Sultanın qarşısına eynəkdə çıxdı “Həyat yoldaşı şillə vurub”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron gözündə yaranan problem səbəbindən Oman sultanı ilə görüşə tünd eynəkdə qatılmaq məcburiyyətində qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Dövlət başçısı Oman sultanı Heysəm bin Tariqi qarşılamaq üçün Yelisey sarayının pilləkənlərinə eynəklə çıxıb. Makron rəsmi görüş zamanı qapalı məkanda belə eynəyini çıxarmayıb.
Prezidentin ətrafı məsələyə aydınlıq gətirərək qısa olaraq bildirib ki, bu, dövlət başçısında yenidən yaranan göz problemidir. Lakin Fransa Hökumətinin rəsmi açıqlamalarına baxmayaraq, hadisə ölkədə və sosial şəbəkələrdə fərqli şayiələrə yol açıb. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo iddia edib ki, prezident bu eynəyi həyat yoldaşı Bricitin vurduğu şilləyə görə taxır.
Xatırladaq ki, bu, Fransa liderinin ilk analoji problemi deyil. Yanvarın 15-də ölkənin Silahlı Qüvvələri qarşısında çıxış edərkən Makronun sağ gözünün qızardığı və iltihablaşdığı diqqətdən qaçmamışdı. Həmin vaxt da sosial şəbəkə istifadəçiləri prezidentin xanımı ilə dalaşdığı və məişət zorakılığının qurbanı olduğu barədə zarafatlar etmişdilər.
Hökumətin mətbuat xidməti isə qızartının səbəbini sadəcə gözdəki damarın partlaması ilə əsaslandırmışdı. Daha əvvəl də mətbuatda Makronun təyyarədə həyat yoldaşı tərəfindən şillələnməsi barədə iddialar yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 29 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















