Sumqayıtda qonşusunu bıçaqlayıb qaçan şəxsə HÖKM OXUNDU
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində kafedə qonşusunu bıçaqlamaqda təqsirləndirilən Tərlan Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Nemətov yeddi il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki "Balıqçı" kafesində baş verib.
Qeyd edək ki, Sumqayıt şəhər sakini T.Nemətov spirtli içki qəbul edib "Balıqçı" kafesinə gəlib və orada yenidən pivə sifariş vermək istəyib. Kafedə ofisiantı axtaran Tərlan orada Sumqayıt sakini Elmar Qədimovla rastlaşıb. Bu vaxt Elmar Tərlanı nalayiq ifadələrlə təhqir edib, kafedən çıxarıb. Nəticədə onlar arasında mübahisə yaranıb və T. Nemətov kafenin həyətində üzərində gəzdirdiyi bıçaqla Elmar Qədimovu bıçaqlayıb. E.Qədimovun xəsarət aldığını görən Tərlan hadisə yerindən qaçıb şəhər ərazisindəki məktəblərdən birinin həyətində gizlənib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən T.Nemətov saxlanılıb.
Baxış sayı:84
Bu xəbər 29 Aprel 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















