“Sumqayıt”dan yeni transfer
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Sumqayıt" Basketbol Klubu heyətini gücləndirib. Sport24.az xəbər verir ki, komanda 27 yaşlı amerikalı basketbolçu Teyvion Kirk ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
193 sm boya malik oyunqurucu 2023/24 mövsümündə Azərbaycan çempionatında "Xırdalan"ın formasını geyinib. O, həmin mövsüm orta hesabla 23,9 xal, 7,4 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Kirk daha sonra Şimali Makedoniya çempionatında çıxış edib və orta hesabla 14,2 xal toplayıb.
Amerikalı basketbolçu müxtəlif vaxtlarda NBA G Liqasında "Portlend", "Denver", "Sakramento", "Toronto" və "Finiks"in farm komandalarında da oynayıb.
Baxış sayı:90
Bu xəbər 25 Sentyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















