Sumqyata belə dayanacaq yaraşarmı, ayıb deyil?! Dərə sakinləri şikayətlənir + FOTOLAR
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıtın “Qurd dərəsi” deyilən yaşayış massivinin həllolunmaz problemləri yerli sakinləri artıq təngə gətirib.
Massivdəki çoxsaylı problemlər barədə zaman-zaman Mia.az-a şikayət məktub ünvanlayan yerli sakinlər bu dəfə dayanacaqlarının bərbadlığına diqqət çəkiblər.
Yerli sakinlər yazır ki, 10 mindən çox insanın yaşadığı yaşayış massivindəki dayancaqlara heç üçüncü dünya ölkələrində belə rast gəlmək mümkün deyil: "Sizə dayanacaqların bəzilərinin fotolarını göndəririk. Xahiş edirik, baxın, yayın bu fotoları da. Bəlkə ictimailəşdikdən sonra yerli məmurlar utana, bir tədbir görərlər. Əslində, ölkənin üçüncü böyük şəhəri sayılsa da, fakt budur ki, sürətlə artan əhali və inkişaf edən sənayesi ilə ikinci şəhər statusunda olan Sumqyata belə dayanacaq yaraşarmı? Ayıb deyil?!
Diqqət edin bu şəkillərə, burada yol və nəqliyyat problemini də görmək o qədər çətindir ki?"
Sakinlər sonda aidiyyatı dövlət qurumlarından kömək istəyiblər.
Hüseyn Namazov
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 09 Dekabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















