Icma.az
close
up
RU
Sülhə çağırış: Ermənistanın havadarlarına xəbərdarlıq

Sülhə çağırış: Ermənistanın havadarlarına xəbərdarlıq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı mühüm mesajlar verib. 

“Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxış edən dövlət başçısı regionda yaranmış yeni status-kvonu Ermənistanın Azərbaycana qarşı işğalının aradan qaldırılması və sülhə nail olunması kontekstində ətraflı təhlil edib.

“Ermənistanla sülh mövzusuna və ondan əvvəlki 30 illik münaqişə dövrünə qayıdaraq demək istərdim ki, ölkə və xalq olaraq biz çox ağır dövrlər yaşamışıq. Ərazilərimizi itirmişik, bir milyon insan evsiz və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Lakin biz ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etmək iradəmizi itirmədik. Bu, 30 ilimizi aldı. Yəni 30 il əvvəl, 20 il əvvəl, 10 il əvvəl və indi beynəlxalq institutların davranışı dəyişmədi. Dəyişən biz olduq. Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq.

Beynəlxalq vasitəçiliyə bağladığımız bütün ümidlər tamamilə puç oldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ən ali beynəlxalq qurum Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Bu qətnamələr kağız üzərində qaldı.

ATƏT və digər beynəlxalq institutlar çoxsaylı sənədlər qəbul etdilər. Lakin vəziyyət yalnız biz onu öz əlimizə aldıqdan sonra dəyişdi. Biz bunu etdik. Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, 30 il əziyyət çəkmiş bir ölkənin lideri üçün doğru zamanda dayanmaq son dərəcə məsuliyyətli və vacib qərardır:

“Biz münaqişəni davam etdirə bilərdik. Mən bunu açıq şəkildə demək istəyirəm. Lakin bu, sonsuz müharibələrə gətirib çıxarardı. Daha çox əzab, daha çox qurban demək olardı. 

Müharibə heç vaxt bitməzdi. Kimsə bu prosesi dayandırmalı idi. Biz də onu dayandırmaq qərarına gəldik. Bu, Ermənistan və Azərbaycan rəhbərliyinin müharibə səhifəsini bağlamaq və sülh imkanlarından istifadə etmək barədə birgə qərarı idi”. 

Prezident İlham Əliyevin çıxışında yer alan vacib mesajlardan biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması ilə bağlıdır. Belə ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə baxmayaraq, ərazi bütövlüyünü güzəştə getməyib.

Dövlət başçısı dəfələrlə, müxtəlif tədbirlərdə etdiyi çıxışlarında Ermənistana havadarlıq edən xarici güclərin Azərbaycana işğal faktı ilə barışmağı təklif etdiklərini deyib. Lakin rəsmi Bakı siyasi iradə nümayiş etdirərək Azərbaycanın ərazilərini Ermənistana güzəştə getməyib.

Nəhayət, 2020-ci ildə Azərbaycan ordusu işğal altındakı əraziləri azad edərək həmin dövr üçün mövcud olan status-kvonu dəyişib. Bu baxımdan, Prezidentin çıxışında münaqişənin həlli ilə bağlı vasitəçilik institununun faydasızlığı barədə dedikləri xüsusi əhəmiyyət kəsb edir.

1992-ci ildən başlayaraq Minsk konfransnın, 1997-ci ildən isə ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti işğalın aradan qaldırılması istiqamətində hər hansı müsbət nəticə verməyib.

Ona görə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsində xalqın ictimai-siyasi dəstəyi, güclü ordunun formalaşdırılması hesabına daxili resursların güclənməsi və xarici siyasətdə aparılan fəal diplomatiya mühüm rol oynayıb.

Nəticədə, vaxtilə BMT-nin dörd qətnaməsinin icrasına dəstək verməyən güc mərkəzləri indi Azərbaycanın yaratdığı yeni siyasi reallıqları və ədaləti sülhün təmin olunması üçün əsas prinsiplər kimi qəbul etməyə razıdır.

Prezidentin çıxışından irəli gələn mesajlardan biri Azərbaycanın sülhə verdiyi önəmlə bağlıdır. Dövlət başçısı Azərbaycanın müharibəni davam etdirməməsini xüsusi vurğulamaqla münaqişəni başladan deyil, bitirən tərəf olduğunu dünyaya çatdırır.

Azərbaycan 2020-ci noyabrın 10-da, yəni 44 günlük müharibə başa çatdığı gün Ermənistan sülh təklif edib. 2022-ci ilin mart ayında Azərbaycan Ermənistana sülh sazişi üçün 5 bənddən ibarət baza prinsipləri təqdim edib. 

Yəni Azərbaycan işğala son qoyulması, sülhün və sabitliyin əldə olunmasına üstünlük verir. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, ölkə ərazisində erməni separatizmini  ləğv edib və Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail olub.

Növbəti mərhələdə yekun sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, iqtisadi və diplomatik  əlaqələrin  bərpası Azərbaycan üçün əsas prioritet təşkil edir. Artıq qeyd edilən istiqamətlərdə bir sıra razılaşmalar əldə olunub.

Zəngəzur dəhlizindən keçən nəqliyyat infrastruktununun bərpası istiqamətində bu il işlərə başlanılacaq. Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə yüklərin tranzitinə tətbiq edilən qadağaları ləğv edib. Artıq Azərbaycandan həm üçüncü ölkələrə məxsus, həm də yerli istehsal məhsullarının Ermənistana ixracı həyata keçirilir.

İşğal dövründə Ermənistana dəstək verən ölkələr indi Azərbaycanın sülh təşəbbüslərini alqışlayan bəyanatlar verirlər. Bununla da  həmin dairələr əsl sülh tərəfdarının Azərbaycan olduğunu etiraf etməklə yanaşı, dolayısı ilə öz səhvlərini də ifadə etmiş olurlar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: sülh ATƏT

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri