosesin müəyyən mərhələləri uğurla keçilsə də, yekun sənədin imzalanması üçün tərəflərin, xüsusilə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməsi həlledici əhəmiyyət kəsb edir.
Ekspertlər qeyd edirlər ki, sülh sazişinin yalnız hüquqi sənəd kimi hazırlanması kifayət deyil; sənədin icrasını təmin edəcək praktik addımların atılması və etimad mühitinin bərpası vacibdir. Bu istiqamətdə qarşıda duran əsas vəzifələr sırasına Ermənistanın konstitusiya və hüquqi bazasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, delimitasiya prosesinin sürətləndirilməsi, Zəngəzur dəhlizi ilə bağlı praktiki fəaliyyətə başlanılması və revanşist qüvvələrin neytrallaşdırılması daxildir.
Regionun geosiyasi mürəkkəbliyi və müxtəlif beynəlxalq aktorların maraqları fonunda, danışıqların intensivləşdirilməsi hər iki tərəfin uzunmüddətli maraqlarına xidmət edir. Sülh sazişinin qısa müddətdə bağlanması həm regional gərginliklərin qarşısını almaq, həm də davamlı sabitliyi təmin etmək baxımından yeganə çıxış yolu kimi qiymətləndirilir.

“Sülh sazişi üçün əsas maneə…”

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “Xalq Cəbhəsi”nə açıqlaması zamanı nəzərə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması mühüm mərhələ olsa da, sənədin rəsmi imzalanması üçün müəyyən şərtlərin yerinə yetirilməsi tələb olunur: “Hazırda əsas məsələ Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi və razılaşmanın imzalanmasına mane olan məsələləri aradan qaldırmasıdır.
Ermənistan bu ön şərtləri bilir. Əgər həmin məsələlərlə bağlı hər hansı çətinlik yaşayırsa, Azərbaycan tərəfi ilə dialoq apararaq real vəziyyəti bildirə və müəyyən korrektivlərlə bağlı müraciət edə bilər. Amma hazırda belə bir müraciət yoxdur. Əsas məsələlərdən biri Ermənistanın konstitusiya və digər hüquqi mexanizmlərində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı addımlar atmasıdır. Azərbaycan tərəfi gözləyir ki, Ermənistan razılaşmanın şərtlərini yerinə yetirsin və bundan sonra sülh sazişinin imzalanması mümkün olsun. Burada əsas məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Politoloqun fikrincə, Ermənistanda daxili siyasi proseslər müəyyən çətinliklər yarada bilər: “Referendum məsələsi, parlamentdə tələb olunan səs çoxluğu kimi texniki və siyasi maneələr mövcuddur. Lakin hesab edirəm ki, Nikol Paşinyan bu maneələri aradan qaldırmaq üçün siyasi iradə göstərə bilər.
Ermənistan tərəfi lazımi addımları atdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması real olacaq”.

“Real addımlar zərurəti”

Politoloq Rəşad Bayramov söyləyib ki, Cənubi Qafqazda son illərdə baş verən geosiyasi dəyişikliklər regionda yeni reallıqlar formalaşdırıb və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün mühüm imkanlar yaradıb: “Sülh sazişinin mətninin razılaşdırılması tərəflərin uzunmüddətli münaqişədən sonra dialoq yolunda irəliləmək iradəsini nümayiş etdirsə də, paraflanma ilə yekun imzalanma arasındakı müddət prosesin həssaslığını artırır. Sülh prosesinin keçid mərhələlərində siyasi ritorikanın sərtləşməsi, sərhəddə mümkün gərginlik hallarının yaranması və daxili siyasi amillərin təsiri etimad mühitinə mənfi təsir göstərə bilər. Buna görə də əsas məsələ yalnız hüquqi sənədin hazırlanması deyil, həmin sənədin icrasını təmin edəcək praktik addımların atılmasıdır”.
Politoloq vurğulayıb ki, Ermənistan artıq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Bura delimitasiya prosesinin sürətləndirilməsi, Zəngəzur dəhlizinin TRIPP marşrutu ilə bağlı praktiki fəaliyyətə başlanılması, Ermənistan daxilində separatçı və revanşist mövqeləri müdafiə edən qüvvələrin neytrallaşdırılması, ən vacibi isə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiya müddəalarının dəyişdirilməsi daxildir. Sülh sazişinin imzalanması ilə yanaşı, onun real və davamlı nəticələr verməsi üçün siyasi dialoq dərinləşdirilməli, iqtisadi əməkdaşlıq genişləndirilməli və cəmiyyətlər arasında etimadın bərpası istiqamətində addımlar atılmalıdır. Sadalanan məsələlər prinsip etibarilə 8 avqustda Vaşinqtonda imzalanan sənədlərdə və paraflanmış sülh sazişində öz əksini tapıb. İndi əsas məsələ götürülmüş öhdəliklərin icrası istiqamətində real addımların atılmasıdır”.

Regional sülh gözləntiləri

Politoloq Cavanşir Abbaslı qeyd edib ki, Cənubi Qafqazda yeni reallıqlar 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra formalaşıb və hazırda əsas mərhələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır: “Sülh prosesinin müəyyən vaxt tələb etməsi təbii olsa da, danışıqların daha da intensivləşdirilməsi vacibdir. Yeni reallıqların yaranmasından artıq bir neçə il keçir. Bu reallıqları Azərbaycan 2020-ci ildə yaratdı və bundan sonra əsas mərhələlər keçildi. Hazırda isə qarşıda duran əsas məsələ sülh sazişinin əldə olunmasıdır. Bu prosesdə müəyyən vaxtın keçməsi normaldır, çünki tərəflər bütün detalları razılaşdırmalıdırlar.
Regionda sülh məsələsi yalnız Azərbaycan və Ermənistanın deyil, həm də digər güclərin maraq dairəsindədir. Avropa ölkələri, ABŞ, Fransa ilə yanaşı, Rusiya, İran və Türkiyə kimi regional aktorların da bu prosesdə maraqları var. Buna görə də yekun sülh üçün bütün amillər nəzərə alınmalı və danışıqlar davam etdirilməlidir”.
Politoloqun fikrincə, zaman keçdikcə sülh sazişinin imzalanması ilə bağlı sualların artması mümkündür: “Azərbaycan tərəfdə müəyyən narahatlıqlar var. Çünki gələcəkdə Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi və ya regionda yeni gərginliklərin yaranması ehtimalı nəzərə alınmalıdır. Bu baxımdan sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması hər iki tərəfin marağındadır. Ermənistan hazırda müxtəlif xarici dəstək imkanlarından yararlanır, hərbi və iqtisadi baxımdan güclənməyə çalışır, Azərbaycan da öz növbəsində təhlükəsizlik imkanlarını artırır.
Bu reallıqlar fonunda hər iki tərəf üçün ən doğru yol davamlı sülhün təmin edilməsidir. Bunun üçün danışıqlar sürətləndirilməli və konkret nəticələrə nail olunmalıdır”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 İyun 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see314

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see292

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see275

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see272

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see225

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see224

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see200

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see198

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see196

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see194

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see193

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see192

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see192

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see188

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see187

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see186

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see186

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see184

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see181

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri