Icma.az
close
up
RU
Süni intellekt bizim gündəlik iş həyatımızda, şəxsi həyatımızda yalnız şəxsi asistent kimi faydalı ola bilər

Süni intellekt bizim gündəlik iş həyatımızda, şəxsi həyatımızda yalnız şəxsi asistent kimi faydalı ola bilər

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni məlumatlar göstərir ki, bir çox şirkət süni intellektə investisiya qoymalarına baxmayaraq, keçmiş işçilərini yenidən işə götürür. Visier 142 şirkətdə 2,4 milyon işçinin məşğulluq məlumatlarını təhlil edib. Nəticələr göstərir ki, işdən çıxarılan işçilərin təxminən 5,3 faizi (təxminən 127.000 işçi) sonradan eyni işəgötürənlər tərəfindən yenidən işə götürülüb. Son illərdə sabit qalan bu nisbət son zamanlar artmaqdadır.

Visier-in baş analitiki Andrea Derler bildirib ki, şirkətlər süni intellektin məhdudiyyətləri ilə üzləşməyə başlayıb. Süni intellekt işdən çıxarmalar üçün əsas kimi göstərilsə də, bu, hələ tam əsaslandırılmayıb. ChatGPT, Claude və Copilot kimi alətlər müəyyən tapşırıqları yerinə yetirsə də, tam ştatlı işçiləri əvəz etmir. Buna görə şirkətlər təcrübəli işçiləri geri çağırmağa məcbur olurlar.

Derlerin sözlərinə görə, menecerlər süni intellektin real dəyərini hələ tam dərk etmirlər. Bu texnologiyalar ciddi kapital xərcləri tələb edir. MIT-in araşdırmasına görə, şirkətlərin 95%-i süni intellektdən hələ maliyyə gəliri əldə etməyib. Orgvue isə qeyd edir ki, qənaət edilən hər 1 dollar üçün şirkətlər 1,27 dollar xərcləyir.

Süni intellektə görə işdən çıxarılma məsələsindən "tərsinə köç" ehtimalı varmı?Hansı sahələrdə insanlar yenidən öz işinə qayıda bilər?Süni intellekt sistemlərinin tətbiqi zamanı ən böyük texniki və idarəetmə problemləri nələrdir?Azərbaycanda süni intellekt səbəbilə iş yerlərinin ixtisar olunması və ya yenidən dəyərləndirilməsi müşahidə olunurmu?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında İT mütəxəssisi Fərhad Mirəliyev bildirib ki, süni intellekt hazırkı mərhələdə insanı tam şəkildə əvəz etmək iqtidarında deyil: “Süni intellektlə bağlı dünyada bir sıra araşdırma mərkəzləri fəaliyyət göstərir və bu sahədə ciddi tədqiqatlar aparılır. Onlar nəticələri kifayət qədər dolğun şəkildə təqdim ediblər. Yəni burada həm müsbət, həm də mənfi göstəricilər aydın şəkildə ortaya qoyulub. Belə bir statistika da mövcuddur ki, bəzi sahələrdə tələsik verilən qərarlar - məsələn, süni intellektin insanı əvəz etməsi - gözlənilən nəticəni vermədiyindən həmin iş yerlərində yenidən klassik qaydada insan resurslarının cəlb olunması məsələsi aktuallaşıb.

Mən əvvəldən bu fikirdə olmuşam ki, süni intellekt hazırkı mərhələdə insanı tam şəkildə əvəz etmək iqtidarında deyil. Süni intellekt bizim gündəlik iş həyatımızda, şəxsi həyatımızda yalnız köməkçi, şəxsi asistent kimi faydalı ola bilər. Amma tam müstəqil şəkildə kimisə və ya hansısa peşəni əvəz etməsi, məncə, bu gün üçün o qədər də effektiv deyil.

Müəyyən sahələr var ki, orada süni intellektin tətbiq faizi daha yüksəkdir. Məsələn, operatorların işi ilkin baxışda daha sadə göründüyü üçün bu sahədə süni intellektin uğurla tətbiq ediləcəyi düşünülürdü. Əvvəlcə sadəcə suallara cavab vermək kimi görünürdü. Amma yekunda gördük ki, süni intellekt bu müraciətləri, chatbotda yaranmış məsələləri tam şəkildə həll etmək iqtidarında deyil və ya bu prosesdə çətinlik çəkir.

İstər dövlət qurumları ilə təmasda, istər bank xidmətlərində, istərsə də mobil operatorlarda - hamısında çat hissəsində "chatbot" əsaslı ünsiyyət alətləri quraşdırıldı. Lakin əksər hallarda gördük ki, bu sistemlər yalnız şablon cavablar təqdim edir və real problemlərin həllində yetərli olmur. Nəticədə istifadəçilər yenidən canlı operatorlara yönləndirilir və yaranmış çətinlikləri insan həll etməli olur.

Bu səbəbdən o fikirlərə qatılıram ki, süni intellekt bəzi sahələrdə özünü doğrultmadı. İnsan resurslarının geri işə qaytarılması məsələsi əlbəttə ki, aktual ola bilər. Düzdür, Azərbaycanda bu sahədə konkret statistika və məlumatlar paylaşılmayıb. Həmçinin bu proseslə bağlı datalar toplanmır, idarə olunmur, analitik təhlillər aparılmır. Amma ümumi mənzərəyə baxdıqda süni intellekt hələ ki, bu prosesi tam şəkildə apara bilmir”.

Fərhad Mirəliyev

İKT mütəxəssisi qeyd edib ki, süni intellekt daha çox assistent rolunda çıxış etməlidir: “Azərbaycana baxış etsək, əvvəlcədən qeyd etdiyim kimi, subyektiv fikrim budur ki, süni intellekt daha çox assistent rolunda çıxış etməlidir. O, insanın məhsuldarlığını artırmaq üçün bir vasitə ola bilər. Məsələn; bir işçi müəyyən sahədə müəyyən səmərəlilik göstəricisinə malikdirsə, süni intellektin dəstəyi ilə bu göstərici daha da yüksələ bilər. Mən süni intellekti insanı əvəzləyən deyil, insanla birlikdə daha yüksək nəticələr ortaya qoyan bir vasitə kimi görürəm. Bu yanaşma mənim üçün daha aktual və realdır.

Azərbaycanda tətbiq sahələri 2025-2026-cı illər üzrə süni intellekt strategiyası qəbul olundu və prioritet sahələr olaraq bizdə nəqliyyat, tibb, təhsil sahəsi müəyyənləşibdir. Tibb sahəsində də pilot layihələr var: Xəstə məlumatlarının rəqəmsallaşdırılması, elektron reseptlərin hazırlanması, tibbi görüntülərin analizi və diaqnozun müəyyənləşdirilməsi sahələrində süni intellektdən geniş istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, bu texnologiyalar həkimləri prosesdən kənarlaşdırmır, əksinə, onlara yardımçı - bir növ assistent funksiyası daşıyır. Həkim özünün fikrini dəqiqləşdirmək üçün, yaxud özündə yaranmış xırda sualları aydınlaşdırmaq üçün həmin o tibbi görüntüləri analiz və diaqnoz məqsədilə süni intellektə də təqdim edir. Öz fikrində olan nəticələrlər həmin o süni intellektə də olan nəticələri ilə müqayisə edir və yekunda qərar verir. Virtual müəllimlərə gəldikdə onlar yardımçı ola bilər tələbələrə. Biz bilirik ki, müəllim istər məktəbdə, istər universitetdə müəyyən bir saatlarda tələbə ilə şagirdlə işləyir, çalışır. Onu öyrənməyə çalışır. Amma müəllim 24/7 rejimində əlçatan olmur. Burda artıq ortaya süni intellekt əsaslı virtual müəllimlər rol oynaya bilər. İstər gecə, istər axşam vaxtı olsun, günün istənilən saatlarında həmin o virtual müəllimlər, bizim anladığımız real klassik müəllimlərin bir köməkçisi, bir kölgəsi ola bilər. Müəllim bir insan olaraq əlçatan olmadıqda artıq o virtual müəllimlər proseslərə müdaxilə edə bilər. Amma bu o demək deyil ki, virtual müəllimlər tamamilə klassik anlamda olan müəllimləri əvəz etsin.

Nəqliyyat sisteminə nəzər salsaq görərik ki, müəyyən bir yollarda , yaxud da ictimai nəqliyyatın olduğu mübadilə məntəqələrində, həm avtomobillərin analizi aparılır, həm yol sıxlığına görə , həm ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin davranışları izlənilir. Onların hansı saatlarda, hansı davranış göstərdiyi çox olduğu az olduğu buna uyğun olaraq artıq süni intellekt özü həm işıqforları idarə edə bilir, müəyyən yollara yaşıl işıq yandırır, müəyyən yollara məhdudiyyət tətbiq edir ki, həmin o tıxaclar olmasın. İnsanlar ictimai nəqliyyatdan razı qalsınlar və sair. Mən düşünürəm ki, bu da yenə də assistent köməkçi rolunda ola bilər ki, əsas qərarı verən insanlar sadəcə süni intellekt vasitəsi ilə öz analizlərini apararaq bu cür səmərəli bir nəticə ortaya qoya bilərlər. Bir misal deyim. Bu yaxınlarda “SOCAR”-dan belə bir xəbər paylaşıldı ki, orda quraşdırılan bir modul süni intellektin həmin o əsaslı sintezi xeyli sayda səmərəliliyə gətirib çıxarıb. Orda 1 neçə milyon ABŞ dolları həcmində əlavə dəyərin yaradılması, təbii qaza, elektrik enerjisinə qənaət olunması mən düşünürəm ki, bu da həmin o ümumi proseslərə nəzarət edən operatora köməkçi kimi təqdim olunur. Yəni operator orda çalışır, sadəcə səmərəlilik bu cür yolla artırılır. Yaxud Dövlət Gömrük Komitəsində həmin o yoxlanışlar zamanı sürətli gömrük əməliyyatlarının həyata keçirilməsi üçün insan gözü ilə orda skanerdən yoxlanışlar edilsin, bir də var süni intellekt əsaslı proqram təminatı varsa? süni intellekt ordakı operatora daha çox yardım edir, kömək edir. Yəni orda təhlükəli yüklərin ola biləcəyini işarə edir, amma bu heç bir halda gömrük əməkdaşının heç də ordan kənarlaşdırılmalı anlamına gəlməməlidir, sadəcə assisent rolunda sürətin artırılması, xidmətin fərdiləşdirilməsi üçün bir köməkçi alət olmalıdır.

Eyni zamanda kənd təsərrüfatında da Azərbaycanda tətbiq var. Məsələn, məhsuldarlığın artırılması üçün dronlardan istifadə olunur ki, dronları həmin o sahələrin üzərində uçurur, müəyyən datalar toplayır. Yəni burda insanın əvəzlənməsindən söhbət gedə bilməz. Bu operatora bir köməkçidir. İnsan əvvəl özü o sahənin içərisində gəzirdi, baxırdı, indi dron uçurdur və süni intellekt əsaslı bir həllərlə çalışır ki, onu ayırd edə bilsin. Artıq sahədə insan əməyi süni intellekt əsaslı proqram təminatı və uçurdulan o dronlar vasitəsilə məhsulun planlaşdırılması, torpağın hansısa bir analizi, yaxud zərərvericilərin aşkarlanması üçün istifadə oluna bilər. Bu istiqamətdə süni intellekt təsərrüfatla məşğul olanların köməyinə çata bilər. Burda diqqət etməliyik, yəni təsərrüfatla məşğul olanları əvəz etmək yox, sadəcə onların köməyinə çatmaq. Yəni bu assisent rolunda məhsuldarlıq istənilən bir sahədə artırıla bilər. Süni intellekt çox faydalıdır. Sadəcə onu düzgün tətbiq etmək, insanı əvəzlənmək yox, insana köməkçi alət kimi vermək lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri