Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Sülhün alternativi imperiya buxovudur

Sülhün alternativi imperiya buxovudur

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizin Baş Prokurorluğu tərəfindən üç Rusiya vətəndaşına, o cümlədən Rusiya nəqliyyat nazirinin müşavirinə qarşı cinayət işinin başlanılması və onların beynəlxalq axtarışa verilməsi səbəb yox, nəticədir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə növbəti dəfə qəti etirazın bildirilməsi də Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı davam edən təxribat, təhdid və təhqir xarakterli çıxışlara rəsmi cavabdır.

Axtarışa verilmiş şəxslərə gəldikdə isə, onlar ictimai məkanda açıq-aşkar şəkildə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, etnik və milli zəmində düşmənçiliyə, həmçinin terror əməllərinə çağırış ediblər. Rusiyanın informasiya məkanında ölkəmizə qarşı təxribat, təhdid və təhqir xarakterli çıxışların davamlı şəkil alması cəmiyyətimiz üçün yenilik deyil. Lakin bu dəfə bütün sərhədlər aşıldığına və konkret cinayət əməllərinə yol verildiyinə görə cinayət təqibi tədbirləri işə salınıb.

Səbəblərə gəldikdə, Azərbaycan 35 illik müstəqillik dövründə hər zaman çalışıb ki, bütün qonşuları, ilk növbədə, Rusiya Federasiyası ilə normal və qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər qursun. Bununla yanaşı,  tələbimiz o olub ki, dövlətlərarası münasibətlərin bərabərhüquqlu müstəvidən kənara çıxmasını təşviq edən əməl və addımlara yol verilməsin, ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibət deklarativ xarakter daşımasın, səmimi hörmət göstərilsin. Təəssüf ki, Rusiyanın informasiya məkanında cövlan edən anti-Azərbaycan ritorikası buna xidmət etmir, yerli ictimai rəyə bunun əksi aşılanır. Zaman-zaman körüklənən imperiya narrativləri və imperiya xiffəti isə qonşu dövlətlərin cəmiyyətlərində yalnız ictimai qıcıq və haqlı etiraz doğurur.

Bu cür təhlükəli ritorikanı informasiya məkanına sırıyanlar, arxasında kimin dayanmasından asılı olmayaraq, bilməlidir ki, qıcıqlanan və hiddətlənən təkcə Azərbaycan cəmiyyəti deyil. Qonşu ölkələrə qarşı təhdid və hədə ritorikasını təşviq edən Rusiyanın məlum deputatları, tanınmış ictimai-siyasi xadimləri və ayrı-ayrı rəsmi şəxsləri unutmasınlar ki, müasir dünyanın informasiya məkanı sərhəd tanımır və heç bir məhdudiyyət internet əlçatanlığını, sosial şəbəkələri qapatmaq gücündə deyil. Yəni, hansısa ölkənin informasiya məkanında səslənən təhdid və təhqirin, yaxud terrora çağırışın tövsifində artıq məkan anlayışı işləmir, buna və cəzasız qalacaqlarına ümid edənlər yalnız özlərini aldadırlar. Ən azından, hərəkət sərbəstliyini itirəcəkləri şübhəsizdir, məsuliyyətsizliyin siyasi nəticələri isə ortadadır.

Müstəqillik dövrünün cəmi bir ilini faktiki sülh şəraitində yaşayan Azərbaycan həm yaxın qonşularının, həm də əməkdaşlıq etdiyi bütün dövlətlərin diqqətinə hər zaman çatdırıb ki, ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı qırmızı xəttimizdir. Ölkəmizin bununla bağlı mövqeyi heç vaxt  heç kim üçün sirr olmayıb və bu gün də sirr deyil. Bu prinsip Azərbaycan və Ukrayna Prezidentlərinin 2022-ci ilin yanvarında Kiyevdə imzaladıqları Birgə Bəyannamədə də, bundan bir ay sonra Rusiya ilə imzalanmış Sazişdə də açıq mətnlə təsbit olunur. Az qala 30 il ərzində işğala, separatçılıq təhdidinə məruz qalan və heç vaxt bununla barışmayan, sonda öz haqqını savaş meydanında təmin edən Azərbaycandan kimlərinsə fərqli münasibət gözləməsi yalnız təəccüb doğurur.

Rusiya cəmiyyətindəki bəzi ictimai fikir daşıyıcılarının, xüsusilə rəsmi təbliğatda iştirak edən şəxslərin bu həqiqəti görməzdən gəlməyə çalışması da heç cür anlaşılan deyil: Rusiya-Ukrayna müharibəsi davam etdikcə yaxın-uzaq qonşuluqdakı istənilən ölkə bunu öz suverenliyinə qarşı potensial təhlükə kimi görməkdə davam edəcək və həm də bu səbəbdən Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə siyasi dəstəyini gizlətməyəcək. Prezident İlham Əliyevin iyulun 21-də Berlində jurnalistin sualına cavabında səsləndirdiyi açıqlama bir daha göstərdi ki, heç bir hədə və təzyiq, yaxud çirkin qarayaxma kampaniyası və ya informasiya təxribatı Azərbaycan Prezidentinin Rusiya-Ukrayna münasibətləri və müharibəsi ilə bağlı birmənalı mövqeyini  dəyişə, onu beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsindən kənara çıxara bilməz: “Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

Azərbaycan Prezidentinin bu bəyanatı olduqca mürəkkəb və təhlükəli geosiyasi şəraitdə həssas və məsuliyyətli münasibətə çağırışdır. Yalnız belə yanaşma nəinki bölgəni, bütövlükdə dünyanı daha ağır fəsadlardan və daha böyük təhlükələrdən xilas edə bilər.  Rusiya ictimaiyyəti bilməlidir ki, Azərbaycan cəmiyyəti  Prezident İlham Əliyevin baxışını bütövlüklə bölüşür, elə bu səbəbdən ictimai platformalarda həmin mövqeyi fəal şəkildə müdafiə və təşviq edir.

Əminəm ki, bu mövqe imperiya buxovlarından xilas olmuş bütün ölkələrin cəmiyyətlərinə olduqca doğmadır. Çünki onlar da yaxşı bilir ki, suverenliyin yeganə alternativi yalnız imperiya boyunduruğu və vassallıqdır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri