Icma.az
close
up
RU
SUMQAYITDA “BESETKA” ŞOUSU... Yüksək vəzifəli şəxslər “dominoxana” açılışına qatıldılar + VİDEO

SUMQAYITDA “BESETKA” ŞOUSU... Yüksək vəzifəli şəxslər “dominoxana” açılışına qatıldılar + VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bu videosüjet ilk qarşımıza çıxanda düşündük ki, zarafatdır. Sonra gördük ki, yox, həqiqətdir və bir daha anladıq ki, Azərbaycan reallığında, bəzi vəzifəli şəxslərin timsalında primitivliyin, geridəqalmışlığın, görməmişlyin sərhədi, ucu-bucağı yoxmuş...

Süjetdən göründüyü kimi, Sumqayıtdakı məhəllələrin birində “besetka” tikiblər və Sumqayıtın bütün ölkəyə yayımlanan “Dünya tv” televiziyası da oradan yekə bir reportaj hazırlayıb. “Besetka”nın “açılışına” daha kimlər qatılmayıb – şəhərin millət vəkili, YAP Sumqayıt təşkilatının sədri, şəhər icra hakimiyyəti rəhbərliyinin nümayəndələri, “Qartal”adlı tikinti şirkətinin başçısı və s. Heyətə baxanda düşünürsən ki, bircə Baş nazir, nazirlər, parlament rəhbərliyi, xarici səfirlər çatışmır...Əlbəttə, istənilən abadlıq işi təqdirəlayiqdir. Amma videoda gördüyünüz bu tikili nə məktəb, nə uşaq bağçası, nə tibb məntəqəsi, nə də başqa bir samballı sosial obyektdir. Adi “dominoxanadır”, “dominoxana”! Bunun nəyi və niyə reklam olunsun ki? Bundan ötrü kamera qarşısına çıxmağı, bunun çəkilişini aparıb ölkəyə yaymağı bir ağlı başında, savadlı, ziyalı, dünyagörüşlü adam özünə necə sığışdıra bilər axı?

Bu “möhtəşəm” tədbirə, "açılışa" qatılan, utanmadan televizyanı da çağırıb, özünü reklam etdirən vəzifəli, kostyumlu, qalstuklu “dayılar”ın təkcə buraya gəldiyi avtomobillərin qiyməti onların tikib ərsəyə gətirdikləri və minnət qoyduqları ”analoqu olmayan” “besetka”nın dəyərindən yəqin ki, yüz dəfələrlə bahadır.Qartal”-ın “toyuq hini dizaynında” tikdiyi bu “möhtəşəm memarlıq əsəri”nə maraqlı ad da qoyublar – “söhbətgah”. Məhəllə sakinləri isə bu “söhbətgah”ın dəmir barmaqlılqaları arxasından içəridə baş verənlərə baxıb, məəttəl qalırlar ki, burda nə böyük iş olub, nə vur-çatlasındır, nə çəkilşdir belə? Hələ utanmadan onların bəzilərini danışdırıb, “dominoxananı” və onu tikənləri təriflədirlər də...

İnsanları bu dərəcədə aşağılamaq, onlara “3-ün 5-ə” bir yarıtikiliyə görə minnət qoymaq, sonra da bunu reklam etmək nə şəhər rəhbərliyinə, nə hakim partiyanın şəhər təşkilatına, nə millət vəkilinə, nə də “Qartal”-ın sahibinə yaraşmır. Amma bəlkə də elə yaraşır...

Bu videonu paylaşmağımızın və şərh etməyimizin bir səbəbi də odur ki, qoy Bakıda, YAP və parlament rəhbərliyində də bu eybəcər, əttökən mənzərəni görsünlər. Bəlkə bu cür biabırçılıqlara bir “dur” deyən tapıldı...

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see301

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see122

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri