Icma.az
close
up
RU
Sumqayıtda ümumi məhsul və xidmətlərin həcmi artıb

Sumqayıtda ümumi məhsul və xidmətlərin həcmi artıb

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin 2024-cü ilin yanvar-sentyabr aylarına aid sosial-iqtisadi göstəriciləri açıqlanıb.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi E.Qocayev “Report” un yerli bürosuna məlumat verib.

Onun sözlərinə görə, cari ilin doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib".

Sözçü qeyd edib ki, sənaye sahəsindəki göstəricilərdə də artım müşahidə olunur. Faktiki qiymətlərlə sənaye məhsulu və xidmətlərin ümumi dəyəri 2 milyard 849 milyon 209 min manat olub və sabit qiymətlərlə 106,8 faiz səviyyəsində artım qeydə alınıb. Bu nəticələr Sumqayıtın sənaye potensialının gücləndiyini və iqtisadiyyatında yeni dəyərlərin yarandığını göstərir.

Şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala qoyulan vəsait də artıb. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Sumqayıt şəhərində müxtəlif maliyyə mənbələrindən 178 milyon 168,3 min manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 142,4 milyon manatı, yəni 79,9 faizi birbaşa tikinti-quraşdırma işlərinə sərf edilib. Bu vəsaitin 53,5 faizi dövlət sektoruna, 46,5 faizi isə qeyri-dövlət sektoruna aid olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri