“Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Sumqayıt” komandası “Naxçıvan”la matçda əvəzetməsiz oynadığı üçün məğlub olub.
İdman.Biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının VII turunda "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Oyunun əvvəlində rəqibin daha çox xal atmasına imkan verdik. Sonradan hesabda onlara çata bildik. 3-cü periodda eyni hal yenə təkrarlandı, “Naxçıvan” yenə də “üçlük”lərlə fərqi artırdı. Mən foul limiti probleminə görə fərdi müdafiəyə keçmirəm, hər halda cəmi 3 amerikalı ilə bunu edə bilmərəm. Biri kənarlaşsa, işimiz çətin olacaq. Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi”.
Qeyd edək ki, “Sumqayıt” – “Naxçıvan” qarşılaşması ikincilərin 116:99 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Noyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















