Icma.az
close
up
RU
Sümük kütləsinin azalması OSTEOPOROZ. Səbəblər, simptomlar, müalicə

Sümük kütləsinin azalması OSTEOPOROZ. Səbəblər, simptomlar, müalicə

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ÜST-ün məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Osteoporoz sümüklərdə əriməyi və daha doğrusu, sümük toxumasının sıxlığının azalmasını göstərir.

Osteoporoz sümüklərin "kütləsinin azalması" deməkdir – “osteo” (sümük) və “poroz” (dəlikli) sözlərinin birləşməsindən ibarətdir.

Osteoporozun əsasən 2 növü var:

- Standart - menopauza zamanı yaranan (estrogen azalması ilə bağlıdır).

- Senil osteoporoz- əsasən 75 yaşdan sonra başlayır. İnsan qaçanda, gəzəndə, tullananda sümüyün daxilində təzyiq artır və osteoblastların aktivliyi artır. Bu zaman sümüyün sıxlığı, möhkəmliyi artır. İnsan  yaşlaşdıqca fiziki aktivliyini azaldır ki, nəticədə osteoblastlar aktivləşmir və sümük sıxlığı azalır. Bu isə  osteoporozun inkişafına səbəb olur.

Eyni zamanda oturaq iş də yaşlılarda olduğu kimi osteoporoz əmələ gətirir. Bu zaman sümüklər təzyiq hiss etmir və osteoblastlar aktivləşmir.

Osteoporoz xüsusən kalsiumun sümükdən çıxarıldığı zaman meydana gəlir. Sümük sıxlığı azaldıqca sümük kövrəkliyi də artır.

Beləliklə, osteoporozun yaranmasında müxtəlif səbəblərdən kalsium mübadiləsinin balansının pozulması mühüm rol oynayır. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca “tikinti materialı” hesab olunur. Kalsium həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır. Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur.

Bu xəstəliyin kimdə olacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ancaq xəstəliyin inkişaf riski aşağıdakı hallarda artır.

- 45-dən aşağı yaşda təbii və ya cərrahi menopauza (yumurtalıqların çıxarılması nəticəsində)

- Qadın cinsi (Osteoporoz 50 yaşdan yuxarı qadınların orqanizmində gedən hormonal yenidənqurma ilə bağlı olaraq daha tez-tez inkişaf edir.)

- Qocalıq

- Ailədə osteoporotik sınıqların olması (xüsusilə anada bud sınığı)

- Revmatoid artrit və ya astmanın olması

- Osteoporozu sürətləndirən dərmanların qəbulu (kortizon, epilepsiya dərmanları, heparin və s.)

- Qidalanmada kalsiumun defisiti və D vitamini çatışmazlığı

- Kalsium mübadiləsinin pozulması asidozla da sıx bağlıdır. Turş mühit kalsium ilə zəngin möhkəm toxumanı parçalayır. Asidoz əsasən qidalanma ilə əlaqədardır. Belə ki, qidamızın 80% -i metabolik prosesdə turşu əmələ gətirir: ət, ağ un məmulatı, şirniyyatlar və s. Qələviliyi artıran qidalar qidamızın 20%-ni təşkil edir: meyvə-tərəvəz, göyərti və s. Bu cür qidalanma asidoza səbəb olur.

- Yaşlandıqca böyrəklərin, qaraciyərin funksiyası zəifləyir, buna görə də turş məhsulların toxumalarda toplanması baş verir. Bu zaman toxumadakı turşuluğun neytrallaşması üçün kalsium sümükdən qana keçir.   

- Siqaret, alkoqol

- Daimi idman vərdişlərinin olmaması

- Kişilərdə testosteron səviyyəsinin aşağı olması. (Baxmayaraq ki, osteoporoz qadınların problemi hesab olunur yaşı 65-dən yuxarı olan  kişilərin 15%- də də bu problemə rast gəlinir.)

- Uzunmüddətli yataq rejimi

- Xroniki böyrək çatışmazlığı

- Malabsorbsiyaya səbəb olan mədə-bağırsaq sistemi problemləri

- Qalxanabənzər vəzin problemi

- Hiperparatiroidizm (paratiroid hormonunun həddindən artıq ifraz olunması) və s.

Osteoporoz zamanı hansı simptomlar olur?

Əslində, osteoporozun başlanğıcında xəstədə heç bir şikayət olmur. Ancaq xəstəlik irəlilədikcə sümük toxumasının sıxlığı azaldıqca sümüklərdə yayılmış ağrılar yaranır.

Sonrakı mərhələlərdə osteoporozun ağırlaşması baş qaldırır - bu sınıqlardır. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir.

50 yaşdan yuxarı hər 8 nəfərdən 1-də osteoporoz səbəbi ilə yaranan onurğa sınıqları inkişaf edir və bu nisbət yaş artdıqca artır. Qalça sınığına 70 yaşdan yuxarı hər 3 qadından və 9 kişidən 1-də rast gəlinir. 

Osteoporozda bud başının sınığı çox tez-tez baş verir. Budun başı qırıldıqda cətin sağalır. Cərrahi əməliyyat tələb edir. Bundan sonra trombemboliya riski artır. Əməliyyat edilmədikdə isə çox vaxt pasient yataqda qalır: bu isə qəbizlik, yataq yarası, aspirasion pnevmoniya və daha ağır nəticələrə səbəb olur.

Osteoporotik sınıqlar kimi təyin olunan digər sınıqlar bilək, bel və oma sınıqlarıdır. Sınıqlar insanın fiziki, psixoloji və sosial vəziyyətinə və sağlamlığı ilə əlaqəli həyat keyfiyyətinə mənfi təsir göstərir.

Osteoporozda sümük sıxlığı necə ölçülür?

Sümüyün mineral sıxlığını qiymətləndirmək üçün sümük densitometriyası aparılır. Bu ölçmələrdə sümük itkisi varsa, sümük itkisinin qarşısını alan müalicə tətbiq olunmalıdır.

Osteoporozun müalicəsi

Osteoporozun inkişaf etdiyi hallarda erkən başlanan müalicə  effektiv olur.

Osteoporoz müalicə oluna bilən bir xəstəlikdir. Osteoporoz müalicəsinin ən vacib məqsədi sınıqları azaltmaqdır.

Dərman müalicəsi seçimində xəstənin yaşı, yanaşı xəstəlikləri, sınıqların olması  kimi xüsusiyyətlər nəzərə alınmalıdır.

Müalicədə bifosfonatlar, kalsium və D vitamini, kalsitonin və s.istifadə olunur. Dərman müalicəsindən başqa aşağıdakılara nəzarət edilir:

- Düzgün qidalanma

- Sümük sağlamlığına mənfi təsir edə biləcək qidalar, vərdişlər və dərmanlardan uzaq olmaq

- Fiziki fəaliyyətə dəstək olmaq (yaşa uyğun olaraq)

- Yıxılmanın qarşısını almaq

Yıxılmamaq üçün...

Yaşlandıqca yıxılmaq və çanağı qırmaq riskini artıran bir sıra dəyişikliklərə rast gəlinir. Bunlara əzələ zəifliyi, görmə qabiliyyəti və başgicəllənmə səbəb ola bilər.

Osteoporoz nəticəsində incəlmiş sümük bir az gərginlik nəticəsində də qırıla bilər. Buna görə yıxılma riskini azaltmaq dərman qədər vacibdir. Yıxılmadan qorunmaq üçün tövsiyələr:

- Əzələ gücünüzü artıran məşqlər etmək

- Sürüşməyən, alçaq dabanlı ayaqqabı geyinmək

- Mütəmadi göz müayinələri, ehtiyac olarsa eynək taxmaqla görmə qabiliyyətini yaxşılaşdırmaq

- Başgicəlləməsini aradan qaldırmaq və s.

Yıxılma riskini azaltmaq üçün evdə də bir çox tədbirlər görməyiniz lazımdır: xüsusən işıqlandırmanın normal olması və sərbəst hərəkətiniz üçün maneənin olmaması (məsələn, kiçik sürüşən xalça, kabel və s.)

Osteoporozun profilaktikası

Bütün xəstəliklərdə olduğu kimi osteoporozda da xəstəliyin qarşısının alınmasında profilaktika əsas məqsəd olmalıdır.

Sonrakı həyatınızdakı itkini minimuma endirmək üçün 35 yaşa qədər mümkün qədər ən yüksək sümük kütləsinə sahib ola biləcək tədbirlər görülməlidir. Kifayət qədər güclü bir sümük kütləsi varsa, irəli yaşlarda itkini az problemlə aradan qaldıra bilərik.

Sümük kütləsi genetik amillərdən asılı olaraq dəyişə bilsə də, həyat tərzimizi ağıllı bir şəkildə tənzimləməklə:

- Düzgün qidalanma

- Fiziki aktivlik

- Günəş vannaları

- Xroniki xəstəliklərin müalicəsi

- Kalsium qəbulu, təbii qida vasitəsilə (məs. süd məhsulları, küncüt, badam, fındıq, balıq, ispanaq,kələm və s. kalsiumla zəngindir) və ya tablet şəklində. Nəzərə almaq lazımdır ki, kalsiumun tək çatışmazlığı deyil, artıqlığı da orqanizmdə patoloji dəyişikliyə gətirir: hüceyrələrin fizioloji aktivliyini zəiflədir, sinir sisteminin oyanıqlığını azaldır, iştahanın azalmasına, qəbizliyə, ürəkdə dəyişikliyə, sidik daşı xəstəliyinin yaranmasına səbəb olur. Məhz bu səbəbdən kalsium əlavələrinin nəzarətsiz qəbulu məqsədəuyğun deyil. Özünü müalicə ilə məşğul olmayın!

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri