Sumqayıtda sakinlərlə növbəti səyyar görüş Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaş müraciətlərinin yerində öyrənilməsi və mövcud məsələlərin operativ həlli məqsədilə şəhərin 18-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər məşğulluq imkanları, sosial təminat, yaşadıqları ərazidə görülən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, məhəllədaxili yolların vəziyyəti və digər sosial-məişət məsələləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.
Şəhər rəhbəri vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.
Qeyd olunub ki, Sumqayıt şəhərində vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciətlərinə həssas yanaşılması və problemlərin yerində öyrənilərək həlli istiqamətində səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 28 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















