Icma.az
close
up
RU
Süni intellekt: Azərbaycanda kimləri işsiz qoyub?

Süni intellekt: Azərbaycanda kimləri işsiz qoyub?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar aktual olan mövzulardan biri də süni intellektin tətbiqi nəticəsində yaranacaq işsizlik problemidir.

Bugünlərdə İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı hökuməti süni intellektin yaradacağı ixtisarlara hazır olmağa çağırıb.

Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir edəcək.

Bu təsiri azaltmaq və texnoloji dəyişikliklərə hazırlıq məqsədilə ölkənin regionları üzrə əmək bazarının öyrənilməsi və işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planı hazırlanmalıdır.

Qeyd edək ki, süni intellekt işçilərin ixtisarına səbəb olmağa başlayıb, artıq robotlar və ənənəvi süni intellktin tətbiqi səbəbindən dünyada 100 minlərlə şəxs ixtisar edilməkdədir.

Ombudsman bu məsələyə də toxunub və bildirib ki, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. 

Ölkəmizdə də artıq bəzi sahələrdə süni intellektin tətbiqinə başlandığını nəzərə alsaq, vətəndaşların qarşılaşacağı işsizlik problemini necə aradan qaldırmaq olar?  

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az"-a bildirib ki, süni intellektin tətbiq edilməsi bir sıra iş yerlərinin ixtisarına gətirib çıxaracaq və artıq Azərbaycanda bu ixtisarlar baş verir:

"Əsasən müştərilərə mobil operator xidmətlərini süni intellekt həyata keçirir. Azərbaycanda fəaliyyət göstərən mobel operatorlar xeyli sayda insanı ixtisar edərək onların əvəzinə süni intellekt botlarından vətəndaşlara xidmət göstərirlər.

Eyni zamanda, iri market şəbəkələri pərakəndə ticarət sahəsində vətəndaşlara xidmət göstərən “qaynar xətt”lər, operatorlar ixtisar edilməyə başlanılıb. Artıq bir sıra iri marketlər şəbəkəsinin müştərilərə xidmət göstərən və operatorları olan canlı insanları operatorlar əvəz etməyə başlayıb və xeyli sayda insan artıq ixtisar olunub.  

Bundan başqa Azərbaycanda ixtisar olunan, süni intellektin təsirindən iş yerini itirən peşə sahələrindən biri də mühasibatlıqdır. Azərbaycanda artıq mühasibatlıq, vergi uçotunun tərtib edilməsi, vergi bəyannamələrinin tərtib olunması da süni intellekt vasitəsilə həyata keçirilir. 

Təəssüf ki, bu sahədə də ixtisarların olduğunun şahidiyik.Yəni əsasən insanları əvəz etməyə başlayan ilkin mərhələ bunlardır. Azərbaycanda da bu sahədə ixtisarlar həyata keçirilir. Hələlik ixtisarlar kütləvi olmasa da, yaxın gələcəkdə bu ixtisarların kütləvi ola biləcəyinin bariz sübutları ortadadır". 

Onun sözlərinə görə, bütün dünyanı narahat edən məsələ işsiz qalan insanların sosial təminatının necə təşkil olunacağıdır:

"Həmin insanların yeni iş yerlərinə inteqrasiya edilməsi, onların işsizlikdən sığorta təminatının formalaşdırılması sahəsində addımlar atılmalıdır.  

Azərbaycan hökuməti də təcili olaraq bununla bağlı dövlət proqramı hazırlamalıdır.Kütləvi şəkildə insanların işsiz qalması nəticə etibarilə sosial böhranı dərinləşdirə bilər. Belə olan təqdirdə hökumət işsizlik sığorta təminatı mexanizmini yenidən işləyib hazırlamalıdır və daha böyük sektoru əhatə edən mexanizm düşünülməlidir ki, Avropa ölkələri artıq bununla bağlı tədbirlər planı hazırlayıblar və icra olunmağa başlanıb. 

Azərbaycan da bu məsələdə gecikməməlidir. Hökumət operativ olaraq bu istiqamətdə tədbirlər görməlidir. İş yerini itirəcək insanların sosial təminatı ilə bağlı konkret addımlar atmalıdır. Bu gün çox çətin bir mərhələyə qədəm qoyuruq. Yalnız Azərbaycan deyil, bütün dünyada bu ciddi bir problemə çevrilməyə başlayıb.

İqtisadiyyatın kiçilməsi başlayacaq. İqtisadiyyatda insan faktorunun iştirakı minimum səviyyəyə düşəcək. Belə olan təqdirdə sosial narazılıqları ortadan qaldırmaq üçün vacib addımlar atılır. Burada ən mühüm  addımlardan biri ali təhsil müəssisələrində yeni və müasir dövrün tələblərinə cavab verən ixtisasların yaradılmasıdır.

Təəssüf ki, Azərbaycan bu sahədə yetərli səviyyəyə gəlib çatmayıb. Hələ də Azərbaycanın ali təhsil ocaqlarında heç bir perspektivi olmayan, əmək bazarında adekvat olmayan ixtisaslar tədris olunur.

Bu ixtisasları ləğv edib, yeni, müasir dövrün süni intellekt, rəqəmsal gələcək dövrünə uyğunlaşmış ixtisaslar yaradılmalıdır. Hazırda bu istiqamətdə də görülən işlər qənaətbəxş deyil".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Süni intellekt Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri