Icma.az
close
up
RU
SUMQAYITDA “BESETKA” ŞOUSU... Yüksək vəzifəli şəxslər “dominoxana” açılışına qatıldılar + VİDEO

SUMQAYITDA “BESETKA” ŞOUSU... Yüksək vəzifəli şəxslər “dominoxana” açılışına qatıldılar + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu videosüjet ilk qarşımıza çıxanda düşündük ki, zarafatdır. Sonra gördük ki, yox, həqiqətdir və bir daha anladıq ki, Azərbaycan reallığında, bəzi vəzifəli şəxslərin timsalında primitivliyin, geridəqalmışlığın, görməmişlyin sərhədi, ucu-bucağı yoxmuş...

Süjetdən göründüyü kimi, Sumqayıtdakı məhəllələrin birində “besetka” tikiblər və Sumqayıtın bütün ölkəyə yayımlanan “Dünya tv” televiziyası da oradan yekə bir reportaj hazırlayıb. “Besetka”nın “açılışına” daha kimlər qatılmayıb – şəhərin millət vəkili, YAP Sumqayıt təşkilatının sədri, şəhər icra hakimiyyəti rəhbərliyinin nümayəndələri, “Qartal”adlı tikinti şirkətinin başçısı və s. Heyətə baxanda düşünürsən ki, bircə Baş nazir, nazirlər, parlament rəhbərliyi, xarici səfirlər çatışmır...


Əlbəttə, istənilən abadlıq işi təqdirəlayiqdir. Amma videoda gördüyünüz bu tikili nə məktəb, nə uşaq bağçası, nə də tibb məntəqəsi, nə də başqa bir samballı sosial obyektdir dir. Adi “dominoxanadır”, “dominoxana”! Bunun nəyi və niyə reklam olunsun ki? Bundan ötrü kamera qarşısına çıxmağı, bunun çəkilişini aparıb ölkəyə yaymağı bir ağlı başında, savadlı, ziyalı, dünyagörüşlü adam özünə necə sığışdıra bilər axı?

Bu “möhtəşəm” tədbirə, açılışa qatılan, utanmadan televizyanı da çağırıb, özünü reklam etdirən vəzifəli, kostyumlu, qalstuklu “dayılar”ın təkcə buraya gəldiyi avtomobillərin qiyməti onların tikib ərsəyə gətirdikləri və minnət qoyduqları ”analoqu olmayan” “besetka”nın dəyərindən yəqin ki, yüz dəfələrlə bahadır.

“Qartal”-ın “toyuq hini dizaynında” tikdiyi bu “məhtəşəm tikinti”yə maraqlı ad da qoyublar – “söhbətgah”. Məhəllə sakinləri isə bu “söhbətgah”ın dəmir barmaqlılqaları arxasından içəridə baş verənlərə baxıb, məəttəl qalırlar ki, burda nə böyük iş olub, nə vur-çatlasındır, nə çəkilşdir belə? Hələ utanmadan onların bəzilərini danışdırıb, “dominoxananı” və onu tikənləri təriflədirlər də.


İnsanları bu dərəcədə aşağılamaq, onlara “3-ün 5-ə” bir yarıtikiliyə görə minnət qoymaq, sonra da bunu reklam etmək nə şəhər rəhbərliyinə, nə hakim partiyanın şəhər təşkilatına, nə millət vəkilinə, nə də “Qartal”-ın sahibinə yaraşmır. Amma bəlkə də elə yaraşır...

Bu videonu paylaşmağımızın və şərh etməyimizin bir səbəbi də odur ki, qoy Bakıda, YAP və parlament rəhbərliyində də bu eybəcər, əttökən mənzərəni görsünlər. Bəlkə bu cür biabırçılıqlara bir “dur” deyən tapıldı...

Cəlal Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri