Sumqayıtda yarımçıq işlər
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıtda mikrorayonlardan birində yarımçıq qalan təmir işləri narazılıq yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayit24.az-a daxil olan məlumata görə, 18-ci mikrorayonda, sakinlərin "18-ci mikrorayon dairəsi" adlandırdığı ərazidə bir neçə gün əvvəl təmir işləri aparılıb. Lakin işlər başa çatdıqdan sonra ərazi təmizlənmədən və əvvəlki vəziyyətinə qaytarılmadan tərk edilib.
Sakinlərin sözlərinə görə, piyada səkisi qazılıb, əraziyə torpaq və tikinti tullantıları səpələnib. Qazılan quyunun üzəri bağlansa da, ətrafın abadlaşdırılması həyata keçirilməyib.
Bu vəziyyət isə həm şəhərin ümumi görünüşünə mənfi təsir göstərir, həm də piyadaların hərəkətində çətinlik yaradır.
Sakinlər aidiyyəti qurumlardan ərazidə işlərin yekunlaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, son vaxtlar şəhərin müxtəlif ərazilərində aparılan təmir və qazıntı işlərindən sonra ərazilərin vaxtında bərpa olunmaması ilə bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur.
Baxış sayı:62
Bu xəbər 15 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















