Icma.az
close
up
RU
Sülhün şərti olaraq ədalət: Bakının prinsipial seçimi

Sülhün şərti olaraq ədalət: Bakının prinsipial seçimi

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın postmüharibə mərhələsində atdığı ən mühüm siyasi və hüquqi addımlardan biri müharibə və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi oldu. Bu proses təsadüfi qərar deyil, hələ müharibə başlamazdan əvvəl dövlət başçısı tərəfindən açıq şəkildə ifadə edilmiş prinsipial mövqenin məntiqi davamıdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər cavabsız qalmayacaq, günahsız insanların qanı yerdə qalmayacaq. Müharibədən sonra bu sözlərin hüquqi müstəvidə reallaşması göstərdi ki, söhbət emosional siyasi bəyanatlardan deyil, uzunmüddətli dövlət iradəsindən gedir.

Bu iradənin ən mühüm göstəricisi ondan ibarətdir ki, Azərbaycan bu prosesi ciddi xarici siyasi təzyiqlər fonunda həyata keçirdi. Beynəlxalq müstəvidə müxtəlif mərkəzlər tərəfindən məhkəmə prosesinə qarşı yönəlmiş əsassız ittihamlar, siyasi kampaniyalar və təzyiq cəhdləri müşahidə olunurdu. Lakin bu faktorlar prezidentin mövqeyini dəyişmədi. Əksinə, bu təzyiqlər bir daha göstərdi ki, məsələ hüquqi ədalətin bərpasıdır və bu, kənar maraqlara qurban verilə bilməz. Dövlət başçısının qəti mövqeyi Azərbaycan üçün suverenliyin yalnız ərazi ilə məhdudlaşmadığını, hüquqi və siyasi qərarvermə sahəsini də əhatə etdiyini nümayiş etdirdi.

Məhkəmə prosesinin mahiyyəti təkcə ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb olunması ilə məhdudlaşmır. Burada əsas məqam işğal siyasətinin özünə hüquqi qiymət verilməsidir. Məhkəmə zamanı səslənən ifadələr, faktlar və etiraflar bir daha təsdiqlədi ki, Qarabağda yaradılmış qondarma rejim müstəqil qurum olmayıb, Ermənistanın işğalçı siyasətinin aləti kimi fəaliyyət göstərib. Bu isə uzun illər beynəlxalq müzakirələrdə süni şəkildə yaradılmış “tərəflər bərabərliyi” narrativini hüquqi baxımdan sıradan çıxarır. Azərbaycan bu proseslə göstərdi ki, işğal yalnız hərbi əməliyyatlarla deyil, hüquqi faktlarla da sübuta yetirilə bilər.

Bu kontekstdə prezident İlham Əliyevin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. O, müharibə dövründə necə qətiyyət nümayiş etdirdisə, postmüharibə mərhələsində də eyni prinsipiallığı qorudu. Xocalı qurbanlarının xatirəsinin siyasi alver predmetinə çevrilməməsi, cinayətkarların cəzasız qalmaması dövlət siyasətinin dəyişməz xətti kimi təqdim olundu. Bu yanaşma həm daxili ictimai rəyə, həm də regionda formalaşan yeni siyasi reallıqlara aydın mesaj verdi: Azərbaycan üçün sülh anlayışı ədalət üzərində qurulmalıdır.

Nəticə etibarilə, bu məhkəmə prosesi Azərbaycanın yalnız keçmişlə hesablaşması deyil, gələcək üçün formalaşdırdığı siyasi-hüquqi modelin göstəricisidir. Bu modeldə güc amili ilə hüquq bir-birini tamamlayır, verilən sözlər isə konkret icra mexanizmləri ilə təsdiqlənir. Prezidentin müharibədən əvvəl verdiyi vədlərin bu gün hüquqi reallığa çevrilməsi göstərir ki, Azərbaycan üçün ədalət anlayışı deklarativ deyil, dövlət siyasətinin əsas sütunlarından biridir.

Züriyə Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri