Icma.az
close
up
RU
Sumqayıt Dostlar Klubu mənəvi kamillik ocağıdır

Sumqayıt Dostlar Klubu mənəvi kamillik ocağıdır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il ziyalıların böyük bir dəstəsini öz ətrafında birləşdirən humanitar ictimai birliyin – Sumqayıt Dostlar Klubunun 10 yaşı tamam olur. Onun üzvləri vaxtaşırı toplaşıb sosial-mədəni tədbirlər keçirmələri, xeyirxah işlər görmələri ilə geniş ictimai nüfuz qazanıblar.

Vaxtilə 83 millətin nümayəndələrinin yaşadığı Sumqayıt “Dostluq şəhəri” adlanırdı. Gözəl sahil şəhəri bu gün də multikulturallığı və tolerantlığı ilə nümunədir. Dünyanın bir çox şəhəri ilə Sumqayıtın qardaşlıq və tərəfdaşlıq əlaqələri davam edir. Almaniya Lüdviqşafen, Türkiyənin Ceyhan və Samsun, İtaliyanın Bari və Genuya, Ukraynanın Çerkassı, Çin Xalq Respublikasının Tsü Çjou və Syandzin, Gürcüstanın Rustavi, Rusiya Federasiyasının Nevinnomıssk, Belarusun Mogilyov, Avstriyanın Lints, Rumıniyanın Piteşti, Qazaxıstanın Aktau və digər şəhərləri bu sıradadır. Dostluq coğrafiyası daim genişlənir – ötən il Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında sənəd imzalanıb.

Şəhərdə “Dostluq” adında mədəniyyət evi, DOST Mərkəzi, Lüdviqşafen dostluq parkı, “Dostlar” kafesi, Hacı Zeynalabdin qəsəbəsində ayrıca Dostluq küçəsi var. Sakinlər də fərdi və kollektiv dostluq hissini daim yüksək tutur, ənənələri layiqincə davam və inkişaf etdirirlər. Bu baxımdan gənclik şəhərində Dostlar Klubunun artıq bir brendə çevrilməsi təqdirəlayiq haldır. İcra hakimiyyətindən tutmuş, ən sıravi vətəndaşlara qədər bütün təbəqələr Dostlar Klubunu tanıyır və dəyərləndirirlər. Bu fenomenal ictimai qurumun xoş sorağı artıq şəhərin sərhədlərini aşıb və uzaq ölkələrə yayılıb. Dostlar Klubunun xaricdə çoxsaylı fəxri üzvləri də var.

Klubun ideya müəllifi və rəhbəri – Sumqayıt Şəhər İcra hakimiyyəti yanında İctimai Şuranın sədri, həkim, yüksək bədii fəhmi olan yazıçı-publisist, iş adamı Hümbət Həsənoğludur. Azərbaycan Yazışılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Tərəqqi” medallı Hümbət müəllimlə bu sətirlərin müəllifini çoxillik qonşuluq və dostluq münasibətləri birləşdirir. Eyni məktəbdə oxumuş, qış-yay eyni meydanda futbol oynamış, bir-birimizin uğurlarına daim ürəkdən sevinmişik. Düz 16 il Vətəndən uzaqlarda yaşayıb və azərbaycanlı adını daim uca tutub. Moskvada Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında baş həkim, Almaniyanın Toypits şəhərindəki sovet hərbi hospitalında göz xəstəlikləri şöbəsinin müdiri işlədiyi vaxtlarda onun xoş soraqlarını çox eşidir və fəxr edirdim.

Bu yazını hazırlayarkən mənimlə görüşə Hümbət Həsənoğlu H.B.Zərdabi nəslinin nümayəndəsi – “Zərdabi Nəşriyyat-Poliqrafiya” MMC-nin direktoru Aydın Məlikov və dostlarının “poçtmeysetr” adlandırdığı poçt filialı rəisi, tanınmış yazıçı Arif Ərşadla bərabər gəlmişdi. Çay süfrəsi arxasında maraqlı söhbətimiz oldu. Həm xatirələr dilə gəldi, həm doğma şəhərimizin ictimai mühitindən danışdıq, həm də unudulmaz mərhum dostlarımızı – gözəl şair Əşrəf Veysəllini, yazıçı Eyruz Məmmədovu, jurnalist Rəhman Orxanı xatırladıq (onlar da Dostlar Klubunun fəal üzvü olublar).

Sumqayıt Dostlar Klubunun sədri Hümbət Həsənoğlunun dedikləri:

– Bildiyimiz kimi, dünyada “Rotari İnternational” müstəqil assosiasiyası var. Həmfikirlərin kiçik bir dəstəsi kimi hələ 1905-ci ildə Çikaqoda yaranıb. Bu qeyri-siyasi və qeyri-dini humanitar-xeyriyyəçi klubun artıq ayrı-ayrı ölkələrdə 46 min yerli təşkilatı yaranıb və fəaliyyət göstərir. Qapısı hər zaman hər kəsin üzünə açıqdır. Məqsədi dostluq və həmrəylik ruhuna xidmətdir.

Biz də doğma şəhərimizdə bənzər bir toplum yaratmaq istədik və buna 2016-cı ilin yayında – 9 iyun Beynəlxalq Dostlar Günündə nail olduq. Klubumuz, əsasən, ziyalılardan – yazıçı, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət ictimai birlikdir. Məram qeyri-formal görüş mühiti yaratmaq, ədəbi, fəlsəfi və ictimai müzakirələr aparmaq, cəmiyyətin sosial-mənəvi yüksəlişinə bacardığımız qədər xidmət etməkdir. Buna, bir növ, “intellektual salon” tipli sosial platforma da demək olar. Yeri gəlmişkən, dostumuz Azər Saleh bizim birliyi özünəməxsus şəkildə post-sovet şəhər intellektual modelinin mikro-nümunəsi kimi səciyyələndirib.

Sumqayıt Dostlar Klubunun üzvləri şəhərdə tanınan ziyalılardır. Məsələn, ixtiraçı-alim, texnika elmləri üzrə fəlsəfə doktoru, əməkdar mühəndis Əli Əmirov 25 il Sumqayıtda “Neftqazavtomat” EİM-ə rəhbərlik edib, hazırda Texniki Universitetin dosentidir. O, həm də Əli Ələmi təxəllüsü ilə şeirlər yazan qabil bir qəzəlxandır, bir neçə kitabı çıxıb. Klubun ağsaqqalı Sovet Şükürov müxtəlif dövlət orqanlarında fəaliyyət göstərib, şəhid atası, Sumqayıt Əmək və Müharibə Veteranları Şurasının sədridir. Tanınmış teatr rejissoru, dramaturq Ağalar İdrisoğlu Əməkdar incəsənət xadimidir.

Sumqayıt Dostlar Klubu adlı körpünün “monolit” dayaqlarından tibb üzrə fəlsəfə doktoru, tanınmış psixiatr Mayıl Tağıyev, uzun illər şəhərin baş kardioloqu olmuş, hazırda “Doktoraz” klinikasına rəhbərlik edən Əməkdar həkim Kamil İbadov, Memarlıq və İnşaat Universitetinin dekanı, professor Sahib Fərzəliyev, nəsimişünas-alim, könüllü getdiyi Vətən müharibəsinin qazisi, baş leytenant Vüsal Hətəmov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Azər Əzizov, iqtisadçı Rafiq Mehdiyev, şəhər bələdiyyəsinin üzvü, iş adamı Akif Şahbazov... hər biri ayrılıqda bir məktəb, bir nümunədir.

Dostlar Klubunun kollektiv və fərdi təşəbbüslərə əsaslanan ədəbi-bədii gecələri, yubiley mərasimlərini, Bakıdan və xarici ölkələrdən gələn qonaqlarla görüşləri, intellektual debatları, xəstələnmiş dostların ziyarətlərini, xeyriyyəçilik addımlarını – ehtiyacı olanlara qətiyyən reklam edilmədən göstərilən maddi və mənəvi dəstəkləri yada saldıq. Bu kimi tədbirlərin sayı-hesabı yoxdur. Sumqayıtın mədəni və intellektual mühitini daha da canlandıran, ictimai çağırışları dəyərləndirən, innovativ layihələri həyata keçirən Klub İdarə Heyətinin üzvləri şəhər səviyyəli bütün bayram tədbirlərində, əlamətdar günlərdə, xeyir-şər məclislərində yaxından iştirak etmələri ilə də seçilirlər.

Klubun bir özəlliyi də budur ki, burada görüşlər, məclislər, müzakirələr protokollaşdırılmır, rəsmiyyətə lüzum duyulmur, çünki əsas amil qarşılıqlı etimad və etibardır. Bir sözlə, 10 yaşlı Sumqayıt Dostlar Klubu rəsmi institutların alternativi deyil, amma, müəyyən mənada, onların çatışmayan tərəflərini tamamlayan daha dinamik və sosial baxımdan çevik platformadır.

Əli DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri