Icma.az
close
up
RU
Sumqayıt Bələdiyyəsinin beton piltə əməliyyatı Sahibkardan görünməmiş üsulla pul tələb edirlər (FOTOLAR+ VİDEO)

Sumqayıt Bələdiyyəsinin beton piltə əməliyyatı Sahibkardan görünməmiş üsulla pul tələb edirlər (FOTOLAR+ VİDEO)

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sumqayıt şəhər Bələdiyyəsi ilə aramızda torpaq icarəsi üzrə heç bir rəsmi müqavilə yoxdur. Təxminən bir il əvvəl biz bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişik ki, aramızda yeni müqavilə bağlansın. Lakin bir sıra səbəblərdən bu məsələ uzanıb. Sonra Bələdiyyədən bizə bildirildi ki, guya obyekt üzrə əvvəlki dövrə aid borc mövcuddur və əvvəlcə həmin borc ödənməlidir. Biz isə qarşı tərəfdən bu borcun hansı əsasla və hansı müqaviləyə əsasən yarandığını təsdiq edən sənədləri təqdim etməyi tələb etdik. Lakin bu günə qədər bizə heç bir rəsmi sənəd təqdim olunmayıb”.

Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 48 ünvanında yerləşən “Perla” Psixoloji İnkişaf Mərkəzi ictimai obyektinin sahibi Rzayev Heydər Nizami oğlu “AzPolitika”-ya müraciətində bildirib.

Şikayətçi qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsi heç bir xəbərdarlıq olmadan ona məxsus obyektin qarşısına qanunsuz şəkildə beton piltə yerləşdirib və buyolla fəaliyyətlərinə süni əngəllər yaratmağa çalışır: “Biz öz dövrümüzdə yaranan təxminən 600 manat civarındakı torpaq icarə vergisini ödəmişik. Lakin bələdiyyə nə rəsmi xəbərdarlıq, nə də məhkəmə qərarı təqdim etmdən, tamamilə qeyri-qanuni şəkildə obyektin girişinə beton piltə qoyub. Biz rəsmi qaydada müraciət edərək bildirdik ki, bu məsələ yalnız məhkəmə yolu ilə həll olunmalıdır. Əgər məhkəmə tərəfindən borc olduğu müəyyənləşdirilərsə, həmin məbləği ödəməyə hazırıq. Bələdiyyə isə konkret bir sənəd və ya hüquqi əsas təqdim etmədən, sadəcə “biz edə bilmərik” deyərək məsuliyyətdən yayınır”.

“Nümayəndəmiz onların dəvəti ilə bələdiyyəyə getdi, lakin orada ona bildirilib ki, əvvəl borc ödənməlidir, sonra müqavilə bağlanacaq. Biz isə haqlı olaraq tələb edirik ki, əvvəlki borca dair müqavilənin surətini təqdim etsinlər. Əgər yeni müqavilə bağlanacaqsa və həmin müqaviləyə əsasən vergi öhdəliyi yaranacaqsa, biz o ödənişi etməyə hazırıq. Lakin yeni müqavilə də bağlanmır”, -deyə şikayətçi qeyd edib.


H.Rzayevin sözlərinə görə, bələdiyyə son olaraq israrla əvvəlki dövrə və mülkiyyətçiyə məxsus olduğu iddia olunan 3300 manat məbləğindəki borcun ödənilməsini tələb edir:“Bu obyekti mən iki il əvvəl almışam və həmin dövrdən etibarən mənə aid olan bütün ödənişləri vaxtında etmişəm. Borc əvvəlki mülkiyyətçiyə aiddir. Maraqlıdır, əgər bu borc əvvəldən mövcud idisə, niyə qarşı tərəflə bağlı borcun ödənilməsinə dair tədbirlər görülməyib? Niyə mənə rəsmi şəkildə bu barədə məlumat verilməyib? Əgər Nazirlər Kabinetinin və ya Bələdiyyə Nizamnaməsinin hansısa bəndində belə hallarda obyekt qarşısına beton piltə qoyulması ilə vergi tutulması qaydası varsa, biz bu yanaşmanı “alqışlayıb” öz fəaliyyətimizi də bu istiqamətdə qurarıq… Lakin bu tamamilə özbaşına və hüquqi əsası olamayan bir addımdır”.

H.Rzayev əlavə edir ki, bu yanaşma Sumqayıt şəhərindəki digər ictimai iaşə obyektlərinə, o cümlədən şadlıq evlərinə qarşı da tətbiq olunur. Şikayətçi sonda mətbiat vasitəsilə aidiyyatı dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və lazımi tədbirlərini görülməsini xahiş edir.

E. Bəyməmmədli

“AzPolitika.info”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri