Icma.az
close
up
RU
Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır

Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib.

Adalet.az xəbər verir ki, Osteoporozun yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini – baş həhim Nizami Məmmədov aydınlıq gətirir.

– Nizami müəllim, ilk öncə bilmək istərdik ki, osteoporoz nədir?

– Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik xəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərin miqdarı azalır, həm də onun mikroarxitekturası pozulur. Nəticədə, sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq baş verə bilir. ÜST-nin tərifinə görə, osteoporoz sistemli sümük xəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travma olmadan baş verən sınıqlardır.
Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptom verməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gec mərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də, osteoporoz tez-tez “səssiz epidemiya” adlandırılır.

– Doktor, bu xəstəlik kimlərdə daha çox rast gəlir?

– Osteoporoz qadınlarda, xüsusən də menopauza sonrası dövrdə daha çox müşahidə olunur. Qadınlarda hormonal səbəblər ön planda olsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi faktorları əsas rol oynayır.
Bundan əlavə, uzun müddət yataq rejimində qalan xəstələr, qidalanma pozğunluğu olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər də yüksək risk qrupuna daxildir.

– Osteoporozun yaranma səbəbləri nələrdir?

– Xəstəliyin yaranması çoxfaktorlu prosesdir. Onun birinci səbəbi insanın yaşlanmasıdır. İnsan təbii olaraq 30–35 yaşında sümük kütləsinin ən yüksək səviyyəsinə çatır və bundan sonra yavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda menopauza sonrası dövrdə estrogen hormonunun kəskin azalması sümük itkisini sürətləndirir.
Genetik amillər də əhəmiyyətlidir. Birinci dərəcəli qohumlarda osteoporoz və ya bud boynu sınıqları müşahidə olunubsa, bu, riskin yüksək olduğunu göstərir. Qidalanma da mühüm rol oynayır.
Orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə, sümük toxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, yəni fiziki aktivliyin az olması sümük toxumasının stimullaşdırılmamasına gətirib çıxarır və nəticədə sümük kütləsi daha tez itirilir. Siqaret, alkoqol və uzun müddət kortikosteroid qəbulu da sümük metabolizmini pozur.
Bütün bu amillər birləşərək osteoporozun yaranmasına zəmin yaradır.

– Xəstəliyin klinik əlamətləri nələrdir?

– Osteoporozun ən təhlükəli xüsusiyyəti uzun müddət gizli qalmasıdır. İnsan illərlə sümük itkisi yaşasa da, bunu hiss etmir. Yalnız sümük kütləsinin xeyli azalmasından sonra klinik əlamətlər meydana çıxır. Bel və kürək nahiyəsində xroniki, sönük ağrılar, boyun getdikcə qısalması və qamburluq bu əlamətlərdəndir.
Ən diqqətçəkən klinik nəticə isə yüngül yıxılmadan sonra baş verən sınıqlardır. Xüsusən bud boynu sınıqları, fəqərə sınıqları və bilək sınıqları osteoporozun tipik göstəricisidir. Bu sınıqlar insanın həyat keyfiyyətini ciddi şəkildə azaldır və bəzən ömür uzunluğunu da qısaldır.

– Osteoporoz necə diaqnostika olunur?

– Diaqnostikanın əsas üsulu sümük mineral sıxlığının ölçülməsidir. Bunun üçün istifadə olunan densitometriya (DEXA) metodu “qızıl standart” sayılır. “T-score” –2.5 və daha aşağı olduqda, osteoporoz diaqnozu qoyulur.
Rentgenoqrafiya yalnız gec mərhələdə sümük nazilməsini göstərir, lakin erkən mərhələlərdə kifayət qədər informativ deyil. Biokimyəvi analizlərdə kalsium, fosfor, D vitamini, paratiroid hormonu kimi göstəricilər qiymətləndirilir.
Bundan əlavə, xəstənin anamnezi, ailə tarixi və həyat tərzi amilləri də diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır.

– Osteoporoz hansı ağır nəticələrə səbəb ola bilər?

– Bu xəstəliyin ən ciddi nəticəsi sınıqlardır. Bud boynu sınıqları xəstələrin böyük bir hissəsində hərəkət məhdudiyyəti və yataq asılılığı ilə müşahidə olunur. Fəqərə sınıqları isə qamburluğa, belin formalaşmasında pozulmaya, boyun qısalmasına və daimi ağrılara səbəb olur. Həmçinin, osteoporozlu xəstələrdə hər bir yıxılma yeni sınıq riski deməkdir və bu, onların gündəlik həyatını qorxulu və məhdudlaşdırıcı hala gətirir.

– Osteoporozun müalicəsində hansı üsullar tətbiq olunur?

– Müalicə kompleks yanaşma tələb edir. Birinci mərhələdə həyat tərzinin dəyişdirilməsi vacibdir. Xəstə kalsium və D vitamini ilə zəngin pəhrizə üstünlük verməli, günəş işığından kifayət qədər faydalanmalı, fiziki aktivliyini artırmalı, siqaret və alkoqoldan uzaq durmalıdır.
Dərman müalicəsində sümük rezorbsiyasını azaldan preparatlar istifadə olunur. Menopauzadan sonrakı qadınlarda hormon əvəzedici müalicə seçilmiş hallarda tətbiq edilir.
Müalicə ilə yanaşı, fizioterapiya və reabilitasiya proqramları da mühüm rol oynayır. Əzələlərin gücləndirilməsi və yıxılma riskinin azaldılması məqsədi ilə xüsusi məşqlər aparılır.

– Osteoporozun profilaktikası mümkündürmü?

– Profilaktika bu xəstəliyin qarşısını almağın ən effektiv yoludur. Əslində sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır. Bu dövrdə sümük kütləsinin maksimum səviyyəyə çatdırılması gələcəkdə osteoporoz riskini azaldır. Qidalanmada süd məhsullarına, balıq və yaşıl tərəvəzlərə üstünlük vermək, aktiv həyat tərzi sürmək əsas şərtlərdir.
Orta və yaşlı dövrdə isə əlavə tədbirlər görülməlidir. Bunlara mütəmadi densitometriya müayinəsi, həkim nəzarəti altında kalsium və D vitamini qəbulu, zərərli vərdişlərdən imtina daxildir. Profilaktik tədbirlər sümüklərin möhkəm qalmasına və gələcəkdə sınıqların qarşısının alınmasına imkan yaradır.

– Osteoporozlu xəstələr gündəlik həyatlarında nəyə diqqət etməlidir?

– Belə xəstələr ev şəraitində yıxılma riskini azaltmaq üçün ətraf mühiti təhlükəsiz etməlidir. Sürüşkən xalçalar, sərbəst naqillər yığışdırılmalı, pilləkənlərdə və vanna otağında tutacaqlar quraşdırılmalıdır. Hər gün orta intensivlikdə gəzinti və sadə idman hərəkətləri əzələləri möhkəmləndirir və sümüyün gücünü qoruyur.
Qidalanmada kalsiumla zəngin məhsullar əsas yer tutmalıdır. Günəş işığından faydalanmaq orqanizmin təbii D vitamini sintezini artırır. Həkimin yazdığı dərmanlar vaxtında qəbul olunmalı və müalicə heç vaxt yarımçıq saxlanmamalıdır. Belə qaydalar gündəlik həyata tətbiq edildikdə, xəstələrdə sınıq riski əhəmiyyətli dərəcədə azalır və həyat keyfiyyəti yaxşı qalır.
Erkən diaqnostika, vaxtında müalicə və profilaktika tədbirləri həyat keyfiyyətinin qorunmasında əsas rol oynayır.
Hər bir insan sümük sağlamlığına diqqət yetirməli, xüsusən də risk qrupunda olan şəxslər mütəmadi olaraq müayinədən keçməlidir. Osteoporozla mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri