Sumqayıt ın brazliyalısı: Nə olursa olsun, tempi saxlamalıyıq
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Çətin oyun olacağını bilirdik. "Səbail" heç də zəif komanda deyil. Çox gərgin oyun oldu. Qol vurmaq üçün şanslarımız olsa da, istifadə edə bilmədik. Amma rəqib yaxaladığı fürsətlərdən maksimum yararlandı. Təəssüf ki, məğlub olduq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Allan Dias komandasının "Səbail" ilə oyununu şərh edərkən deyib.
Braziliyalı futbolçu növbəti turda qarşılaşacaqları "Sabah"la oyundan gözləntilərini açıqlayıb:
"Komandamız tunir cədvəlindəki mövqeyindən asılı olmayaraq bütün oyunlara eyni hazırlaşır. "Sumqayıt" böyük klubdur. Nə olursa olsun, tempi saxlamalıyıq. "Sabah" ilə matçda komandamızdan gözləntilərim mümkün olanın ən yaxşısıdır. Ümid edirəm ki, matçdan 3 xalla ayrıla bilərik. Komanda olaraq bu oyuna köklənmişik".
Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı yanvarın 20-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.
Baxış sayı:80
Bu xəbər 22 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















