Icma.az
close
up
RU
Sumqayıta naməlum varlıqların hücumu Nə baş verir?

Sumqayıta naməlum varlıqların hücumu Nə baş verir?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda ağacları təhlükəli hesab edilən qurdlar basıb. Məlumata görə, mənşəyi bilinməyən qurdlar kütləvi şəkildə artaraq yaşayış sahəsinə doğru hərəkət etməyə başlayıblar. Sakinlər son günlərdə bu canlıların həyət boyu sürünərək pilləkənlərin altına, giriş hissələrə və evlərin içərisinə qədər gəlib çıxdıqlarını bildirirlər. Mövsümə görə bəzi aylarda bir sıra həşəratların yaşayış yerləri və açıq əkin sahələrinə hücumu müşahidə olunur. Əvvəllər respublikanın müxtəlif bölgələrində bununla bağlı qabaqlayıcı tədbirlər görülür – binaların yeraltı qovşaqları dərmanlanır, ağacların köklərinə bir sıra məhlullar çəkilirdi.

Hazırda bu tədbirlər hansı səviyyədə davam etdirilir? Ümumiyyətlə, bu kimi halların qarşısının alınması üçün nə kimi tədbirlər görülür və görülməlidir?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, şəhər ekologiyası artıq pozulmuş ekosistem hesab olunur və canlı təbiətin bir hissəsi kimi qiymətləndirilə bilməz:

“Burada ekoloji proseslər xaotikdir, vahid ekosistem anlayışı və yanaşması mövcud deyil. Nəticədə biomüxtəlifliyin strukturu və qida zəncirinin iyerarxiyası da pozulur. Cari mövsümdə havaların rütubətli keçməsi və ardınca temperaturun yüksəlməsi bəzi həşərat növlərinin kütləvi artımına və ya miqrasiyasına səbəb olub. Bu hal təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif regionlarında müşahidə olunur və şəhər təsərrüfatına, yaşayış mühitinə, eləcə də kənd təsərrüfatına mənfi təsir göstərir”.

Həmçinin oxuyun:

“8 Noyabr” Elektrik Stansiyasının açılışı: Prezident çıxış etdi – FOTOLAR

Arzu Mustafayev

Ekspert qeyd edib ki, müvafiq qurumlar şəhər təsərrüfatında dərmanlama işləri aparmalı, park və yaşıllıq sahələrində aqrotexniki qulluqla bu təsirləri minimuma endirməyə çalışmalıdır:

“Regionlardakı meşələr, milli parklar və qoruqlar isə Ekologiya Nazirliyinin tabeliyindədir. Bu ərazilərdə ziyanvericilərə qarşı mübarizə və epidemioloji vəziyyətə nəzarəti nazirlik həyata keçirməlidir. Qeyd edim ki, əvvəllər nazirliyin nəzdində bu sahədə ixtisaslaşmış mərkəz mövcud idi, lakin qeyri-effektiv idarəçilik səbəbindən fəaliyyəti dayandırılıb.

Ekosistemlərdə qida zəncirinin pozulması nəticəsində bəzi həşəratların təbiətdəki bioloji düşmənləri, məsələn, quşlar, sürünənlər və amfibiyalar, onların sayını tənzimləyirdilər. Lakin ekologiyanın pozulması və ətraf mühitin çirklənməsi nəticəsində quş növlərinin sayı azalmış, bəzi növlər isə qırmızı kitaba düşərək məhv olub”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri