Icma.az
close
up
RU
Sumqayıtda Çin şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub FOTOLAR

Sumqayıtda Çin şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çin Xalq Respublikasının 12 əyalətini təmsil edən 20 şirkətin nümayəndələrini qəbul edib. Görüşdə əsasən özəl sektora aid investorlar iştirak ediblər.

"Unikal"ın məlumatına görə, qonaqları salamlayan Zakir Fərəcov bildirib ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olaraq geniş iqtisadi potensiala malikdir. Şəhərdə son illər ərzində sənaye müəssisələrinin modernləşdirilməsi, ixracyönümlü məhsullar istehsal edən sənaye parklarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Şəhər rəhbəri həmçinin vurğulayıb ki, Sumqayıt ilə Çinin Sian, Mian və Çun Çin şəhərləri arasında qardaşlıq münasibətləri mövcuddur və bu əlaqələr çərçivəsində sənaye, təhsil və mədəniyyət sahələrində bir sıra birgə layihələr həyata keçirilib.

Çin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Çjenveyi səmimi qəbul üçün təşəkkürünü bildirib və qeyd edib ki, bu səfər investorların Sumqayıtın iqtisadi potensialı ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıyır. O, Çin şirkətlərinin Azərbaycanda, xüsusilə də Sumqayıtda birgə layihələrə maraqlı olduqlarını vurğulayıb.

He Çjenveyi bildirib ki, əməkdaşlıq üçün üç əsas istiqamət ön plana çəkilir. Bunlara Çindən Avropaya Qazaxıstan və Bakı vasitəsilə istifadə olunacaq nəqliyyat və logistika marşrutları, Azərbaycanda günəş və külək layihələrinin inkişafı üzrə bərpa olunan enerji sektoru, eləcə də avtomobil sənayesi, binalar və idarəetmə sistemlərini əhatə edən “ağıllı texnologiyalar”la bağlı intellektual istehsal daxildir.

Qeyd olunub ki, bu əlaqələr yeni investisiyaların cəlb olunmasına təkan verəcək, müəssisələrə yaradılan güzəştli iş şəraiti onları daha da həvəsləndirir. İştirakçı şirkətlərin nümayəndələri də Sumqayıtda fəaliyyətə başlamaqda maraqlı olduqlarını ifadə ediblər. Vurğulanıb ki, yaxın gələcəkdə şəhərdə Çin müəssisələrinin sayı daha da artacaq.

Görüş müzakirə şəraitində keçib, iştirakçılar investisiya imkanları ilə bağlı suallarını ünvanlayıb və onları maraqlandıran məsələlərə ətraflı cavablar verilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri