Icma.az
close
up
RU
Sülhü kim qoruyacaq?

Sülhü kim qoruyacaq?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qlobal güc balansını tənzimləyəcək ortaq qaydalar sisteminin çöküşü

Qlobal geosiyasi sistem XXI əsrin ikinci onilliyindən etibarən əhəmiyyətli struktur dəyişikliyi yaşayır. “Soyuq müharibə”dən sonra formalaşan və ABŞ-ın hegemonluğu ilə özünü göstərən təkqütblü dünya nizamı artıq parçalanma mərhələsinə qədəm qoyub. ABŞ-ın nisbi güc itkiləri, Avropa İttifaqının daxili siyasi parçalanmaları, Çin və Rusiyanın qlobal iddialarla çıxış etmələri, Hindistan və BMT üzvü bəzi regional güclərin yeni koordinat sistemində öz maraq sahələrini müdafiə etməyə başlaması çoxqütblülüyə keçidin təzahürləridir.

Amma bu keçid prosesi, sadəcə, “tarixi inkişafın labüd mərhələsi” deyil. O, özündə həm də böyük risklər, gərginliklər və qlobal təhlükələrin aktivləşməsini ehtiva edir. Məhz bu baxımdan, günümüzün aktual suallarından biri belə səslənir:

Çoxqütblü dünyaya keçid bəşəriyyəti hara aparır?

1991-ci ildən sonra ABŞ-ın siyasi, hərbi və iqtisadi gücü dünyada bir çox münaqişələrin qarşısını almaqda effektiv vasitəyə çevrilmişdi. “Soyuq müharibə”nin başa çatması ilə yaranan geosiyasi vakuumu doldurmaq, yeni qayda və mexanizmlər qurmaq məsuliyyəti böyük ölçüdə Vaşinqtonun üzərinə düşdü. ABŞ liderliyində formalaşan beynəlxalq arxitektura – istər NATO vasitəsilə Avroatlantik məkanın təhlükəsizliyinin təminatı, istərsə də BMT mandatlı hərbi əməliyyatlar çərçivəsində müdaxilələr – beynəlxalq münasibətlərdə “qoruyucu hegemonluq” anlayışını gündəmə gətirdi.

Balkanlardan Yaxın Şərqə qədər müxtəlif regionlarda tətbiq edilən bu model bir tərəfdən kütləvi qırğınların və etnik təmizləmələrin qarşısını alaraq qısa müddətdə nisbətən sabitlik yaratsa da, digər tərəfdən beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və “kimin düşmən, kimin dost olduğuna” dair qərarların birtərəfli verilməsi ilə ciddi narazılıqlar doğurdu. İraqın işğalı, Əfqanıstanda uzunmüddətli hərbi mövcudluq, Liviyada rejim dəyişikliyinə yönəlmiş müdaxilə siyasəti ABŞ-ın qlobal sabitliyin təminatçısı olmaq iddiasını zədələdi və “sülh naminə zorakılıq” dilemmasını aktuallaşdırdı.

Amma bütün tənqidlərə baxmayaraq, həmin dövrdə beynəlxalq nizamda müəyyən bir “aydınlıq” mövcud idi. Geosiyasi cəbhələşmələr, ittifaqlar və maraq zonaları konkret idi. Hegemon güc tərəfindən müəyyən edilən “qırmızı xətlər” daha aydın görünürdü. Bu isə paradoksal şəkildə olsa da, risklərin idarəolunan olduğu bir sistem yaratmışdı.

Sabitlik, yoxsa hegemonluq?

Təkqütblülük dövründə sabitlik ABŞ-ın maraqları ilə uzlaşdığı qədər təmin edilirdi. İraqda, Əfqanıstanda, Liviyada baş verənlər sübut etdi ki, bu sistem bəzən “nizamı qorumaq adıyla” xaos da yaradır. Amma bu sistemdə qüvvə balansı az-çox aydın idi. Kim dostdur, kim düşmən – bu məsələ aydın çərçivədə idi.

Hazırda dünya siyasətində ən azı beş əsas güc mərkəzindən danışmaq olar: ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və Hindistan. Bundan başqa, Türkiyə, İran, Braziliya, Səudiyyə Ərəbistanı kimi orta güclər də regional siyasətdə müstəqil manevr imkanları əldə ediblər. Mövcud vəziyyət isə yeni sualları gündəmə gətirir: Yeni güc mərkəzləri arasında “oyun qaydaları” varmı? Dünya artıq vahid beynəlxalq hüquq sisteminə tabe olmurmu?

Çoxqütblülüyün ən böyük paradokslarından biri elə budur: qlobal güc balansı genişlənir, amma bu balansı tənzimləyəcək ortaq qaydalar sistemi zəifləyir. Bir vaxtlar “beynəlxalq hüquq” adlandırdığımız norma və prinsiplər toplusu indi artıq universal istinad çərçivəsi olmaqdan çıxıb. Hər bir güc mərkəzi – istər ABŞ, istər Çin, istərsə də Rusiya və ya Avropa İttifaqı – öz milli maraqları fonunda “seçmə qaydalar” sistemi ilə çıxış edir.

Ukrayna müharibəsi bu təzahürün bariz nümunəsidir. ABŞ və Aİ Rusiyanın işğalına qarşı sərt sanksiyalar və hərbi dəstək strategiyası ilə cavab verir, bu isə onların “normativ güc” iddialarını gücləndirir. Digər tərəfdə isə Çin neytrallığını qoruyaraq həm Rusiya ilə strateji tərəfdaşlığını saxlayır, həm də Qərblə iqtisadi əlaqələrini riskə atmamağa çalışır. Hindistan isə tamamilə fərqli bir yanaşma sərgiləyir – o, nə Qərbin siyasi basqılarına boyun əyir, nə də Rusiyadan enerji idxalını azaldır. Əksinə, bu fürsətdən istifadə edərək iqtisadi dividendlər toplayır.

Ortada vahid “oyun qaydaları” yoxdursa, deməli, oyunun özü də xaotik və proqnozlaşdırılmaz olur. Bəzi analitiklər bu durumu “post-liberal beynəlxalq nizam” kimi xarakterizə edirlər. Burada artıq nə Vaşinqton konsensusu işləyir, nə də BMT-nin normativ təsiri. Yeni reallıqda hüququn yerini maraq tutur, tərəfdaşlığın yerini isə müvəqqəti ittifaqlar alır.

Məhz bu fonda ən təhlükəli məqam odur ki, artıq heç kim tam şəkildə “doğru” və ya “yanlış” mövqe daşıyıcısı kimi qəbul olunmur. Hər bir aktor öz maraqlarını əsas tutaraq situativ yanaşmalar formalaşdırır. Bunlar isə beynəlxalq sistemin “norma əsaslı” deyil, “nəticə əsaslı” məntiq üzrə işləməsinə gətirib çıxarır.

Qısası, çoxqütblü dünyanın ilkin mərhələsi – qaydasızlıq mərhələsidir. Bu mərhələdə yaranan hüquqi qeyri-müəyyənliklər sabahın böyük geosiyasi toqquşmalarının zəminini hazırlaya bilər. Belə bir dünyada sabitlik təsadüflərə, sülh isə aktorların fərdi rasional davranışına bağlı olur.

Yeni Dünya müharibəsi təhlükəsi

XX əsrdə baş verən iki dünya müharibəsi müəyyən sabitlik anlayışının olmaması, güc balansının pozulması və liderlik uğrunda rəqabət fonunda baş vermişdi. Günümüzdə də oxşar dinamika müşahidə olunur. ABŞ-la Çin arasında Tayvan böhranı, NATO–Rusiya qarşıdurması, Yaxın Şərqdə İran–İsrail gərginliyi, Hindistan–Pakistan sərhəd mübahisələri – bütün bunlar regionallıq çərçivəsində qalsa da, qlobal münaqişəyə çevrilmək potensialına malikdir.

Bəs bəşəriyyət bu qədər nüvə silahının olduğu bir dünyada üçüncü dünya müharibəsinə gedə bilərmi? Bu, XXI əsrin ən fundamental və eyni zamanda, ən narahatedici suallarından biridir. Rəsmi cavab çox zaman belə səslənir: “xeyr, çünki qarşılıqlı məhvetmə bu ehtimalı praktiki olaraq sıfıra endirir”. Bu prinsipə əsasən böyük güclər arasında baş verəcək istənilən nüvə qarşıdurması təkcə bir tərəfin deyil, bütün bəşəriyyətin fəlakəti ilə nəticələnəcək. Elə bu qorxu, daha dəqiq desək, bu məhv perspektivi uzun onilliklər ərzində nüvə müharibəsinin qarşısını alıb.

Lakin müasir dünyada bu zəmanət əvvəlki qədər “zəmanətli” deyil. Birincisi, çoxqütblü və qeyri-sabit beynəlxalq sistemdə qərarların qəbul edilməsi prosesi daha da mürəkkəbləşib. Artıq təkcə iki supergüc (soyuq müharibə dövründə olduğu kimi) deyil, çoxsaylı regional və qlobal aktorlar oyun masasındadır və onların hər biri fərqli maraqlar, risk qiymətləndirmələri və siyasi impulslarla davranır. Bu amil isə səhv hesablamalar və gözlənilməz eskalasiyalar ehtimalını artırır.

İkincisi, müasir münaqişələr çox vaxt “nüvə eşiyində2 oynanır. Məsələn, Şimali Koreyanın nüvə testləri, Hindistan–Pakistan arasında Kəşmir böhranı zamanı hərbi ritorikanın sərtləşməsi, Rusiya ilə NATO arasında qarşılıqlı nüvə siqnalları – bunların hamısı göstərir ki, nüvə silahları, sadəcə, passiv qorxutma vasitəsi deyil, həm də siyasi alverin, psixoloji təzyiqin və strateji manipulyasiyanın alətinə çevrilib. Belə bir vəziyyətdə texniki səhv, kommunikasiya problemi və ya siyasi qərarsızlıq dramatik nəticələr doğura bilər.

Üçüncüsü, “müasir dünya müharibəsi” artıq yalnız klassik anlamda – orduların qarşı-qarşıya gəldiyi, cəbhələrin müəyyən olduğu savaş formasında gözlənilmir. Bu gün kiberhücumlar, süni intellektin idarə etdiyi silah sistemləri, peyk rabitəsinin iflici və informasiya manipulyasiyası kimi “hibrid elementlər” nüvə müharibəsinin astanasına gətirə biləcək risklər yaradır. Əgər süni intellekt və ya avtomatlaşdırılmış qərar sistemləri səhvən təhdid yaradarsa, insan nəzarətindən kənar destruktiv nəticələrə səbəb ola bilər.

Digər tərəfdən, bəşər tarixi göstərir ki, sülh heç zaman əbədi olmur. Əksinə, o, daim qorunmalı və yenidən qurulmalıdır. Beynəlxalq təşkilatların zəiflləməsi, diplomatik institutların inamsızlıqla üzləşməsi və gücə əsaslanan siyasətin güclənməsi o deməkdir ki, heç bir təhlükə tamamilə istisna edilmir. Bugünkü texnologiyalar və silahlanma səviyyəsi konvension münaqişələrin qlobal fəlakətə çevrilməsi üçün yalnız bir neçə qərar məsafəsində olduğunu göstərir.

Nəticə olaraq qeyd edilməlidir ki, dünya çoxqütblülüyə doğru gedir, bu qaçılmazdır. Amma bu keçidin ən böyük təhlükəsi liderlik boşluğudur. Hər kəs özünü güc mərkəzi hesab etdikdə, universal maraqlar, ortaq dəyərlər və ümumi oyun qaydaları pozulur. Bəs o zaman yeni çoxqütblü dünyada kim sülhün daşıyıcısı olacaq?

BMT-nin zəiflədiyi, NATO-nun bir maraq dairəsinə xidmət etdiyi, Çin və Rusiyanın isə öz standartlarını irəli sürdüyü bir mühitdə bu suala cavab tapmaq çətindir. Elə bu səbəbdən hazırkı dövr “nizamlı xaos” dövrü kimi dəyərləndirilə bilər. Sülh hələ də mümkündür, amma onun təminatı artıq tək bir gücün öhdəsində deyil. Bəlkə də ən vacib sual budur: Bəşəriyyət birlikdə idarə olunmağı, yoxsa parçalanaraq mübarizə aparmağı seçəcək? Bu suala veriləcək cavab gələcəyimizin istiqamətini müəyyən edəcək.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri