Sumqayıtda “Vida yeri Lələtəpə” sənədli filminin təqdimatı keçirilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəbrayıl rayonunun Soltanlı kəndindən olan şəhid İlqar Əsgər oğlu Məmmədovun şərəfli döyüş yolundan bəhs edən “Vida yeri-Lələtəpə” adlı sənədli film çəkilib.
525.az xəbər verir ki, sənədli film ilk dəfə Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
Təqdimat məraisimində qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Filmin çəkilməsində təşkilatçılığı şəhid İlqar Məmmədovun döyüş yoldaşı, müharibə veteranı Səkinə Həmidova həyata keçirib, ekran işinin ssenari müəllifi və rejissoru isə uzun illər keçmiş cəbhə bölgəsində çalışmış jurnalist Teymur Zahidoğludur.
Şəhidin bacısı yaradıcı kollektivə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 26 İyun 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















