Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? SN mütəxəssisindən vacib açıqlamalar

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? SN mütəxəssisindən vacib açıqlamalar

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Sümük iliyi transplantasiyası talassemiya, leykoz, aplastik anemiya, limfoma, çoxsaylı miyeloma və digər ağır qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün həyati əhəmiyyət daşıyan müalicə üsullarından biridir. Bu müalicənin uğurunda uyğun donorun tapılması mühüm rol oynayır. Sümük iliyi donorluğu ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər, xüsusilə də donorun sağlamlığına zərər vurması ilə bağlı narahatlıqlar mövcuddur. Bəs sümük iliyi donorluğu necə həyata keçirilir, donor üçün hansı risklər var, kimlər donor ola bilər və transplantasiyada HLA uyğunluğu nə üçün vacibdir?

Bakıvaxtı.az xəbər verir ki,  bu və digər sualları Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva cavablandırıb.

- Sümük iliyi donorluğu necə həyata keçirilir və bu prosesdə hansı məqamlara diqqət edilməlidir?

- Sümük iliyi donorluğu donorun sağlamlığına zərər verməyəcək şəkildə müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Uyğun donordan sümük iliyi cərrahi yolla, bəzi hallarda isə periferik qandan hematopoetik kök hüceyrələrin xüsusi aparat vasitəsilə toplanması həyata keçirilir. Donorluq könüllülük prinsipi əsasında icra olunur.
Talassemiya, leykoz, aplastik anemiya və digər xəstəliklər diaqnozu qoyulmuş pasiyentlər üçün HLA-uyğun ailədaxili və ya qeyri-qohum donorun axtarışı mümkün qədər erkən, müalicənin ilk mərhələlərindən təşkil edilməlidir.
Pasiyent transplantasiyaya hazırlıq mərhələsinə başladıqdan, xüsusilə transplantasiyadan təxminən 7–10 gün əvvəl donorun donorluqdan imtina etməsi yolverilməzdir. Çünki bu mərhələdə donorun imtinası pasiyentin həyatı üçün ciddi təhlükə yarada bilər. Buna görə də donor olmaq qərarı əvvəlcədən, bütün məsuliyyətlər nəzərə alınmaqla və düşünülərək verilməlidir.
Donorluqdan sonra yüngül halsızlıq və iynənin daxil edildiyi nahiyədə – qalça sümüyünün darağında – ağrı hissi yarana bilər. Lakin bu hallar, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır.

- Sümük iliyi köçürülməsi hansı xəstəliklərin müalicəsində istifadə olunur və kimlərə lazımdır?

- Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur. Talassemiya, leykoz, aplastik anemiya, limfoma və çoxsaylı miyeloma kimi xəstəlikləri buna nümunə göstərmək olar.
Transplantasiya adətən sümük iliyinin və hematopoetik sistemin xəstəlik nəticəsində zədələndiyi və ya kök hüceyrələrin genetik olaraq sağlam olmadığı hallarda mühüm müalicə üsuludur. Sümük iliyindən və ya periferik qandan əldə edilən hematopoetik kök hüceyrələrin transplantasiyası xəstə və ya genetik zədələnmiş hüceyrələrin sağlam kök hüceyrələrlə əvəz olunmasına imkan verir. Bu üsul bir sıra ağır qan xəstəlikləri zamanı həyat qurtaran müalicə vasitəsi ola bilər.

- Sümük iliyindən başqa donorluğun hansı növləri var və onlar insan həyatı nə üçün vacibdir?

- Qan, orqan və toxuma donorluğunun hər biri tibbi baxımdan böyük əhəmiyyət daşıyır və bir çox hallarda insan həyatının xilas edilməsinə imkan verir.

Qan donorluğu talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər, qəza nəticəsində ciddi qan itkisi yaşayan şəxslər, eləcə də müxtəlif cərrahi əməliyyatlar keçirən xəstələr üçün vacibdir.

Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqanların donorluğu orqan çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsində mühüm rol oynayır. Buynuz qişa, sümük və dəri kimi toxumaların donorluğu isə yanıqlar, xəsarətlər və digər xəstəliklər nəticəsində zədələnmiş funksiyaların bərpasına kömək edə bilər.


– Sümük iliyi bağışlamaq donor üçün təhlükəlidirmi və bu prosedur necə həyata keçirilir?

– Donorun sümük iliyi bağışladıqdan sonra sağlamlığına ciddi zərər dəyəcəyinə dair cəmiyyətdə yanlış fikirlər mövcuddur. Məhz bu kimi yanlış təsəvvürlər bəzi insanların donor olmaqdan çəkinməsinə səbəb olur.

Sümük iliyi donorluğu donorun təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir. Donorlar prosedurdan əvvəl və sonra xüsusi tibbi müayinələrdən keçirilirlər. Sümük iliyi və ya periferik hematopoetik kök hüceyrələrin toplanmasından əvvəl donorun ümumi sağlamlıq vəziyyəti, qan göstəriciləri və digər tibbi parametrləri ətraflı qiymətləndirilir.

Sümük iliyinin toplanması əməliyyat otağında, xüsusi iynələr vasitəsilə qalça sümüyündən həyata keçirilir. Prosedur ümumi anesteziya altında aparıldığı üçün donor əməliyyat zamanı ağrı hiss etmir. Toplanan sümük iliyi isə qısa müddət ərzində bərpa olunur.

Sümük iliyi donoru olmaq üçün yaşla bağlı meyarlar da nəzərə alınır. Məsələn, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tətbiq etdiyi yanaşmaya əsasən, 2 yaşdan kiçik və 60 yaşdan yuxarı şəxslər sümük iliyi donoru kimi uyğun hesab edilmir.

- Sümük iliyi donoru olmaq üçün əsas şərtlər və tələblər hansılardır?

- Sümük iliyi donoru, bir qayda olaraq, sağlam və donorluğa tibbi əks-göstərişi olmayan şəxs olmalıdır. Donorun uyğunluğu yalnız yaş və ümumi sağlamlıq vəziyyəti ilə məhdudlaşmır. Transplantasiyanın uğuru baxımından donorla pasiyent arasında genetik uyğunluq, xüsusilə İnsan Leykosit Antigenləri – HLA uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Uyğun donor müəyyən edilərkən donor və alıcının HLA göstəriciləri xüsusi müayinələrlə müqayisə edilir. Uyğun donor aşkar edilsə belə, onun sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilir və müəyyən tibbi məhdudiyyətlər donorluğa mane ola bilər.
Bir sıra ölkələrdə xüsusilə gənc donorların seçilməsinə üstünlük verilir. Bunun əsas səbəbi gənc donorların kök hüceyrələrinin pasiyent üçün daha əlverişli və uzunmüddətli nəticələrlə əlaqələndirilməsidir.
Sümük iliyi transplantasiyasında qan qrupunun uyğunluğu isə əsas şərt deyil. Yəni A, B, AB və O qan qruplarının eyni olması mütləq tələb olunmur. Əsas məsələlərdən biri HLA uyğunluğudur. Bundan əlavə, alıcının qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün xüsusi uyğunluq, o cümlədən çarpaz uyğunluq testləri aparıla bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri