Icma.az
close
up
RU
“Sumqayıt” klubu məhkəməyə verilib SƏBƏB KONKRET

“Sumqayıt” klubu məhkəməyə verilib SƏBƏB KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Sumqayıt” Futbol Klubu valyuta tənzimi qaydalarını pozma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Mərkəzi Bank tərəfindən klub barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. İddiaya əsasən, futbol klubu xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb. Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev belə bir hadisəni istənilən qurum və təşkilatın qarşılaşa biləcəyi sadə, gündəlik texniki çətinlik və məhkəməyə müraciət prosedur qaydası adlandırıb.

“Sumqayıt” Futbol Klubu xaricdən gətirilən mallarla əlaqədar Gömrük Bəyannaməsi verib, bəyannamədə texniki səhvə yol verildiyi üçün Mərkəzi Bank malların ölkəyə gətirilməməsi ehtimalı səbəbindən inzibati xəta halının olub-olmaması ilə bağlı məhkəməyə müraciət edib.

Bu, sadəcə inzibati xəta faktının olub-olmamasının araşdırılması məqsədilə edilib.

Mərkəzi Bankın tələbi ilə klub tərəfindən Dövlət Gömrük Komitəsinə gətirilən malların Bəyannaməsi ilə bağlı korreksiya üçün müraciət ünvanlayıb və DGK-nın razılığı ilə müvafiq düzəliş edilib.

Bu, istənilən qurum və təşkilatın qarşılaşa biləcəyi sadə, gündəlik texniki çətinlikdir və məhkəməyə müraciət prosedur qaydadır”, – deyə Z.Xudiyev bildirib.

Qeyd edək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri