Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Ermənistanın müdafiə xərclərini artırması sülhün bərqərar olmasını çətinləşdirə bilər Komitə sədri

Ermənistanın müdafiə xərclərini artırması sülhün bərqərar olmasını çətinləşdirə bilər Komitə sədri

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanmasının dayanıqlı sülhün əldə olunmasını əngəllədiyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə ötən gün açıqlamasında Azərbaycanla sülh razılaşmasına hazır olduğunu deyib. Bu cür çıxış edən Ermənistan tərəfi niyə hələ də silahlanmağa davam edir və bundan əl çəkərsə, sülh sazişinin imzalanması tezləşə bilərmi?

Mövzu ilə Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Ermənistan 2025-ci ilin dövlət büdcəsinin geniş hissəsini müdafiə sahəsinə ayırıb.

"Ermənistan parlamenti 2025-ci il üçün büdcəni təsdiq edib. Əsas məqam ondan ibarətdir ki, birmənalı şəkildə 2025-ci ilin büdcəsi əsas prioritet kimi müdafiədir. Yəni bu istiqamətdə ciddi artım var. Müdafiə üçün ayrılan vəsait 20 faiz artıb. Yəni 665 milyard dram (Ermənistanın pul vahidi) təxminən bir milyard 713 milyon dollar edir. Həm bu istiqamətdə, eyni zamanda Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi 15 faiz artıb. Bu da hardasa 270 min dollar deməkdir. Paralel olaraq Ermənistan büdcəsində səhiyyəyə ayrılan vəsait azalıb. İndi siz təsəvvür edin, sosial məsələlərdən kəsilərək müdafiə, Daxili İşlər Nazirliyinin maliyyələşdirilməsi istiqamətində addımlar atırlar və eyni zamanda sülh müqaviləsinin imzalanması prosesində Qarabağdan köçən ermənilərə ipoteka verilməsi ilə bağlı ayrılan vəsait 3.5 dəfə artırılıb. Bu da təxminən 18.2 milyon dollar edir. Yəni hər istiqamət gətirib müdafiə xərclərinin artırılmasına çıxır. 

Azərbaycan büdcəsinin müzakirəsində müdafiə və təhlükəsizlik üçün ayrılan rəqəmlərdən danışanda Ermənistan cəmiyyəti, əsasən onların iqtidar partiyaları və digərləri guya Azərbaycanın məhz müharibə xərclərinin artması məsələsini millitarizasiya olunmuş bir büdcə kimi qabartmaq istəyirdilər. Tam əksinədir. Çünki Azərbaycanda müdafiə-təhlükəsizlik xərcləri ilə bərabər, eyni zamanda əsas istiqamət kimi sosial məsələlər, Qarabağın dirçəlməsi, infrastrukturların yenidən qurulması, qaçqın və köçkün vətəndaşlarımızın ərazilərə qayıtması, minadan təmizləmə və sair kimi sahələr prioritet kimi götürülür. Amma burada sırf olaraq bunların büdcəsinin əsas istiqaməti birmənalı şəkildə müdafiədir".

Komitə sədrinin sözlərinə görə, Ermənistanın hərbi sahəyə maliyyə artımları birmənalı şəkildə sülhün bərqərar olmasını çətin amilə çevirir.

"Qanunvericilikdə səs verilən vaxtı 91 deputat səs verib, 61-i bunu dəstəkləyib, 30-u dəstəkləməyib. Dəstəkləməyənlərdə əsasən müxalifət nümayəndələridir. Yəni hakimiyyətin apardığı siyasətin sırf əleyhinə arqumentlər qoyulur, bu məsələlərlə bağlı açıqlamalar verilir. Ümumi desək, 2025-ci il üçün Ermənistan büdcəsi 2 trilyon 873 milyard dram (7.4 milyard dollar), xərclər isə 3 trilyon 42 milyard dramdır (7.8 milyard dollardır). Yəni 13 faiz keçən illə müqayisədə artıqdır. Yəni problemlər onlarda çoxdur, lakin belə artımlarla, məsələlərlə birmənalı şəkildə sülhün bərqərar olması çətin amilə çevrilə bilər. Eyni zamanda ermənilərə Qərb tərəfdən olan dəstəklər bizə onu göstərir ki, mütləq şəkildə bu müdafiəyə artımlar olamlıdır. Onların hərbi büdcəsinin 20 faiz artması Azərbaycana hər hansı bir təhdid yaratmır. Ermənistan danışıqlar prosesində də bunu arqument kimi ortaya qoya bilməz. Çünki Azərbaycan bilir ki, Ermənistan hansı dövlətlərin əlində bir vasitədir. Azərbaycan isə birmənalı şəkildə özünün daxili və xarici siyasətini müstəqil aparır və bu siyasətdən doğaraq öz büdcəsini formalaşdırır", - deyə Arzu Nağıyev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri