Icma.az
close
up
RU
“Sülhün bərqərar olması KTMT üçün də mühüm addım olacaq” KOMİTƏ SƏDRİ

“Sülhün bərqərar olması KTMT üçün də mühüm addım olacaq” KOMİTƏ SƏDRİ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Bişkekdə keçirilən görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin və həmin dövlətlərin rəhbərlərinin verdiyi bəyanatlar çox maraqlıdır. Eyni zamanda artıq KTMT-də icraçı katib kimi Qırğıstanın nümayəndəsi təyin olunacaq”.

Bu fikirləri Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Burada ən diqqət çəkən məqamlardan biri isə Putinin verdiyi bəyanatdır. O bildirib ki, bugün KTMT-də Ermənistan iştirak etmir. Ermənistanın iştirak etməməsi barədə izah belədir ki, bu, KTMT-nin bütün nizamnaməsi ilə bağlıdır və digər üzvlər bunu tam dəstəkləyir. Putinin sözlərinə görə, iştirak etməmək siyasi məsələ ilə bağlı deyil və gələcəkdə Ermənistan da bu tədbirlərdə iştirak edəcək.

Eyni zamanda Kremlin saytında Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına münasibət bildirilib. Qeyd olunur ki, sülhün bərqərar olması və müqavilənin tez imzalanması KTMT üçün də mühüm addım olacaq. Çünki Ermənistanda KTMT-nin bazası yerləşir və Rusiya ordusunun kontingenti hələ də oradadır. Bu kontingentin çıxmaq niyyəti yoxdur, çünki NATO ilə sərhəd Türkiyə-Ermənistan sərhədidir.

Bəyanatın verilməsində müəyyən mesaj var ki, biz öz əməl və sözlərimiz üst-üstə düşməsə də, buna tərəfdarıq. İstər Belarus, istər Mərkəzi Asiya dövlətləri bir mənalı şəkildə Azərbaycanı dəstəkləyir”.

Komitə sədri qeyd edib ki, bu dövlətlərin çoxu Türk Dövlətləri Təşkilatında Azərbaycanla bir yerdədir və birgə hərbi təlimlər keçirirlər.

“Digər məsələlərdə də koordinasiyalı iş gedir. Məsələn, Xankəndidə bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü keçirilib.

Bu bütün proseslər göstərir ki, KTMT mövcud olsa da, paralel olaraq biz öz hazırlıqlarımızı görür, problemlərimizi həll edirik. Verilən bəyanatların hər birində müəyyən siyasi mesaj olsa da, biz bunu təhlil edir və niyyətləri başa düşürük”.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanın KTMT-dən de-fakto çıxması anti-Rusiya mövqeyi demək deyil.

O əlavə edib ki, qalan məsələlər ölkənin siyasi maraqlarından asılıdır.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri