Icma.az
close
up
RU
Sumqayıtın beynəlxalq olimpiadada qızıl medal qazanan qardaşları: İSAYEV QARDAŞLARI İLƏ SÖHBƏT

Sumqayıtın beynəlxalq olimpiadada qızıl medal qazanan qardaşları: İSAYEV QARDAŞLARI İLƏ SÖHBƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər il Sumqayıt təhsilinin yetişdirdiyi istedadlı şagirdlərin beynəlxalq və respublika əhəmiyyətli yarış və müsabiqələrdə qazandıqları uğurlarla, əldə etdikləri nailiyyətlərlə yadda qalır. 

Sumqayıtın xüsusi bilik və bacarıqlara, istedada, olimpiada nailiyyətlərinə görə fərqlənən şagirdlərindən İsayev qardaşlarını nümunə göstərə bilərik.  Belə ki, şəhərin Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Mehman İsayev Kings Beynəlxalq Olimpiadasında ingilis dili üzrə birinci yerə layiq görülərək qızıl medal qazanıb. Onun qardaşı 7-ci sinif şagirdi Elman İsayev isə Beynəlxalq Kings Olimpiadasında riyaziyyat fənni üzrə qızıl medala layiq görülüb. İsayev qardaşları eyni zamanda, peşəkar idman növü ilə də məşğuldurlar. Onlar idman sahəsində də diplom və medallarla təltif ediliblər. 

Hurriyyet.Az-ın məlumatına görə, Xeberle.com-un əməkdaşı İsayevlər ailəsində qonaq olub. Sumqayıtın təhsil həyatında xüsusi uğurları ilə fərqlənən Mehman və Elman İsayevlərlə həmsöhbət olub:

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

(Mehman) Belə uğurlar mənə motivasiya mənbəyi olur, dərslərə marağımı bir az da artırır.

(Elman) Beynəlxalq olimpiadada iştirak məndə özümə inam hissi yaradır.

- Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirdiniz?

(Mehman) Olimpiadaya hazırlıq elə 9-cu siniflərin buraxılış imtahanlarına hazırlıqla paralel olub. Dərslərə daha çox vaxy ayırmaq mütlədir.

(Elman) Olimpiadaya xüsusi hazırlamamışdım. Gündəlik keçilən mövzuları evdə anamla bərabər təkrar etməyim kifayət etdi.

- Bu uğurlarınızla bağlı Təhsil Nazirliyi tərəfindən sizə dəstək gəldimi?

(Mehman) Xeyr, bu, beynəlxalq olimpiadadır, şəxsi vəsaitimiz hesabına qatılmışıq. Bizə belə şərait yaratdıqları üçün valideynlərimizə təşəkkür edirik.

(Elman) Xeyr, heç bir dəstək gəlməyib.

- Müxtəlif ölkələrin təmsilçiləri və təhsil sistemlərinin mübarizəsində bəyəndiyiniz hansı sistem var ki, onun ölkəmizdə tətbiqini istərdiniz?

(Mehman) Məktəblərimizin daha çox akademik bilik deyil, həyat, gələcək yönümlü bacarıq və  vərdişlər verməsini istərdim.

(Elman) Bəzən düşünürəm ki, ev tapşırıqlarının az olması lazımdır. Bunun dəyişməsini istərdim.

- Olimpiada qalibi kimi uğurlarınızın sirrini necə izah edərdiniz?

(Mehman) Olimpiada qalibi olmağın sirri zəhmətdir. Əziyyət varsa, nəticə də var.

(Elman) Məsuliyyət və disiplin. Mən ev işlerini yerinə yetirməmiş digər fəaliyyətlərimlə məşğul olmuram.

- Uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

(Mehman) Müəllimlərimin rolu danılmazdır. Buradan hər birinə təşəkkür edirəm.

(Elman) Uğurlarımda müəllimlərimin rolu çox böyükdür. Mən əlavə hazırlığa getmirəm. Ona görə də müəllimlərimə təşəkkür edirəm.

- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? Bu sahədə təcrübə və biliklərinizi bölüşürsünüzmü?

(Mehman) Məncə, ibtidai sinfdən yaxşı oxuyaraq, 5-6-cı siniflərdən başlamaq olar.

(Elman) Məktəbə ilk gəldiyimiz gündən məsuliyyətli olsaq, istənilən uğuru əldə edərik.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Gələcəkdə özünüzü harada görürsünüz?

(Mehman) Gələcəkdə özümü peşəkar pilot olaraq görürəm. Məqsədim MAA-nin "Uçuş mühəndisliyi"ixtisasına qəbul olmaqdır. Bunun üçün dərslərimi yaxşı oxuyuram. Bundan əlavə boş vaxtlarımda idmanla məşğul oluram. Beş ildir ki, peşəkar şəkildə şotokan karate-do ilə məşğulam. Müəllimim Rafael Məmmədovun sayəsində son qəhvəyi kəmər sahibi, qara kəmər namizədiyəm. Düşünürəm ki, savad və sağlamlıq ikisi bir arada gözəldir.

(Elman) Mən gələcəkdə özümü araşdırmaçı (tədqiqatçı) və ya idmançı kimi görürəm. İki idman növü ilə məşğulam. May ayının 10-da Ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş seminarda 4 illik zəhmətimin nəticəsi olan Beynəlxalq dərəcəli Qara Kəmər 1-Dan mənə təqdim olundu. Bu beynəlxalq pasport və diplom Yaponiyadan gəlib və dünyada tanınır. Bundan başqaiki ildir ki, Sumqayıt futbol klubunda müdafiəçi olaraq oynayıram. Məncə, hər bir şagird həm savadlı, həm  sağlam olmalıdır.

- Sumqayıtda hansı yenilikləri görmək istərdiniz?

(Mehman) Mütaliə etməyi çox sevirəm. Ona görə istəyərdim ki, şəhərimizdə zəngin və müasir standartlara cavab verən kitab evləri olsun.

(Elman) Sumqayıtı çox sevirəm. Bu şəhərdə baş verən hər yenilik məni sevindirir.

- Sumqayıt təhsil haqqında fikirlərinizi bölmək istərdik.

(Mehman) Sumqayıt təhsili həmişə ön sıralarda olub. Arzu edirəm ki, həmişə də belə olsun. Sumqayıt təhsilində əziyyəti olan hər kəsə, hər müəllimə başda anam və müəllimlərim  olmaqla təşəkkür edirəm. 

(Elman) Sumqayıt məktəbləri həmişə öndə olub. Bu, zəhmətkeş müəllimlərin uğurudur. Hamıya dərslərində uğurlar arzulayıram.

- Hər ikinizə bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

Siz də sağ olun

Söhbətləşdi:  Elşən Yəhyayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri