Icma.az
close
up
RU
Sumqayıtın kapitanı: Özümü millidə oynamağa layiq bilmirəm MÜSAHİBƏ İdman və Biz

Sumqayıtın kapitanı: Özümü millidə oynamağa layiq bilmirəm MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev Sportal.az saytına müsahibəsi

- Geridə qalan həftədə "Sumqayıt" "Sabah" üzərində qələbə qazanmağı bacardı. Həmin oyunu necə şərh edərdin? Son dəqiqələrə qədər qələbə qazanacağınıza yəqin ki, inanırdın?

- Rəqibi yaxşı bilirdik, yaxşı tanıyırdıq. "Sabah" keyfiyyətli komandadı. Matça da ona görə hazırlaşmışdıq. Evdə azarkeşlərimizi sevindirmək istəyirdik. Şükürlər olsun ki, son dəqiqəyə kimi mübarizə apardıq və əlavə dəqiqələrdə qol vurub, qələbə qazandıq. Bəli, komanda olaraq qələbəyə inanırdıq.

- Hazırda komanda altıncı pillədə qərarlaşıb. Bu məqam sizi qane edir, yoxsa məqsəd daha yuxarı pillələrdir?

- Hələ qarşıda oyunlar çoxdur. İndiki durumda bizi nəyin qane edib-etməyəcəyini deyə bilmirəm. Çalışacağıq ki, addım-addım yuxarı pillələrə yüksələk. Bunun üçün də mübarizə aparacağıq.

- Samir Abasovun gedişi və Vaqif Cavadovun gəlişi komandada çox şey dəyişib? Cavadov nəyi dəyişə bilib?
- Hər məşqçinin öz fəlsəfəsi var. Nəyin dəyişib, nəyin dəyişmədiyini mən deyə bilmərəm. Biz məşqçilərin bizə verdiyi tapşırıqlarıbı yerinə yetirməyə çalışırıq.

- Vaqif Cavadovun oyun fəlsəfəsi, tələbləri Abasovdan daha çox fərqlənir?
- Yuxarıda dediyim kimi, hər məşqçinin öz fəlsəfəsi var. Çalışırıq ki, bizə deyilənləri meydanda yerinə yetirək. Onları nə dərəcədə düzgün edib-etmədiyimizi yenə məşqçi bizə deyir.

- Növbəti turdakı rəqibiniz "Araz-Naxçıvan" klubudur. Bu mövsüm rəqibiniz çox iddialı görünür. Necə düşünürsən, onları məğlub etmək mümkün olacaq?

- "Araz-Naxçıvan" bu sezon çox yaxşı təsir bağışlıyır. Səhv etmirəmsə 10 turdur ki, məğlub olmayıblar. Ciddi rəqibdir, ona görə hazırlaşacağıq. Bu oyundan sonra milli fasilə var. Həmin fasiləyə yaxşı nəticə ilə yollanmaq istəyirik. Ümid edirəm ki, komanda olaraq bu oyunda da yaxşı nəticə üçün mübarizə aparacağıq. Komandamıza çox inanıram.

- 2019-cu ildən "Sumqayıt"da oynayırsan. Maraqlıdır, heç komandanı tərk etmək imkanın olmayıb?Yoxsa, karyeranı elə bu klubda başa vurmaq niyyətindəsən?

- Karyeramla bağlı hələ ki, qəti qərar verməmişəm. Neçə ildir ki, artıq komandadayam. Burada çox yaxşı günlərim keçib. "Sumqayıt" qalıb- qalmamağım əsasən rəhbərlik və məşqçilər heyətindən aslıdır. Ötən sezonun ortalarında komandanı tərk etmək imkanı olmuşdu. Qazaxıstan klubu mənim üçün təklif göndərmişdi. Özü də, "Sumqayıt"a. Amma mən burada qalmaq istədim, məsləhət bildim ki, "Sumqayıt"da qalım.

- "Sumqayıt"da kapitan sarğısını daşıyırsan, daimi oynayırsan, amma milliyə heç dəvət edilmirsən...

- Millidə oynamaq, milliyə dəvət almaq hər bir futbolçu üçün şərəfdir. Mənə qaldıqda, nə yalan deyim millidən dəvət gələcəyini düşünmürəm. Çünki özümü ona hazır hiss etmirəm. Özümü millidə oynamağa layiq bilmirəm!

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri